• Bu gündən yeni Azərbaycan başlanır: əfv, islahatlar, qovulacaq nazirlər və...

    Bu gündən yeni Azərbaycan başlanır: əfv, islahatlar, qovulacaq nazirlər və...

    Bu gündən Azərbaycan üçün yeni dönəm başlayır

    7 illik prezidentlik dövründə dövlət başçısından sosial-iqtisadi islahatlar, layihələr gözlənilir.

    Qarşıdakı dövrdə böyük əfv verilməsi, turizmin inkişafı, gömrükdə rüşvətin kökünün kəsilməsi, ASAN Xidmət modelinin genişləndirilməsi nəzərdə tutulur.

    Bundan əlavə, ciddi struktur və kadr dəyişiklikləri olacağı plandadır. Bu barədə rəsmilər də dolayısı ilə anons ediblər. Yaxın aylarda işdən çıxarılan nazirlər, icra başçıları olacaq.

    Azərbaycan prezidenti vətəndaşların rifahının yaxşılaşması, iş yerlərinin açılması, bölgələrdə məmur özbaşınalığına son qoyulması və bir çox istiqamətlərdə yeni qərarlar verəcək.

    Cəmiyyətin gözləntisi var ki, 7 ildə komandada qoca məmurlar, nazirlər yola salınacaq, gənc kadrlar irəli çəkiləcək, vətəndaşların süründürməçiliyinə son veriləcək.

    Biz demokratiya, insan hüquqları dəyərlərinə, azadlıqlara sadiqik. Lakin müstəqil ölkə kimi biz cəmi 26 ildir ki, mövcuduq. Bu illər də, xüsusən ilk vaxtlarda asan olmamışdır.

    Ölkəmizdə çətin problemlər, Ermənistanın işğalı, daxili çətinliklər, siyasi böhran, vətəndaş müharibəsi, iqtisadi tənəzzül müşahidə olunurdu.

    Bununla belə, bütün çətinliklərdən çıxa bildik və hazırda çox sürətli iqtisadi inkişaf nümayiş etdiririk. İqtisadi inkişaf müstəqilliyimizin əsasını təşkil edir.

    Aydın şəkildə anlayırıq ki, biz iqtisadi baxımdan güclü olmalıyıq, digər ölkələrdən və ya maliyyə mərkəzlərindən asılı olmalı deyilik. Yalnız bu halda biz müstəqil siyasət yürüdə bilərik və Azərbaycan bundan fərəhlənir.

    Yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə düşmüş, işsizlik 5 faiz səviyyəsindədir. Son 15 il ərzində biz ölkəmizə 230 milyard dollardan artıq vəsaiti birbaşa sərmayə kimi cəlb edə bilmişik.

    İqtisadi nəticələrimiz dünyanın aparıcı maliyyə, o cümlədən iqtisadi təsisatlarının hesabatlarında yer alır.

    Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyəti baxımından Azərbaycanı 35-ci yerdə qərarlaşdırıb. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişaf edən ölkələr sırasında üçüncü yerdədir.

    Rubrika.Az FİA.Az-a istinadla xəbər verir ki, beynəlxalq layihələr, enerji projeləri genişlənəcək. Cəmiyyətdə bir mehribanlıq yaradılacaq, media, partiyalar, QHT sektoru köhnə dava-dalaşlara son qoyub dövlətçiliklə bağlı birgə fəaliyyəti böyüdəcək.

    Azərbaycan dəhlizlərin yaradılmasına böyük sərmayələr yatırır və “Şərq-Qərb”, eləcə də “Cənub-Şimal” dəhlizlərinin fəal iştirakçısıdır.

    Beləliklə, biz açıq dənizə çıxışı, eləcə də beynəlxalq bazarlarla birbaşa əlaqəsi olmayan Azərbaycan kimi ölkəni Avrasiyanın daşımalar qovşağına çevirə bildik.

    Hazırda, biz digər layihə - “Cənub-Qərb” dəhlizi üzərində çalışırıq. Bunun sayəsində, Asiya ölkələri öz mallarını Cənubi və Mərkəzi Avropaya çatdıra biləcəklər.

    Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, onun imicinə müsbət təsir göstərir.

    Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda baş tutan konfrans da bu qəbildən olan daha bir vacib tədbir kimi Azərbaycan tarixinə böyük hərflərlə yazıldı.

    15 il öncəki sosial-iqtisadi durumu xatırlayan dövlət başçısı vurğulayıb ki, prezident seçildiyi ilk illərdə infrastrukturun, məktəblərin, xəstəxanaların bərbad vəziyyəti, elektrik, qaz, su təchizatının, yolların olmaması halları mövcud idi. Lakin bu məsələlər həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları əsasında öz həllini tapdı.

    Bununla yanaşı, son 15 ildə Azərbaycanda 15 min kilometr yol çəkilib, işsizlik göstəricisi azalaraq 5 faizə enib. Bu müddət ərzində 3100-dən çox məktəb tikilib.

    Bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib, 1 milyon 400 min iş yeri açılıb.

    Azərbaycan hazırda regional lider, bir sıra qlobal məsələlərdə mühüm geosiyasi aktor, habelə beynəlxalq imici durmadan artan nüfuzlu ölkədir.

    Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP) “Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biridir.

    Azərbaycanın təşəbbüskarı olduğu və davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir.

    Rubrika.Az


    Facebook-da paylaş