• AĞSTAFADA REGİONAL İDARƏNİN RƏHBƏRi JURNALİSTLƏRİN ÜNVANINA NƏLAYİQ SÖYÜŞLƏR SÖYÜR

    AĞSTAFADA REGİONAL İDARƏNİN RƏHBƏRi JURNALİSTLƏRİN ÜNVANINA NƏLAYİQ SÖYÜŞLƏR SÖYÜR

    Bu gün Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edən Ramiz müəllim, üç rayonun mədəniyyət sahəsinə rəhbərlik etsə də, danışıqlarında mədəniyyətdən kənar ifadələri eşitmək, sanki adi hala çevrilib

    Rubrika.Az deryaz.az-a istinadla xəbər verir ki, artıq son günlər bəzi media qurumlarının gündəmini zəbt edən mövzulardan biri də, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edən, həmçinin ixtisasca mühəndis olan, eyni zamanda adı çəkilən qurumun tabeçiliyində fəaliyyət göstərən turizm və istirahət mərkəzlərində, mədəniyyət müəssisələrində, klublarda və digər sahələrdə əmələ gələn problemlərə “mühəndis prizması”ndan yanaşan Quliyev Ramiz Məmmədhəsən oğlunun qol qoyduğu qanunsuzluqların varlığıdır. Düzdür, adı çəkilən vəzifə sahibinin atdığı addımlarla bağlı bugünədək əksər media qurumlarında silsilə tənqidi açıqlamalar dərc olunub, yaşanan problemlərin varlığı daha çox ictimailəşdirlib. Təəssüflər olsun ki, adı çəkilən bu şəxs dərc olunan tənqidi açıqlamalardan hər hansı nəticə çıxarıb əməli addımlarını atmaq əvəzinə, hələ ki, düşünüb daşındığı addımlarını atmqda qərarlıdır. Bəlkə də kimlərsə düşünə bilər ki, Quliyev soyadını daşıyan Ramiz müəllimin düşünüb daşındığı addımlar, bəlkə problemlərin həllinə yönəlik addımlardır?. Əsla yox! Çünki, regional idarəyə rəhbərlik edən şəxs ötən bir il beş ay ərzində cavabdehlik daşıdığı sahələrdə elə bir problemlər yaradıb ki, həmin problemləri aradan qaldırmaq üçün xeyli müddət zaman tələb olunacaq. Elə ki, Ramiz Quliyevin şəxsi maraqlarının həlli naminə atdığı addımları KİV nümayəndələri ictimailəşdirir, o zaman o, onları “topa tutur”, ünvanlarına nalayiq söyüşlər söyməkdən də çəkinmir. Hətta o, Sizinxeber.com xəbər portalının və digər media qurumunun əməkdaşı ilə üzbəüz görüşərkən “məndən bu günə kimi çox yazıblar, yazan jurnalistlərin var-yo…u” deməkdən də ehtiyat etməyib. Buna da əsas səbəb, KİV nümayəndələrinin onun iç problemlərini arayıb-axtarmaları və az sonra da ictimailəşdirmələri olur. Düşündürücü hal odur ki, hazırda Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edən Ramiz müəllim, üç rayonun mədəniyyət sahəsinə rəhbərlik etsə də, bu şəxsin əməllərində və danışıqlarında mədəniyyətdən kənar ifadələri eşitmək, sanki adi hala çevrilib. O halda sual oluna bilər ki, olduqca əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edən Ramiz Quliyevi vadar edən səbəb nədir ki, hər zaman onun jurnalistlərə qarşı xüsusu aqressiv yanaşması özünü göstərir. Axı, media nümayəndələri dördüncü hakimiyyət olaraq, bu gün də ictimai həyatımızda xüsusi rol oynamaqdadırlar. Söhbət araşdırmaçı və kifayət qədər yaradıcılıq göstəricisi nümayiş etdirən jurnalistlərin peşəkar fəaliyyətlərindən, ədalətin bərpası naminə atdıqları addımların varlığından və s-dən gedir.

    Bir məqamı da unutmayaq ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev “mənim bilmədiyim həqiqətləri üzə çıxaran hər bir jurnalistə minnətdaram” demişdi. Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev isə, ötən il iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı “jurnalistlər mənim köməkçilərimdir” deməklə, bir daha KİV nümayəndələrinə qarşı bəlli münasibətini ortaya qoydu. Hətta o, «Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz», — deyə dövlət başçısı vurğulamışdı.

    Yəni, bütün bunlar onu söyləməyə əsas verir ki, istər mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən, istərsə də cənab İlham Əliyevin prezident olduğu illər ərzində, hər zaman jurnalistlərə qarşı səmimi münasibət göstərilib, onlara məxsus problemlərin aradan qaldırılması yöndə addımlar da atılıb. Təəccüblü hal odur ki, respublikamızda jurnalistlərə qarşı ən yüksək səviyyədə münasibət göstərildiyi halda, Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrdən birinə rəhbərlik edən şəxs isə, media nümayəndələrini nəlayiq ifadələrlə söyməklə, açıq-aşkar şəkildə aşağılamaqla məşğul olur. O halda sual oluna bilər ki, danışığının və davranışının bir qədər etik normalara uyğun olması üçün, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edən Ramiz Quliyevlə bağlı hansı addımları atmaq gərəkdir? Ona görə də, hələlik bu yöndə düşünməkdəyik, düşündükcə də ortaya çoxsaylı suallar çıxır.

    Mövzuya qayıdacağıq.

    Rubrika.Az


    Facebook-da paylaş