• Bakı Baş Gömrük İdarəsindəki kadr dəyişikliyi qapıları maqnitləşdirib - CƏFTƏLƏR GÖRÜNTÜ ROLUN OYNAYIR!

    Bakı Baş Gömrük İdarəsindəki kadr dəyişikliyi qapıları maqnitləşdirib - CƏFTƏLƏR GÖRÜNTÜ ROLUN OYNAYIR!

    Bir zamanlar Bakı Baş Gömrük İdarəsindəki iş prinsipindən narazı olanlar artıq hərəkətlərindən peşman olduqlarını ifadə edirlər

    "Köhnə yurdun yeri təzə yurda köçəndə bilinər" - deyib atalar. Bir müddət öncə Bakı Baş Gömrük İdarəsindəki kadr dəyişikliyinə sevinənlər, az sonra xəyal qırıqlığının depresiyasına düşdülər. Avtonəqliyyat Baş Gömrük İdarəsinə İsmayıl Hüseynovun təyinatından sonra bu dövlət qurumu bazar ticarəti funksiyasını yerinə yetirməyə başladı. Belə ki, vətəndaşların onsuzda narazı olduqları Avtonəqliyyat Baş Gömrük İdarəsinin əməkdaşlarının Bakı Baş Gömrük İdarəsinə transferi özü ilə yeni nüansları, daha dəqiq desək "olar və olmaz "ları da gətirdi. Əgər yeni təyinatdan öncə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu dövlət qurumunda bir pəncərəli sistem tətbiq edilmişdisə, İsmayıl Hüseynovun rəhbərliyə gətirilməsindən sonra "çoxqapalı iş sistemi"nə keçid oldu. Əgər yeni təyinatdan öncə vətəndaş dərhal qəbul edilib, narazı qaldığı məqamlar anındaca, qanunun tələblərinə cavab verəcək formada aradan qaldırılırdısa, İsmayıl Hüseynov ona müraciət edən vətəndaşı yalnız "vaxtı olanda" qəbul edir. Əgər əvvəllər əməkdaşlar açıq qapı prinsipi ilə işləyirdilərsə, İsmayıl Hüseynovun rəhbərliyə gətirilməsindən sonra qapıların dəstəkləri belə görüntü xarakterli oldu. Yəni qapı dəstəkləri belə artıq bu qurumda ümumi görünüş ansamblının pozulmaması xatirinə saxlanılıb.Rubrika.Az bakuews.az-a istinadla bildirir ki, zatən İsmayıl Hüseynovçular "qapı dəstəyi siyasəti"nidə köhnə yurddan - Avtonəqliyyat Baş Gömrük İdarəsindən özləri ilə transfer ediblər. İdarədəki mənbədən hal-hazırda Bakı Baş Gömrük İdarəsinin köhnə əməkdaşları elə köhnənin nostaljisini yaşasalar da, Avtonəqliyyat Baş Gömrük İdarəsindən transfer olanların belə qəmləri yoxdur. Yəni "çöldə bayır kimidir" və ya "hər yer Avtonəqliyyat Baş Gömrük İdarəsidir" formatında "fəaliyyətlərini" davam etdirirlər. Mənbənin verdiyi məlumata görə "Avtonəqliyyatçıların" Bakı Baş Gömrük İdarəsinə yürüşü antik dövrlərdəki "səlib yürüşləri"ni xatırladır. İsmayıl Hüseynovu "müşayət edərək" Bakı Baş Gömrük İdarəsini özünə liman seçən "Avtonəqliyyatçı" xidməti otağında olarkən stolunun altındakı düyməni basmadığı təqdirdə, qapıya lap min dəfə "Sim-Sim açıl" desən, şüşədəki cin və ya mağaranın - qapının qarşısındakı əjdaha - məmurda sənə kömək edə bilməz. Nədən? Çünki bu quş dilidir onu İsmayıl, pardon Süleyman bilir ancaq. Maraqlıdır görəsən İsmayıl Hüseynov Avtonəqliyyat Baş Gömrük İdarəsindən Bakı Baş Gömrük İdarəsinə rəis deyil, məsələn cənab Prezidentin xüsusi tapşırığı ilə kosmasa göndərilsə idi, özü ilə yenədəmi Coşqun Əhmədzadəni aparardı? Axı təzyiqi olanlara kosmosa çıxmağın yasaq olması ilə bağlı fətvaya ehtiyac yoxdur. Ola bilsin ki, soruşulsun: Cənab müəllif siz haradan bilirsiniz ki, cənab Coşqun Əhmədzadənin təzyiqi var? Doğrudur biz Coşqun müəllimin təzyiqi olduğunu bilmirik. Lakin onu bilirik ki, maliyyədən sorumlu olanların həmişə özləri istəməsələr belə "довленни"ləri olur. Yanaşmamızda məhz bu səbəbdən idi. Və səbəbin özü də səbəbsiz deyildi. Birdə ki, əyan-əşrəfi, vəzir-vəkili, alanı-verəni Avtonəqliyyat Baş Gömrük İdarəsindən, Bakı Baş Gömrük İdarəsinə gətirmək Həzrəti İsalıq deyil axı. Həşəmətli Gündüz müəllimi nəinki Bakı Baş Gömrük idarəsinə, lap Robinzon Kruzonun 24 il yaşamaq məcburiyyətində qaldığı, türklər demiş "issız bir ada"ya göndərsələr də, o cənab həmin adada tək olsa belə, illər öncədən öyrəndiyi bir "həqiqətlə" yaşayacaq və işləyəcək. Əslində məntiq elmində dünyanı insanın bildiyi bir həqiqətin xilas edəcəyi iddia edilir. Nə yazıq ki, həmin həqiqətin hələ ki, gündüzü yoxdur. Amma bildiyimiz bir həqiqət var: Dünya boyda qaranlığı, zərrə qədər işıq aydınladır. Qaranlığı aydınladan gündüz deyil, sadəcə Günəşdir. Heç olmasa onu üzündən doğru oxuyun cənablar.

    Rubrika.Az



    Facebook-da paylaş