• Vəkildən Ağciyər Xəstəlikləri İnstitunun direktoruna sensasion ittihamlar – DTX-ya şok məktub!!!

    Vəkildən Ağciyər Xəstəlikləri İnstitunun direktoruna sensasion ittihamlar –  DTX-ya şok məktub!!!

    Bu ilin yanvar ayında tutduğu vəzifəsindən uzaqlaşdırılan tibb elmləri namizədi, həkim Səbinə Məmmədovanın səlahiyyətli nümayəndəsi, ictimai vəkil
    Vəkildən Ağciyər Xəstəlikləri İnstitunun direktoruna sensasion ittihamlar –  DTX-ya şok məktub!!!

    tərəfindən AzEuroNews.com-a sensasion məktub daxil olub.

    Məktubda deyilir: “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun” direktoru Həqiqət Qədirova institunun məsul vəzifəsinə təyinat aldığı 25.03.2017-ci il tarixdən etibarən institunun daxilində xüsusilə Qərbi Azərbaycan bölgəsindən olan; iş stajı kifayət qədər yüksək, zaman-zaman pasiyentlərin rəğbətini qazanmış həkimlərə qarşı təzyiq, təxribat dolu kampaniyalar aparmaqla ölkəmizin səhiyyə siyasətinin inkişaf dinamikasına ciddi zərər vurub və vurmaqda davam edir.

    Nəticə etibarı ilə onun ağlasığmaz əməllərinin təsirindən birbaşa zərər görən həkimlərlə bərabər, bilvasitə olaraq instituta sağlamlıqları ilə bağlı müayinə və müalicə üçün müraciət edən vətəndaşlarımız da zərər çəkirlər.

    Çünki savadlı tibb personalının olmaması nəticəsində müayinə və müalicə üçün müraciət edən vətəndaşlarımızın sağlamlıqları ilə bağlı təhlükələr, diaqnostik-müayinə və müalicə ilə bağlı qeyri-müəyyənlik yaranır.

    Hər bir vətəndaşımızın sağlamlığı isə dövlətimiz üçün ali dəyərdir. Lakin çox təəssüflər olsun ki, direktor Həqiqət Qədirova bu haqda az da olsa milli maraqlarımızla uzlaşan şəkildə düşünmək istəmir və mövcud durum onu deməyə əsas verir ki, bu status-kvo gələcəkdə də dəyişməyəcək.

    Vəkildən Ağciyər Xəstəlikləri İnstitunun direktoruna sensasion ittihamlar –  DTX-ya şok məktub!!!

    Xanım Qədirovanın qara qədəmlərindən sonra institutda aşkar xaos, qanunsuzluq və strees dolu qeyri-mənəvi ab-hava reallığa hakimdir.

    Real olaraq heç bir səbəb olmadan Qədirova Həqiqət ağlasığmaz ittihamlarla savadlı həkimlərə təzyiq göstərərək onların könüllü olaraq işdən uzaqlaşmalarına dair təşəbbüs göstərir.

    Bəzi həkimlər edilən təzyiqlərdən dolayı könüllü olaraq işdən ayrılsalar da digər etiraz edib haqqına sahib çıxmağa çalışan həkimlər saxta və real hadisə motivlərini ifadə etməyən böhtan xarakterli intizam tənbehləri ilə işlərindən uzaqlaşdırılırlar.

    Bundan əvvəl Respublika QİÇS-lə Mübarizə Mərkəzində sahibləndiyi analoji əməllərdən dolayı tutduğu vəzifəsindən azad edilən Həqiqət Qədirova əvvəlki neqativ əməllərinin özünə olan təsiri nəticəsindən ibrət almadığı üçün anti-milli təmayüllü əməllərinə sadiq qalmağı özünə hələ dəborc bilir.

    Özünü azərbaycanlı adlandıran, öz əməllərinə bəraət qazandıran, durmadan despot kimi savadlı və bacarıqlı həkimlər üzərində öz idarəçiliyini qeyri-mənəvi və qeyri-hüquqi formada diktə edən Həqiqət Qədirova, az da olsa düşünmür ki, savadlı və səriştəli həkimlərimizə ehtiyac duyulduğu bir zamanda onların qanunsuz və haqsız işdən uzaqlaşdırılması təkcə onlara qarşı yox, vətəndaşlarımızın sağlamlıqları ilə bağlı maraqlarına, bütövlükdə ölkəmizin sağlam yaşam mühitinə zərərvuran münbit durumdur.

    Həqiqət Qədirova nəyin ki, bu barədə, heç özünün həqiqətən ağciyər xəstəlikləri ilə bağlı primitiv anlayışının olmaması ilə bağlı da düşünmür.

    Bütün fəaliyyəti anti-milli səpkidə vətəndaşlarımıza və savadlı həkimlərimizə qarşı hesablanmış Həqiqət Qədirovanın mövcud mənəvi-psixoloji durumundan yalnız bu qənaətə gəlmək olur ki, o həqiqətən Azərbaycan xalqının sağlamlığına qarşı radikal düşmən mövqeyində qərarlaşıb.

    Əgər belə olmasa idi, pasiyentlərinin fərdi olaraq ehtiramını qazanmış institunun bacarılıq, diqqətcanlı və şəffaf fəaliyyətə sahib aşağıda adları çəkilən həkimləri tutduqları vəzifələrindən şərlənməklə azad edilməzdirlər:

    1.Səbinə Məmmədova; tibb elmləri namizədi, şöbə müdiri.

    2.Ruhiyyyə Səfərova; Anestezioloq-reanimatoloq.

    3.Vüqar Behbudov; həkim-cərrah (Cəmi 1 ay işləyə bilib),

    4.Kamal Əliyev; tibb elmləri doktoru. Vərəm cərrahiyyəsi üzrə yeganə aparıcı cərrah, şöbənin elmi rəhbəri.

    5.Vüqar Səfərov; Anestezioloq- reanimatoloq, şöbə müdiri.

    6.Elşən Həsənov; anestezioloq-reanimatoloq

    Həqiqət Qədirova görünən bu dağa bənzər mənfur gerçəkliyini sabit və başlıca iştirkaçısı olaraq qərəzli fəaliyyətini davam etdirməklə institutun daha bir neçə uzunmüddətli staj-təcrübəyə malik əməkdaşını da hazırda potensial hədəfə alıb:

    1.Arif Qurbanov – həkim rentgenoloq.

    Xatirə Əliyeva – USM həkimi.
    Aygün Alxasova; tibb elmləri namizədi, laboratoriya şöbəsinin müdiri.
    Potensial qurbana çevirilmiş adları yuxarda keçən şəxslər məhz Həqiqət Qədirovanın dözülməz fəaliyyətinə sivil qaydada etiraz etdikləri üçün töhmət alıblar.

    Ağciyər xəstəlikləri institunda yaratdığı sərt və dözülməz abu-hava ilə birmənalı olaraq qeyd etmək olar ki, xəstələrlə bərabər həkimlər də həm mənəvi, həm də fiziki cəhətdən vərəm xəstəliyinə yoluxublar.

    Belə ki, institutda baş verən nizamsızlıqlar az olmamış kimi antisanitariya, vərəmli xəstələrlə sağlam insanların eyni ortamda müayinə olunması vərəmə yoluxma risklərini artırıb.

    Əldə edilən məlumata görə praktikaya gələn 5 rezident həkim mövcud mühafizə edilməmiş, anti-sanitar normalara cavab verməyən şəraitdən dolayı vərəmə yoluxub.

    Vəziyyətin son dərəcə acınacaqlı və həyəcan təbili çalması bütün çılpaqlığı ilə ortadadır.

    Qədirova ixtisasca mikrobioloq olmasına, tutduğu neqativ əməllərindən dolayı SPİD mərkəzindən uzaqlaşdırılmasına baxmayaraq Ağ Ciyər Xəstəlikləri İnstitutuna direktor təyin olunub.

    Onun gənc mütəxəsislərə qarşı xüsusi antipatiyasının olması məlumdur. Odur ki, özünə yaxın bildiyi nazirliyin sertifikasiyasından keçməyən yaşlı həkimlərlə işləməyə üstünlük verir.

    Önəmli və qeyri-təbii olmayan durumlardan biri də budur ki, Həqiqət Qədirova ilə əlbir olan mənfur düşüncəli şəxslər var.

    Onlar kimlərdirlər:

    Firidun Məcidov-, 68 yaşı var, sertifikasiyadan keçməyib, həkim işləməyə ixtiyarı yoxdur. Anasının erməni qızı olduğu iddia edilir.
    2. Faiq Agayev ixtisasca bronxoloqdur, kecmish direktordur. Özü xəstəlik tarixini həyati boyu yazmayib, klinisist deyil,amma tam qanunsuz olaraq xəstəlik tarixlərini araşdırır, həkimləri incidir.

    Direktorun sağ əli hesab olunduğu üçün cərrahiyyə şöbəsinə qanunsuz olaraq elmi rəhbər təyin olunub. Anasnın erməni qızı olduğu bildirilir.

    Göründüyü kimi mən Həqiqət Qədirovanın qeyri-peşə əməli fəaliyyətini haqsızcasına anti-milli, düşmən təmayüllü adlandırmıram. Ağciyər xəstəlikləri üzrə ixtisaslaşan kadrlara qarşı görünməmiş və məntiqə sığmayan anti-milli repressiya fəaliyyəti təşkil edən Həqiqət Qədirova haqqında dövlət səviyyəsində hüquqi tədbirlər görülmədiyi təqdirdə vəziyyətin tibbi-sosial partlayışla nəticələnəcəyini istisna etmirəm.

    Mövcud reallığa dair bu qədər mərhəmətsiz, haqsız, qeyri-mənəvi idraka sahib bir şəxsin Səhiyyə sahəsində ən mühüm postlardan birində vəzifə tutması faktı ümummilli xalq maraqlarımıza və dövlətimizin inkişaftutumlu səhiyyə siyasətinin çoxşaxəli tətbiqininə qarşı dövlət təhlükəsizliyi səviyyəsində ifadə olunması mümkün olan təhdidir.

    Bu üzdən mən Səhiyyə naziri Cənab Oqtay Şirəliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi Cənab Mədət Quliyevdən sağlam və təhlükəsiz gələcəyimiz naminə bu barədə ciddi tədbir görülməsinə dair göstərişlərin verilməsini xahiş edirəm.

    Savadlı həkimlərimizə ehtiyacın hazırkı zaman etibarı ilə aktual olduğunu nəzərə alsaq tutduğu vəzifəsindən haqsız yerə azad edilmiş, öz sahəsi üzrə son dərəcə peşəkar olan həkimlərimizin əmək hüququn bərpası son dərəcə vacibdir. Diqqətinizə görə minnətdaram”.

    ► ► ► Mövzu ilə bağlı Həqiqət Qədirova ilə əlaqə yaratmaq cəhlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

    Rubrika.az


    Facebook-da paylaş