• ETİMAD KÜRSÜSÜNDƏN YARANAN BÖYÜK MƏSULİYYƏT

    ETİMAD KÜRSÜSÜNDƏN YARANAN BÖYÜK MƏSULİYYƏT

    Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir.

    Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.

    Bu gün zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq”, – deyən ölkə başçısı İlham Əliyev ötən illərdə avtomobil yollarının, yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirakı zamanı bu sahəhin inkişafı üçün öz dəyərli tapşırıq və tövsiyələrini verib.

    Ölkəmiz avtomobil yolları ilə beynəlxalq yükdaşımaların həyata keçirildiyi mühüm coğrafi mövqedə yerləşir. Avropadan Asiyaya Azərbaycan ərazisindən keçən tranzit avtomobil yolları üzrə daşımalar üç əsas marşrut üzrə həyata keçirilir. Prezidentin tapşırığına uyğun olaraq, bu marşrutlar üzrə yerləşən magistral yolların yenidən qurulması uğurla davam etdirilir.

    Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasət dayanır. Ulu öndərin “Yol iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz” sözlərinin onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiq edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir.

    Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci il 18 oktyabr tarixində imzalanmış 1638 nömrəli Fərmana əsasən, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradıldı. . Bu Azərbaycanın yol təsərrüfatı işçilərinin əməyinə Prezidentin verdiyi yüksək qiymət və etimaddır. Agentliyin kollektivi Saleh Məmmədovun rəhbərliyi altında onlara göstərilən bu böyük etimadı əməli fəaliyyətləri ilə doğruldurlar. 2017-ci il ərzində agentlik tərəfindən nəzərdə tutulan bütün respublika əhəmiyyətli, kənd və qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işlərinin uğurla icra olunub, ümumilikdə uzunluğu 1335 kilometr olan yollar yenidən qurulub və təmir olunaraq istifadəyə verilib.

    Qeyd etmək lazımdır ki, regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icrası insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxarır. 2018-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlər aparılır, uzunluğu 2 min kilometrdən artıq kəndlərarası və qəsəbələrarası avtomobil yolu, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrası həyata keçiriləcəkdir.

    Təbii ki, qazanılan böyük uğurların təməlində böyük məsuliyyət, göstərilən etimada sayğı və heç şübhəsiz ki, gərgin əmək dayanır. Saleh Məmmədov üçün xalqına, dövlətinə bağlılıq, xidmət həyat amalıdır, yaşam fəlsəfəsidir. Ümummilli liderin ideyalarına sonsuz sədaqət, cənab Prezidentin quruculuq fəaliyyətinə bağlılıq onun iş prinsipidir, əsas strategiyasıdır.

    Saleh Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Saleh Məmmədov təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

    O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun bir sirri onun öz sahəsinin şəriksiz professionalı olmasıyla bağlıdırsa da, digəri dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

    Saleh müəllim çevik işləyən, tapşırıqları operativ yerinə yetirməyə qadir olan bir komanda formalaşdırmağı bacarıb. Onun müavini Əvəz Qocayev hər zaman dövlətin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səylə çalışır. Onunla görüşümüz zamanı Əvəz müəllim bildirdi ki, ümummilli liderin ideyalarına, cənab Prezidentin siyasi kursuna sədaqət onun həyat fəlsəfəsidir. “Hər zaman çalışımışam ki, cənab Prezidentin müəyyən etdiyi strategiyaya uyğun olaraq yurdumuzun çiçəklənməsi, inkişafı naminə öz töhfələrimi verim. İlham Əliyevin komandasında təmsil olunmaq, onun tapşırıqlarını layiqincə yerinə yetirmək böyük şərəfdir. Saleh müəllim hər bir işçisindən yalnız zəhmətsevər, təmiz olmağı , xalqına, dövlətinə sədaqətli olmağı tələb edir.”

    Saleh Məmmədovun idarəçilik prinsipində insan faktoru ilk pillədədir. Biz Agentlikdə qəbulda olarkən bunun canlı şahidi olduq. Hətta nahar fasiləsi zamanı belə vətəndaşların qəbulu həyata keçirilirdi, onların hər birinin problemləri diqqətlə araşdırılırdı, həllinə çalışılırdı. Bütün bunlar isə bir təmənnasızlıq mühitində, yalnız insanlara layiqli xidmət prinsipləri əsasında aparılırdı.

    Lakin, görülən bu böyük işlərə kölgə salmağa çalışan, hər şeyi qara rəngdə görən bəzi “əhli qələmlər” də vardır ki, öz şər-böhtan ampulasındadırlar. Zərrəbinlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətində nöqsan axtaran, onun rəhbərliyinin gördüyü böyük işləri öz cılız təfəkkürünün yol verdiyi səviyyədə görənlər sağa-sola çamur atmaqla məşğuldurlar. Saleh Məmmədovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə Azərbaycan xalqına xidmət göstərməkdir. Həyatda bundan böyük amal, ideya ola bilməz. Yolunuz hər zaman açıq olsun !

    Nicat MAHMUDOV
    Rubrika.Az saytının Baş redaktoru


    Facebook-da paylaş