Narkotik istifadəçisi olan həkimə hökm oxundu
Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən həkimin məhkəməsi başa çatıb.
Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sənan Pənahovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən S.Pənahov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Sənan Pənahov Şirvan şəhərində stamotoloq-həkim olub.
O, Bakıda olarkən saxlanılıb. Ondan külli miqdarda narkotik vasitə- heroin aşkarlanıb.
Həkim ifadəsində bildirib ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir. O, Gürcüstanda bununla bağlı iki dəfə müalicə aldığını da bildirib. Lakin o narkotiki satış məqsədi ilə deyil öz istifadəsi üçün aldığını deyib
Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilən S.Pənahovun əməli Cinayət Məcəlləsinin 234.1-ci (istifadə məqsədi ilə narkotik vasitə əldə etmə) maddəsini tövsif edilib.
Rubrika.Az
Facebook-da paylaş