• Yanacaqdoldurma məntəqələrindən kimə şikayət edək?

    Yanacaqdoldurma məntəqələrindən kimə şikayət edək?

    Rusiya Avtomobil Sahibkarları Federasiyası tərəfindən aparılan araşdırmaya görə, qaz vurma məntəqələrinin 76%-i sürücüləri aldadır. Hesablamlara görə, bəzi məntəqələrdə qaz az vurulduğu üçün real qiymət 44-45 yox, 55 rubla çatır. Həmçinin yanacağın keyfiyyətinin standartlara uyğun olmadığı bildirilir.

    Bəs Azərbaycanda sürücülər bu cür problemlərlə üzləşirmi? Belə hallarda sürücülərin hüquqları necə qorunur?

    Rubrika.az xeber verir ki, məsələ ilə bağlı İnsider.az-ın suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı İnsider.az-a açıqlamasında bildirib ki, qeyd edilən hadisə ilə Azərbaycan sürücüləri də tez-tez qarşılaşırlar.

    “Bəzən təkcə Azərbaycanda sürücüləri belə aldadıldıqlarını düşünürük, lakin dünyanın əksər ölkələrində belə fırıldaqlar var. Bizdə isə sürücülərin aldadılması digər ölkələrə nisbətən daha geniş yayılıb. Yanacaqdoldurma məntəqələrində daha çox oğurluq edilir, yanacağın tərkibinə ucuz başa gələn maddələr qatırlar. O maddələrin qatılması və kimlərinsə yaxşı pul qazanması sonda sürücülərin zərər çəkməsinə səbəb olur”, - deyə E.Muradlı bildirib.

    Ekspert vurğulayıb ki, söhbət yalnız sürücünün 1-2 litr benzinə görə aldadılmasından getmir. Belə ki, əlavə qatqılar onların idarə etdiyi avtomobilin mühərrikinin də sıradan çıxmasına gətirib çıxarər. Digər tərəfdən isə bu kimyəvi maddələr benzinin, dizelin keyfiyyətini azaldır. Nəticədə, tərkibinə vurulan qatqılara görə mühərrik zəhərli qazlar ixrac edir:

    “Nəticədə insanlar, ətraf mühitdəki bütün canlılar həmin zəhərli qazları qəbul edir.Yanacaqdoldurma məntəqələri hər sürücüdən 2-3 manat qazanaq deyərək bütün cəmiyyəti zəhərləyirlər”.
    Ekspert qeyd edib ki, keyfiyyət fərqi Gürcüstandan alınan dizel və benzinin tərkibində özünü göstərir:

    “Gürcüstandan dizellə işləyən avtomobil gətirilir, onun mühərrikində heç bir problem, əlavə səslər olmur, vaxtında işə düşür. Azərbaycana gətirilikdən sonra buradakı yanacaqdoldurma məntəqələrindən yanacaq alınır. Həmin yanacaq yükləndikdən sonra avtomobilin mühərriki dağılır. Neft, qaz, yanacaq bizdə olsa da, Gürcüstanda təmiz, Azərbaycanda çirkli olur. Gürcüstana bu məhsulları biz satırıq. Niyə Gürcüstandan aldığımız yanacaqla avtomobil normal tempdə işləyir?

    E. Muradlı sonda birdirib ki, cəmi bir neçə ay əvvələ qədər Azərbaycanda qeyd edilən məsələlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzarəti altında idi. Qurum vaxtaşırı da monitorinqlər aparırdı, lakin indi o qurum fəaliyyət göstərmir.

    “Hazırda İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mövcuddur ki, stehlakçıların hüquqlarının da qorunması bu quruma həvalə olunub. Lakin hətta bu qurum hələ ki, normal laboratiya tapıb benzinin keyfiyyətini normaya müvafiqliyini yoxlamaq iqtidarında deyil”, -deyə ekspert bildirib.

    Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin İstehlakçı Hüquqları Şöbəsinin baş məsləhətçisi Tural Abbasov İnsider.az-a açıqlamasında bildirib ki, vətəndaşlar yanacaqdoldurma məntəqələrindəki özbaşınalıqlarla bağlı quruma tez-tez müraciət edirlər:
    “İstehlakçı bildirir ki, məsələn 5 litr benzin üçün ödəniş edir, lakin avtomobilin çəninə 4 litr yarım benzin yüklənir. Bununla bağlı istehlakçılar tərəfindən qurumumuza mütəmadi olaraq şikayətlər daxil olur. Bəzi vətəndaşlar isə onların istəklərinin nəzərə alınmadığından şikayət edirlər. Məsələn, bəzi istehlakçılar bildirirlər ki, avtomobilin çəni 60 litr yanacaq tutur. İçərisində isə 10 litr benzin olur. Sürücü yanacaq doldurma məntəqəsindən 50 litr bezin vurulmağını istəyir. Bu zaman 50 litr yox, 60 litr benzinin pulu çıxılır. Bu da o deməkdir ki, çəndə 70 litr benzin olur. Çənin tutumuna uyğun olmadığı üçün artıq litrlər daşıb tökülür”.

    T.Abbasov vurğulayıb ki, belə hallarda vətəndaş şikayət ərizəsində yanacaqdoldurma məntəqəsinin tam adı, ünvanını qeyd etməklə dövlət xidmətinə müraciət edə bilər. T. Abbasov diqqətə çatdırıb ki, əvvəllər bu cür şikayətlər daxil olanda aidiyyatı üzrə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yönləndirilirdi. Lakin bu il qurum ləvğ olunduğundan təhvil- təslim işləri gedir:
    “Biz çalışırıq ki, vətəndaşlara kömək edək. Ləğv edilən komitənin bir hissəsi bizim dövlət xidmətinə birləşdirilib. Lakin hələ ki, tam şəkildə fəaliyyət göstərmir. Təhvil-təslim prosesi yekunlaşana qədər biz əvvəlki rejimdə işləyəcəyik. Çalışırıq ki, istehlakçı müraciət edəndə onun məsələsinə aydınlıq gətirək”.


    Rubrika.az


    Facebook-da paylaş