• Gəncə Dövlət Universitetində tədbir keçirilib

    Gəncə Dövlət Universitetində tədbir keçirilib

    Mayın 4-də Gəncə Şəhər İcra Hakimiyyətinin və Təhsil nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub.

    Rubrika.Az xəbər verir ki, Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən elm-təhsil müəssisələrinin alimləri, gənc doktorantlar və tədqiqatçılar, elm və təhsil ictimaiyyətinin nümayəndələri, eləcə də Rusiya, Türkiyə, Gürcüstan və Ukraynadan olan nüfuzlu alimlər iştirak ediblər.

    Əvvəlcə konfrans iştirakçıları mərkəzin önündə ucaldılmış Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olan qonaqlara burada yaradılan şərait, eləcə də mərkəzin muzeyində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən arxiv sənədlərinin surətləri və fotolar haqqında məlumat verilib.

    Gəncə Dövlət Universitetində tədbir keçirilib

    Dövlət Himninin səsləndirilməsi ilə konfrans açıq elan edilib.Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən, xüsusən onun rəhbərliyi dövründə respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülmüş çoxsaylı işlərdən danışıb.Bildirilib ki, bütün fəaliyyəti xalqa və ölkəmizin milli maraqlarına xidmətlə bağlı olan Ulu Öndərin hələ vəzifədə olduğu Sovet hakimiyyəti illərində respublikamızın elmi potensialının yüksəldilməsi üçün böyük işlər həyata keçirilib. Bunun üçün respublikamızda, eləcə də Gəncə şəhərində çoxsaylı ali və orta ixtisas təhsili müəssisələri, elmi tədqiqat institutları fəaliyyətə başlayıb. Mövcud təhsil müəssisələrinin infrastrukturunun genişləndirilməsi və maddi texniki bazasının zənginləşdirilməsi üçün əməli işlər həyata keçirilib. Məhz, 1970-1980-ci illərdə illərdə ilk dəfə olaraq respublikamızdan hər il yüzlərlə gənc ali təhsil almaq üçün Sovet İttifaqının müxtəlif ali təhsil müəssisələrinə göndərilib.

    Vurğulanıb ki, bir zamanlar Ulu Öndərin təşəbbüsü ilə Sovet İttifaqının ən qabaqcıl universitetlərində təhsil alan gənclər Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkəmizdə milli dövlətin qurulmasında kadr potensialının əsasını təşkil edib, dövlətçilik işinə özlərinin ümumi töhfələrini veriblər.

    Elmar Vəliyev qeyd edib ki, dünya miqyaslı siyasətçi, işıqlı və parlaq şəxsiyyət olan Heydər Əliyevin əziz xatirəsi onun qurub yaratdığı Azərbaycanın hər bir guşəsində olduğu kimi, qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərində də əziz tutulur. Məhz, hər il Gəncə şəhərində Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə ayrı-ayrı universitetlər və elm mərkəzlərində beynəlxalq elmi nəzəri və parktik konfranslar, simpoziumlar, elmi müzakirələr təşkil olunur.

    Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə istər Sovet hakimiyyəti illərində, istərsə də respublikamız müstəqillik qazandıqdan sonrakı illərdə ali təhsil müəssisələrində mütəxəssis hazırlığının, xüsusən də yüksək ixtisaslı pedaqoji kadrların hazırlığ istiqamətində görülmüş işlərdən danışıb.

    “Ümummilli lider Heydər Əliyev deyirdi: Həqiqi müəllim olmaq cəmiyyət üçün çox şərəfli peşədir. Doğrudan da mən cəmiyyətdə müəllimdən yüksək ad tanımıram”. Bu fikirlər yalnız bir siyasətçinin deyil, həm də böyük bir dövlət xadiminin müəllim peşəsinə verdiyi böyük dəyərin ifadəsidir “- deyə Yusif Yusibov qeyd edib.

    Rektor bildirib ki, Azərbaycanın bütün sonrakı dövrlər üçün inkişafını möhkəm təməllər üzərində quran, onun müstəqilliyini dönməz və sarsılmaz edən Ulu Öndərin xatirəsi Gəncə Dövlət Universitetinin çoxminli kollektivi tərəfindən daim əziz tutulur. Hər il GDU-da Dahi Öndərin adı ilə bağlı olaraq çoxsaylı elmi nəzəri, praktiki konfranslar, simpoziumlar, disputlar, sərgilər və xatirə gecəcləri təşkil olunur.

    Heydər Əliyebin 95 illik yubileyi münasibətilə GDU-da keçirilən beynəlxalq konfransın sayca beşinci olduğunu deyən Yusif Yusibov qeyd edib ki, bir neçə ölkədən çoxsaylı xarici qonaqların iştirakı onu göstərir ki, əvvəlki illərdə olduğu kimi bu il də konfransa böyük diqqət var.Bildirilib ki, iki gün davam edəcək konfrans beş istiqamətdə, on yeddi bölmədə fəaliyyət göstərəcək. Konfransın gedişində ayrı-ayrı bölmələrdə 700-dən çox elmi məruzələr dinləniləcək.

    Ulu Öndərin Azərbaycanda elmin inkişafı istiqamətindəki misilsiz xidmətlərindən danışan Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik-katibi Fuad Əliyev respublikamız müstəqillik əldə etdikdən sonra AMEA –nın qorunub saxlanılmasını və onun işinin müasir tələblər səviyyəsində qurulmasını ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu deyib.

    Son illərdə Gəncə şəhərinin sürətlə inkişaf etdiyini və burada bir çox beynəlxalq tədbirlərin uğurla keçirildiyini deyən AMEA-nın akademiki, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunun direktoru, Vaqif Abbasov bildirib ki, iki günlük konfrans müddtəində müsir təbiət və iqtisad elmlərinin aktual problemləri dinləniləcək.

    Gəncə Dövlət Universitetində tədbir keçirilib


    “Bu gün burada dinlənilən məruzələr, elmin ayrı-ayrı sahələrində alınan müsbət nəticələr və nailiyyətlər bir müddətdən sonra Azərbaycanda iqtidasdiyyatın müxtəlif sahələrinə, xüsusən hərb sənayesinin inkişafı məqsədilə tətbiq ediləcək” – deyə qeyd edib.

    Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova çıxış edərək Ulu Öndərin həyat yolu, siyasi fəaliyyəti ilə bağlı onun zəngin dövlətçilik təcrübəsindən, Azərbaycanın inkişafı naminə misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

    Bildirilib ki, məhz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət qurulub. Bu məqsədlə Azərbaycan bir çox beynəlxalq və regional təşkilatlara tam hüquqlu üzv qəbul edilib, çoxsaylı beynəlxalq konvensiyalara qoşulub. Ölkəmizdə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan hüquqi, dünyəvi, demokratik dövlət modeli yaradılıb. Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası ümumxalq səsverməsi ilə qəbul edilib. Konstitusiyada xalq hakimiyyətin mənbəyi kimi təsbit edilib. Eyni zamanda konstitusiyada insan, vətəndaş hüquq və azadlıqlarının təsbiti tam formada öz əksini tapıb. Məhz Ümummilli Liderin gərgin dövlətçilik fəaliyyəti ilə ölkəmizdə demokratik təsisatlar bərqərar edilib, Azərbaycanın müstəqilliyi möhkəm təməllər üzərində qurulduğundan sarsılmaz xarakter alıb.

    Milli Məclisin deputatı,GDU-nun prorektoru Pərvin Kərimzadə öz müdrik siyasəti, tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində elm və təhsil sahəsində milli qanunvericiliyin yaradılması, təhsil sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib.

    Sonra konfrans işini plenar iclasla davam etdirib.

    Moskva Dövlət Universitetinin professoru Andrey Şevelkov “Qeyri-üzvi klatratratlar – kristal qruluşun estetikasından yeni termoelektrik materiallarına doğru”, Bakı Dövlət Universitetinin professoru Eldar Məsimov “Mayelərin struktur temperaturu” və Gəncə Dövlət Universitetinin professoru Vaqif Novruzov “Azərbaycanın qərb bölgəsinin flora biomüxtəlifliyinin müasir vəzilləti” mövzularında çıxışlar ediblər.

    ELÇİN CAVADOV,
    Gəncə Dövlət Universitetinin dosenti,
    texnika üzrə fəlsəfə doktoru


    Facebook-da paylaş