Prezident seçkilərində “exit-poll” keçirmək istəyən 4 təşkilat MSK-ya müraciət etdi
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün 4 təşkilat MSK-ya sənədlərini təqdim edib.
Rubrika.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, dörd "exit poll" təşkilatı prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bunu açıqlamasinda MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, müraciətlərlə bağlı MSK qərar qəbul edəcək.
Rubrika.Az
Facebook-da paylaş