• Musiqi məktəbinin direktor müavini ittihamlar cavab verdi ...

    Musiqi məktəbinin direktor müavini ittihamlar cavab verdi ...

    Rubrika.az Teref.info-ya istinaden xeber verir ki, bəzi "dost"-larımız bizi tərəf kmi görməyə arzu edir.Təbi olaraq biz yenədə tərəf ola bilmirik. Ən azından mətbu vicdnımız buna yol vermir. Olar ki, dostlarımız bizi savadsızlıqda ittiham edər. Təbii edə bilərlər, axı dil sümüksüzdür, burda diplom göstərmək lazım deyil, dostum şair Ənvər Əhməd demişkən, imla və ya inşa yazmaqda!!Əslində biz Goranboyuda yada sala bilərdik, hətta Gəncə Müəllimlər İnstitutunuda. Hansı illərdə oralarda nələr baş verdiyini, kimlərin kiomdən nə istədiytini! Amma .... Lakin nəyə lazım? Bizim bir mətbu orqan olaraq heç kimlə şəxsi prinsipimiz yoxdur və biz elektron poçtumuza gələn şikayət məktublarını geniş içtimaiyyətə çatdırmağı özümüzə borc bilirik .Əgər hər hansı bir dostum yazdırqığı yazı ilə xoşbəıxt olacaqsa, olsun!!Biz iddialı ittihamlara cavab vermədən yenədə elektron poçtumuza gələn şikayət məktubunu bəzi ixtisarlarlarla sizlərə təqdim edirik:
    Göygöl Rayon Musiqi Məktəbinin direktor muavini ittiham edir.
    Hər birimizə məlumdur ki bugün Azərbaycanda müstəqil olmayan əxlaqa sıgmayan böhtan-şər mediyası fəaliyyət göstərərək günahsız və vicdanlı insanları ləkələməklə məşğuldur. Qeyri-peşəkarlar və həqiqi mənada savadsızlar bu gün bütün sahələrdə var, sadəcə saytlar hər gün göbələk kimi artdığı və sayt qurmaq bu gün nisbətən asan başa gəldiyi üçün bu sahədə savadsızların çoxluğu özünü daha tez büruzə verir.
    Lakin əfsuslar olsun ki, Mehriban Əzizqızı kimi heç bir jurnalistika savadı olmayan, yazdıqlarının adını isə söz azadlığı qoyan insanlar meydandadır. Təbii ki jurnalistikadan bixəbər olmasaydı özünə bu sənəti seçərkən ən azı jurnalistika haqqında qanunları bilməliydi Bu mövzuda bəhs olunan 3-cü prinsipdə 12 maddə var və əsas məhz budur. Göstərilən prinsipin fəlsəfəsini "Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır"- tezisi təşkil edir.
    İstədiyini qopara bilməyəndə şər və böhtana, təhqirə əl atan, vətəndaşların şəxsi həyatına kobud şəkildə müdaxilə edən, etik normaları gözləməyən, sonra isə bu əməllərini riyakarcasına mətbuat və söz azadlığı ilə bağlamağa çalışan bu kimi jurnalistlər həqiqətəndə mətbuata qara ləkədir.Yenidən yazıb nəzərinizə çatdırıram ki,Asif Mərzili kimi sənətinə hörmət edən “Təzadlar” qazetinin redaktoru dəfələrlə yazıb bildirmişdir ki, 4 il bundan qabaq Mehriban Əzizqızını qazetində müvəqqəti sınaq müddəti işə götürüb, sınaq vaxtı çalışarkən insanlardan nahaq pul tələb etdiyinə görə işinə son qoymuş və vəsiqəsini əlindən almışdır.
    Təzadlar qazetinin internet versiyasında isə onun qanunsuz hərəkətləri ilə rastlaşan şəxsləri DİN 102 xidmətinə zəng etməyə çağırmışdır.Getdiyi bütün idarə və təhsil ocaqlarında çəkinmədən rüşvət istəyən, dolyasının isə 5000 manat olduğuni deyən bu xanıma səslənərək bildirirəmki “başqasının hüquqları başladığı yerdə sənin azadlığın bitir!”
    Mətbuat və söz azadlığı heç bir jurnalistə insanları şərləməyə, şəxsi həyatına müdaxiləyə əsas və hüquq vermir.Əxlaqlı və mənəviyyatlı, özünə hörmət edən jurnalist başqasını ictimai şəkildə şantaj etməz, iddiasını təmin etmədiyi üçün KİV vasitəsiylə ondan qisas almağa çalışmaz! Belə hərəkətlərlə mətbuat əxlaqı bir araya sığmır! Yazdıqlarımın əsasını onun savadsızlığı ilə əsaslandırsaq dahada məqsədə uyğun nəticə alarıq.Bu gün daha çox təsadüfi insanlar, hər sahənin uğursuzları qəzetçiliyə üz tuturlar.Uğursuz kitabxanaçı, uğursuz iqtisadçı, uğursuz müəllim, hətta uğursuz çilingər, “çoban”qəzet redaktoruna və müxbirinə çevrilir. Belə vəziyyətdə isə mətbuat əxlaqının saxlanması və qorunması xeyli çətinləşir.Mehriban Ələsgərova kimi müxbirlər isə uğursuz müəllim təəsürati oyadır.
    Savadsız yanaşmanın ilk qaynağınida həmin xanım jurnalistdə aşkar edən Gəncə şəhəri və ərtaf rayonlarda vəzifələrdə çalışan dövlət məmurları kifayət qədərdir. Bunlardan birincisi özünü "bilən" göstərərək başını başlara qoşmağa çalışmaqla "mən də varam" iddiasıdır. Təbii ki, bütün dövrlərdə savadsızlar imkan tapan kimi irəli cummağa, özlərini gözə soxmağa can atmışlar. İddia cılız olsa da, elə də zərərli deyil! Çünki təklikdə (məqalə yazıb altına imza atanlar) qışqıranlar, adam içində (əsl mütəxəssislər olan yerdə) susurlar. Klavyatura arxasında oturub məkrli formada yazıları şəxsi marağına uyğun təqdim etmək başqadır. Burada fərdi, maraq öndə olur. Həm də həmin marağın yazdıqları faktlarla üst-üstə düşüb-düşməməsi heç bir əhəmiyyət kəsb etmir. Onları düşündürən alacaqları mənfəətdir! Həmin mənfəət naminə hər şeydən keçməyə hazırdılar! (Elə keçirlər də!).Axı burada tənqidlə təhqirin, həqiqətlə yalanın, mövcudluqla böhtanın sərhədləri qəsdən, həm də müntəzəm və məqsədyönlü şəkildə pozulur! Elə mətbuat Şuarsının sədri Milli Məclisin Deputatı Əflatun Amaşovun dediklərini xatırlamaq yerinə düşür.
    ” Savadsız, qeyri-peşəkar şəxslərin onlayn mediada özlərinə yer tapdığı elektron mediada məlum problem kimi ciddi şəkildə hiss edilir !Hazırda onlayn media sahəsindəki vəziyyət deməzdim ki, ürəkaçandır. Əksinə, bizi ciddi düşündürən bir sıra mənfi meyillər hələ də aktuallığını saxlamaqdadır. Belə olan halda savadsız və təsadüfi adamların saytlara, qəzetlərə, telekanallara hansısa yollarla ayaq açması çox düşündürücüdür və hesab edirəm ki, Mətbuat Şurası mediaya nəzarətedici qurum olaraq bunun qarşısını almaq üçün təcili tədbirlər görməlidir”.
    Bəli, söhbət "reket jurnalistikası"ndan gedir.Onların gördükləri işlərin mətbuat və söz azadlığına heç bir dəxli yoxdur!


    Rubrika.az


    Facebook-da paylaş