• Lənkəran Rayon Mərkəzi Xəstəxanasında biabırçılıq

    Lənkəran Rayon Mərkəzi Xəstəxanasında biabırçılıq

    Ölkə başçısının gərgin əməyi sayəsində rüşvətxorluğa, korrupsiyaya və məmur özbaşınalıqlarına qarşı ardıcıl mübarizə aparılmasına baxmayaraq, hələ də, ölkədə baş verən hər cür neqativ halların artmasına şərait yaradan məmurlar var.

    Rubrika.az Teref.info-ya istinaden xeber verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında stansionar müalicə alan və əmək qabiliyyəti bərpa olunmayan xəstələrin əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK- na (tibbi sosial ekspertiziya komissiyasina) elektron qaydada göndərilən sənədlərin Lənkəran Rayon Mərkəzi Xəstəxanasının aidiyyatı şəxsləri (baş həkim Ağabala Kəlbiyev, baş həkimin müavini Taleh Məmmədov və Poliknikanın müdiri Zahir Axundov) tərəfindən məqsədyönlü olaraq, tam və düzgün doldurulub göndərilməməsi nəticəsində həmin xəstələrin əlillik dərəcəsi ala bilməməsi ilə bağlı rayonda haqlı olaraq narazılıq yaradıb.

    Lənkəran şəhərinin sakini, 1971 – ci il təvəllüdlü, xəstə Hüseynova Nəzakət Aydın qızı ailəlidir, üç övlad anasıdır. Ali təhsilli ingilis dili müəlliməsidir.

    Xəstə N. Hüseynova 2017- ci ilin yanvarında “beyin insultu” keçirib. Uzun müddətdir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə kursu keçir. Sağlamlığı hələ də, bərpa olunmayıb. Xəstə əlillik dərəcəsi almaq üçün, onun sənədləri Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üç dəfə göndərilsə də, hər dəfə ona imtina bildirişi gəlib. İki dəfə Bildirişdə müalicəyə ehtiyacı olduğu göstərilib.
    Sonuncu dəfə isə Nəzakət müəlliməyə aşağıdakı cavab göndərilib: “ Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat:
    İmtina edilib. Səbəb: Göndərişin natamam doldurulması. Ətraflı: göndərişdə xəstənin stasionar mualicə almasi barədə məlumat yoxdur.xəstə işlədiyi ucun dispanser musahidə muddəti(180) gun gözlənilməlidir. Müddət bitdikdən sonra sistemə daxil edə bilərsiniz - Forma 88 nömrəsi: 0284003AAGC4 Qiymətləndirmə tarixi: 12.01. 2018.

    Bununla əlaqədar, xəstə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevə və baş həkimin müavini Taleh Məmmədova müraciət edib. Onlar bildiriblər ki, ƏSM- nin Tibbi Sosial Ekespertiza Komissiyasına göndərilən sənədlər tam düzgün göndərilib, lakin Nazirlik bilərəkdən imtina verir. bu məsələ bizlik deyil.

    Nəzakət Hüseynovanın xəstəliyi ilə bağlı sənədləri araşdırdıqda məlum olur ki, o 2017- ci ilin yanvar ayından beyin arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı diqanozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə almağa başlamışdır. Mövcud qanunvericilikdə göstərilir ki, vətəndaş 180 gün stasionar müalicə aldıqdan sonra onun əmək qabiliyyəti bərpa olunmayıbsa, o, əillik dərəcəsi almaq üçün Tibbi Sosial Ekespertiza Komissiyasına müraciət edə bilər. Nəzakət Hüseynova isə 360 gündən çox stasionar müalicə alıb.

    Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi Sosial Ekespertiza Komissiyasına göndərilən sənədlərə gələn imtina bildirşləri və əldə edilən informasiyaları araşdırdıqda məlum olur ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlillik dərəcəsini təyin etmək üçün, elektron qaydalarda Tibbi Sosial Ekespertiza Komissiyasına göndərilən sənədlər bilərəkdən tam düzgün doldurulmur. Əgər vətəndaş özü həmin sənədləri hazırlayıb göndərsəydi, onda onun sənədləri tam düzgün doldurulmamasına inanmaq olardı. Çünki vətəndaşın tibbi təhsili olmadığı üçün o yanlışlıqlara yol verə bilərdi.

    Lakin həmin sənədləri elektron qaydalarla ötürən Taleh Məmmədov, axı, bu sahədə çoxdan işləyir. Bir məqamı da unutmayaq ki, Nəzakət Hüseynovaya üç dəfə imtina bildirişi gəlməsini nəzərə alsaq, onda, məlum olur ki, digər vətəndaşların da əlillik dərəcəsinin təyin edilməsi üçün Tibbi Sosial Ekespertiza Komissiyasına göndərilən sənədləri məqsədyönlü şəkildə, bilərəkdən, səhvən doldurulur. Əldə edilən məlumatlara görə, hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əlillik dərəcəsinin təyin edilməsinin bazar qiyməti xəstəxananın ekspert komissiyasında 300 – 500 manat, ƏSM- nin Tibbi Sosial Ekespertiza Komissiyasında isə, 2500- 3000 manat civarındadır. Bəs görəsən, bu qanunsuzluqları törədən qudaların, Ağabala Kəlbiyevlə Taleh Məmmədovun qoruyucu mələkləri kimlərdir və onlar kimə arxalanırlar? Bu sualın cavabı hələ məlum deyil.

    Daha sonra, qeyd etdiyimiz kimi, xəstə Nəzakət Hüseynova ingilis dili müəlliməsidir. Onun bülleteninin vaxtı 2018 – ci ilin yanvarın 18 – də bitib. Lakin xəstəxanada vaxtını uzatmırlar. Baş həkimin müavini Taleh Məmmədov və poliknikanın müdiri Zahir Axundov deyirlər ki, bu məsələ də bizlik deyil.
    Onda sual olunur. Bəs, bu şəxslərin vəzifə borcu hansı məsələlərə baxmaqdır?

    Bəs, kim baxmalıdır, bu işə. Bəlkə, bu məsələnin həll olunmasının açarını tapmaq üçün hansısa falçıya ehtiyac var. Falçı rəml atıb desin ki, məsələnin həlli ya Mərkəzi Xəstəxananın rəhbərliyindədi, ya da ki, ƏSM- nin Tibbi Sosial Ekespertiza Komissiyasında. Xəstə də işini bilsin.

    İndi necə olacaq, bilinmir. Bülleten açıq qalıb və iş yerində problem yaranıb. Amma xəstə isə, hələ də, fərdi qaydada müalicə alır. (Həkimi tərəfindən)

    Ölkə başçısı öz çıxışlarında vətəndaşların sosial müdafiəsinin təmin olunması və onların hüquqlarının qorunması onun üçün əsas amil olduğunu dəfələrlə bildirir. Lakin Lənkəran Rayon Mərkəzi Xəstəxanasını öz şəxsi mülkiyyətinə çevirib özünə xas olan qanunlarla idarə edən Taleh Məmmədov, acınacaqlı və əlillik dərəcəsinə möhtac olan vətəndaşların sənədlərini bilərəkdən tam doldurmayıb imtina səbəbi yaradaraq, xəstə adamları maddi və mənəvi təzyiqlərə məruz qoyaraq, onların sosial müdafiələrini məhdudlaşdırır və hüquqlarını kobud şəkildə pozur.

    Görəsən, aidiyyəti qurumlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Ağabala Kəlbiyev, Taleh Məmmədov və Zahir Axundovun özbaşınalıqları ilə nə vaxt maraqlanıb, rayonun səhiyyə sistemində qanunun aliliyinin bərpa olunmasına göstəriş verərlər.

    Nizami Hüseynov

    Müayinə olunan şəxs üzrə məlumat
    Soyadı: HÜSEYNOVA
    Adı: NƏZAKƏT
    Atasının adı: AYDIN QIZI

    Qiymətləndirmə üzrə məlumat
    Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: İmtina edilib.
    Səbəb: Göndərişin natamam doldurulması.
    Ətraflı: göndərişdə xəstənin stasionar müalicə alması barədə məlumat yoxdur. Xəstə işlədiyi üçün dispanser müşahidə müddəti (180) gün gözlənilməlidir. müddət bitdikdən sonra sistemə daxil edə bilərsiniz

    Forma 88 nömrəsi: 0284003AAGC4
    Qiymətləndirmə tarixi: 12.01.2018
    Diaqnoz: Sağ orta beyin arteriyası ieşik işemik insultun qalıq əlamətləri. Sol tərəfli dərin hemiparez , yeriş , tutma funksiyasının pozulması ilə.Hipertenziv ensefalopatiya, Hipertonik ensefalopatiya.Sağ orta beyin arteriyası sindromu. Hipertoniya xəstəliyi II m.Stenokardiyanın digər formaları, ÜİX yi . Gərginlik stenokardiyası III fs .
    Əmək qabiliyyətinin itirilmə faizi: -
    Lənkəran Rayon Mərkəzi Xəstəxanasında biabırçılıq
    Lənkəran Rayon Mərkəzi Xəstəxanasında biabırçılıq

    Rubrika.az


    Facebook-da paylaş