• Göyçayın şefi süpürgəçiyə xəstə uşağı üçün 10 manat verərək qovub

    Göyçayın şefi süpürgəçiyə xəstə uşağı üçün 10 manat verərək  qovub

    "Şəkildə gördüyünüz süpürgəçi Əminə Həşimova və 6 yaşlı beyin xəstəsi olan (beyninə qan işləmir-red) qızı Həşimova Zeynəb Cavanşah qızıdır

    Göyçayın şefi süpürgəçiyə xəstə uşağı üçün 10 manat verərək  qovub

    Əminə xanım bu yaxınlarda balaca Zeynəbin dərmanlarını ala bilmədiyi səbəbindən ilk dəfə Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qəbuluna gedərək pul istəyib".

    Bu sözləri hüquq müdafiəçisi Taleh Xasməmmədov feysbukda yazıb.

    Onun sözlərinə görə, icra başçısı Ə.Həşimovaya cəmi 10 manat verərək getməyini tələb edib: "Ona deyiblər ki, 10 manat da gəlib gələn ay götürərsən.

    Qadın ondan dərmanlar üçün 15 manat lazım olduğunu desə də, əlavə 5 manatı ona verən olmayıb.

    O da pərt və qəmgin halda icra hakimiyyətini tərk edib və bir də ora gəlməyəcəyini deyib".

    T.Xasməmmədov xatırladıb ki, qiyabi tanıdığı bu qadın səhərdən-axşama qədər küçələri süpürməklə pul qazanıb 2 azyaşlı övladını atasız olaraq böyüdür:

    "Uşaqlar dərsdə olmadığı vaxtda günlərini analarının işlədiyi yerdə keçirirlər. O dilənçi deyil, sadəcə balasının səhhəti onu icra başçısına ağız açmağa vadar edibmiş..."

    Bu hadisədən sonra adamın nitqi quruyur, deməyə sözü qalmır. Hər gün restoranda verdiyi hesabların 1 faizi etməyən bu pulu süpürgəçiyə qıymayan, onu qapısından rədd edən məmur yəqin ki, valideynlik hisslərini də itirib.

    Xəstə uşağı üçün dərman pulu istəyən qadına bir rayonu çapıb talayan icra başçısı 15 manat nədir, 100 manat vermirsə, artıq bütün sözlər öz mənasını itirir.

    M.Səlimzadə Mənsur Məmmədov, Mübariz Ağayev kimi Göyçayın keçmiş icra başçılarına rəsmən rəhmət oxudur.

    Faktiki olaraq, vəzifəyə gəlişindən rayonda narazılıq yaradır. Elə bu günlərdə də şəhidin bulağını sökdürməyə qalxmışdı.

    Belə məmurların seçkiqabağı prezidentin fəaliyyətinə təxribat yaratdığı göz qabağındadır.

    Avropadakı orduxanların xarici kəşfiyyatlardan maliyyələşib ölkəmizə qarşı iş gördükləri aydındır, bəs məmurlar niyə dövlətin sosial siyasətinə zərbə vururlar, seçki ərəfəsində prezidentin fəaliyyətinə kölgə salan addımlar atırlar?

    Əminə xanım son ümid yeri kimi İH-nə baxıb, onlar isə dilənçi kimi yanaşaraq hər ay 10 manat gəlib götürməyi deyib qapıdan qovublar.

    Halbuki, icra başçısının borcu hər bir sakini qəbul edib dinləmək, problemini həll etməkdir. M.Səlimzadə isə Göyçayda gərginlik yaradır.

    Rubrika.Az fia.az-a istinadla xəbər verir ki, prezident icra başçılarına xalqla işləməyi tapşırıb. M.Səlimzadə isə xalqın əleyhinə işləməkdədir.

    Gah şəhid bulağını sökdürür, gah avtobazanı bağladıb onlarla adamı işsiz qoyur, gah dərman pulu istəyən qadını aşağılayaraq 10 manat verib yola salır. Özü və ətrafı isə rayonu tar-mar edirlər.

    Mediadakı məlumatlatrda rayon icra hakimiyyəti başçısının rayonun idarəetməsini öz qardaşı oğlu Səməd Cəbrayılova həvalə etdiyi bildirilir.

    Qardaş oğlu isə demək olar ki, birdən-birə milyarder olmaq eşqinə düşərək böyük biznes imperiyası qurmağa start verib.

    Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan az sonra qardaşı oğlu Səmədi Göyçay Gənclər Mərkəzinə müdir vəzifəsinə təyin etdi.

    Təxminən bir ay əvvəl isə Səməd Cəbrayılov Göyçay rayon İcra Hakimiyyətində kadrlar şöbəsinə müdir vəzifəsinə gətirildi.

    Səmədin qurduğu plana əsasən Göyçay Avtonəqliyyat ASC-də yerləşən bazarı antisanitariya adı ilə bağlatdırıb özünə Göyçay şəhərinin mərkəzində mebel Rəşid adlı şəxslə ortaq "Təzə Bazar" adlı bazar açıblar.

    Göyçay Avtobazasında yerləşən bazarda 500 dən çox insan alver edib evinə çörək aparırdı ki, indi həmin şəxslər işsiz qalıblar.
    Mehdi Səlimzadənin özbaşınalığı nəticəsində Göyçayda çoxlusayda işsızlər ordusu yaranıb.

    Mehdi Səlimzadənin qardaşı oğlu ilə açdığı "Təzə Bazar" əhalinin və avtomobillərin gediş-gəlişinə ciddi maneə yaratmışdır. Bu səbəbdən orada baş verən avtomobil qəzası insan ölümünə səbəb olmuşdur.

    Həmçinin yaxınlıqda yerləşən Göyçay şəhər 7 nömrəli tam orta məktbəin şagirdləri üçün ayrılmış keçidi bazara görə ləğv etdirib məktəblilərin həyatını ciddi təhlükə qarşısında qoyublar.

    Həmin bazarın ərazisini genişləndirmək üçün vətəndaşlara məxsus torpaq sahələrini ümumilikdə 500.000 manata alınıb...

    "Təzə Bazar" da alış-verişi gücləndirmək üçün isə zorakılığa əl atılaraq bütün kənd avtobuslarının üzərinə qanunsuz olaraq "Təzə Bazar" yazılmış reklamlarla bəzədilib və avtobuslar kəndlərdən camaatı gətirib zorla həmin bazara düşürdürlər. Bu isə ciddi narazılıq yaradıb.

    Hətta süni qiymət artımının qarşısını almaq məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkasını Göyçay şəhərinin mərkəzində keçirmək əvəzinə reklam üçün "Təzə Bazar" da təşkil edilmişdir.

    Bu şou kimi təşkil edilən yarmarkada məhsullar bazar qiymətinə satılır. Başqa rayonlarda isə həmin yarmarkalar bazardan kənarda təşkil olunur deyə ucuzluq olduğundan , sakinlər bunu razı qalırlar.

    RİH-nin mövqeyini dərc etməyə hazırıq.

    Rubrika.Az


    Facebook-da paylaş