• Supernazir Əli Abbasova rəhmət oxudur: internet iflic, soyğunçuluq - “Bezmişik...”

    Supernazir Əli Abbasova rəhmət oxudur: internet iflic, soyğunçuluq - “Bezmişik...”

    Prezident İlham Əliyev Ramin Quluzadəyə etimad göstərərək onu “supernazir” elədi

    Əvvəlcə birləşdirilmiş nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin etdi, ardınca Dövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyi nazirliyə daxil oldu.

    Bu etimad ona görəydi ki, Əli Abbasov və Qüdrət Qurbanovun adı MTN işində keçmişdi və siyasi rəhbərlik onları bağışlamadı. Ancaq Ə.Abbasov rabitə sektorunda pis-yaxşı fəaliyyət göstərirdi.

    Amma R.Quluzadə gələr-gəlməz bu sahədə gestapo rejimi yaratdı, internet təchizatında bərbad fəaliyyəti ilə fərqləndi, abunə ödənişlərinin vaxtını ayın əvvəlinə çəkdi.

    R.Quluzadə nazir olduğu tarixdən etibarən ölkədə internetin fəaliyyəti iflic olub.

    “Bakinternet” istifadəçiləri internetin zəif, küləkli havada dayanması problemindən boğaza yığılıblar.

    Hər gün yüzlərlə abonent sosial şəbəkədə şikayətini yazır. İnternet istifadəçiləri Ə.Abbasova şükür edirlər.

    Deyirlər ki, R.Quluzadə heç bir qanunda görünməmiş addım atıb - abunə haqqı ayın əvvəlində tələb olunur. Halbuki, aylıq ödəniş ayın axırında olmalıdır.

    Yeni nazirin rabitə haqqında bilgilərinin az olması, idarəçilik məsələsində axsaması yekunda bu qurumun tərkibində fəaliyyət göstərən xidmət sektorunun daha da bərbad vəziyyətə düşməsinə gətirib çıxarıb.

    Qeyd edək ki, Quluzadənin rəhbərlik etdiyi RYTN-in ayrı-ayrı qollarındakı durumun acınacaqlı olmasını görmək və bilmək üçün bir dəfə oralara üz tutmaq lazımdır.

    Əyalətlərdə isə insanlar daha çətin vəziyyətdədirlər. Onlar hətta elementar hüquqlarından zamamında yararlana bilmirlər.

    Ramin Quluzadə təyinat aldıqdan sonra çoxları elə zənn edirdi ki, yeni nazir Əli Abbasovun buraxdığı səhvləri etməyəcək.

    Həmçinin onun tutarlı islahat apararaq, rabitə sektorunu daha da yüksəltməyə nail olacaq. Amma tərsi baş verməkdədir.

    Rabitə sektoru getdikcə daha da geriləyir. Durumun vahiməli olduğunu nümayiş etdirən faktları bir-bir diqqətinizə çatdıraq. Bu gün insanların ehtiyac duyduqları xidmət sahələrindən biri də Azərpoçtdur.

    Bu qurumun başında indiyə qədər dayananlar kimlər olubsa, onların məqsədi insanları bezdirməkdən ibarət olub. Belə ki, əyalətlərdə bu sahədə çalışan qadınların əksəriyyəti yaşlı nəslin nümayəndələridir.

    Bəziləri isə ümumiyyətlə, pis eşitmə qabiliyyətinə malikdirlər. Məsələn, onlar danışarkən nə səslərini eşitmək olur, nə də dərdini demək istəyəndə səni eşitmirlər. Nəticədə, anlaşmazlıq yaranır.

    Rubrika.Az-ın FİA.Az-a istinadən verdiyi xəbərə görə, R.Quluzadə prezidentin etimadını doğrultmadı. Əyalətlərdə internet xidmətləri də acınacaqlıdır. Belə ki, ayın əvvəlində internet haqqını ödəyən vətəndaş bir ay boyunca işgəncə ilə üz-üzə qalmalı olur.

    Çünki 2 və ya 4 Mbt sürətin müqaviləsini bağladıqları halda, istifadə etdikləri internetin sürəti heç 1 Mbt də etmir. Halbuki sakinlər bunun üçün ayda 10-20 manat ödəyirlər ki, daha keyfiyyətli xidmət alsınlar.

    Düzdür, ödənilən 10-20 manat vəsait nazir Ramin Quliyevin ayaqqabısı üçün adicə kremin də pulunu etmir. Amma əyalət insanı üçün bir manat belə kifayət qədər dəyərlidir.

    Bundan başqa, harda görünüb ki, abunə haqqı ayın ilk 6 günündə ödənməlidir? Bəlkə kiminsə imkanı yoxdur? Sən interneti verməmiş, pulunu alırsan.

    Nazir gələr-gəlməz bahalaşmaya getdi. Poçt, aylıq telefon abunəsi, internet və mobil telefon tariflərinin məbləğində artım əhalinin cibinə növbəti dəfə girmək, soyğunçuluq etmək idi.

    Dünyanın heç bir ölkəsində bu praktika yoxdur ki, abunə haqqı ayın əvvəli alınsın. Çünki vətəndaşlar əmək haqlarını ayın sonunda alır və ödəniş edirlər. Bu günə kimi aylıq ödənişi ay ərzində istənilən gün ödəmək mümkün idi.

    Həmçinin, internet xidməti haqqı da bir ay ötsə belə kəsilmirdi və hətta iki ayın ödənişi edilirdi. Ekspertlər belə hesab edir ki, indiki şəraitdə rabitə tarifləri ancaq bahalaşa bilər.

    ötən il oktyabrın 1-dən vəzifəsindən azad olunan "Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov güya öz ərzəsi ilə işdən azad olunub. Amma məlumat heç də doğru deyil.

    Nəzərinizə çatdıraq ki, Ü. Mansurov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sədri Elmar Məmmədovun müavini olub. Onun işdən 70-ci maddə ilə işdən azad olunduğu bildirilir.

    Yəni, bu maddə ilə işdən azad olunan şəxs heç bir halda əmri təşkilatda vəzifə tuta bilməz.

    Buna baxmayaraq və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadənin birinci müavini, “yeyibiçən oğlan” kimi ad qazanan Əli Abdullayev nazirə “nömürə” gələrək Ülvi Mansurovu “Azərpoçt” MMC-nin baş direktro təyin etdirdi.

    Əslində, nazirin etibarından sui-istifadə edən Ə. Abdullayev sonradan lazımı formada cəzalandırıldı.

    Qəflət yuxusundan ayılan R. Quluzadə məsələdən halı olandan dərhal sonra Ü. Mansurovu işdən azad edir.

    Ə. Abdullayevin məcaraları bununla bitmir. Nazirliyin daxilindən sızan məlumatlara görə, nazir müavini Ə.Abdullayev vəzifəyə “transfer” olunandan sonra bütün yaxınlarına və qohumlarına vəzifə etibar etməyə başlayıb.

    Bir sözlə, yaxın qohumları, tanışları və uzaqdan fitlə salam alanları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyində olan bütün idarə və təşkilatlara öz kadırı kimi yerləşdirdi.

    Yeznəsi Hacı Emara təcili Bakıtelefon rabitəsi idarəsinin təhcizat şöbəsinin rəis vəzifəsi “hədiyyə” edildi.

    Hacı Elmar da öz növbəsində Bakı şəhərin bütün rayonlarında fəaliyyət göstərən Telekommunikasiya Qovşağıdan yığılan milyonları toplayaraq ölkə xaricində kef məclisi qurmaqla məşğuldur.

    Vətənə qayıdan zaman Ukrayna Respublikasının Odessa şəhərindən gələn Hacı Elmar ordan əliboş qayıtmır.

    Toplanılan vəsaitin qalıq hissəsinə 1000 km kabel alaraq işini bitmiş hesab edir. Bununlada Ə. Abdullayevin təyin etdiyi kadr şəxsi hesabını artırmaqla yanaşı dövlətədə kələk gəlməyi bacarır.

    Aztelekomda isə Zeynəddin adlı şəxs də öz ənənəsinə uyğun olaraq milyonlar mənimsəyir. Əgər Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə qeyd etdiklərimizi qəbul edirsə deməli baş verən hadisələrə birbaşa özü rəhbərlik edir.

    Yox, əgər qəbul etmirsə deməli ona həvalə olunan işin öhtəsindən gələ bilmir. İstər Ə. Abdullayev, istərsədə kadırları bununlada Vidadi Zeynalovun atasına rəhmət söylədir.

    Rubrika.Az


    Facebook-da paylaş