• İcra başçısı regionu ələ keçirmək iddiasındadır

    İcra başçısı regionu ələ keçirmək iddiasındadır

    Vidadi İsayev Qarabağlılara qənim kəsilib

    Son zamanlar baş verən və gündəmi zəpt edən Gəncə hadisləri əslində bir teror aktı olmaqla hər kəsdə təssüf hiisi doğursa da daha maraqlı müəyyən məqamları da ortalığa çıxardı. Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevə qarşı törədilən suiqəstdən sonra Bərdə və Tərtər rayonlarının icra başçıları, Vidadi İsayev və Müstəqim Məmmədov vətəndaşlarla ehtiyyatlı davranmağa başladılar.
    Rubrika.Az-a daxil olan məlumta görə, hətta bir müddət Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tamamilə ortalıqda görünmədi. Nəzərə alsaq ki, bu şəxslərin İcra başçısı postuna yiyələnməsində Elmar Vəliyevin böyük xidmətləri var bunun heç də təsadüfü olmadığı açıq aydın görünür.
    Qeyd edək ki, Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov istisna olmaqla Elmar Vəliyevin digər kadrları, Vidadi İsayev və Müstəqim Məmmədov vətəndaşlara qarşı kobud rəftarları ilə gündəmdə olan İcra başçılarıdırlar. Xüsusi ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev idarəetmə prinsipində tayfabazlığa üstünlük verməklə diqqətləri öz üzərinə daha çox çəkir. Yeri gəlmişkən qeyd edək ki, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğlu və qaynı Nazim İsayevin qaynatasıdır. Yalnız öz klanlarını işlətmək iddiasında olan Vidadi isayev bu hərəkəti ilə yerli əhalinin ciddi narazılığına səbəb olaraq öz imperyasını qurmağa çalışır. Beləki son zamanlar məlum Gəncə hadisələrindən sonra meydanı boş görən İsayev regiona nəzarət etmək məqsədi ilə öz yaxın qohumlarını, Tər-tər, Gəncə İcra Aparatlarına qardaşı Fizuli İsayevi isə Yevlaxa yerləşdirməyə çalışır. Qarabağın qapısı olan Bərdədə başcı olsa da Bərdəliləri bəyənmiyən Vidai İsayev ümumən Qarabağlılara düşmən kəsilib. Bunu hər bir Bərdə vətəndaşı ilə yanaşı Yevlaxlılar da çox yaxşı bilir.

    Rubrika.Az bildirir ki, Bərdə rayonundan daxil olan müraciətlər əsasında yerli mənbəmizin əldə etdiyi məlumata əsasən son günlər Bərdədə başçı ilə sahibkarlar arasında yenidən qarşıdurma yaranıb. Buna səbəb kimi sahibkarlarla bağlı narazılıqların pik həddə çatması olub. Mənbəmiz bildirir ki, Vidadi İsayev rayonda ən kiçik köşkdən belə dövlət adına planlanan tədbirlər adı altında pul yığması ilə bağlı narazılıqlar var. Belə ki Bərdə rayonunda yeni tikilən körpünün inşasını əsas gətirərək ərazidə olan sahibkarlardan pul yığmaq məqsədi ilə onlara obyektlərinin plana düşdüyünü və söküləcəyi haqqında göstrəişlər verilib. Yaranan mübahisə zamanı hadisə yerinə gələn İcra başçısı Vidadi İsayev ilə sahibkar Əliş kişi arasında ciddi gərginlik yaranıb. Sahibkara dəstək olar bir qrup şəxs hadisə yerinə toplaşaraq öz etirazlarını bildiriblər. Etiraz dalğasının böyüdüyünü görən İsayev xidməti avtobilinə oturaraq hadisə yerindən kenarlaşıb. Etiraz edən şəxlər bildiriblər ki, Vidadi İsayev Bərdədə iflic vəziyyət yaradıb, dövləti və Prezidentimizi aldadır. Onun ayırdığı vəsaiti qəpiyinə kimi xərcləyib özünə malikanə qurur. Bərdəni isə biz sahibkarların gəliri hesabına qurmağa çalışır. Bizə Park saldırır bu bəs deyliymiş kimi içərisində kafe tikib oğluna verir. İndiyə qədər utanıb abrımızı gözləmişik ki, gələndə deməmişik ki, Cənab Prezident bu gördükləriniz hamısı bizim əlimizin əməyi hesabınadır. Bütün bunların qabağında amma Vidadi İsayev biz sahibkarları dəstəkləməkdənsə yerlibazlıq edir ali təhsilli balalarımızın birni dövlət işinə götürmür. Zaur adlı İcra Hakimiyyətində bir əlaltısı var onun əliylə daha hamımızın canımızı boğazımıza yığıb. Məlumata əsasən adı çəkilən Zauru Vidadi İsayev özü ilə rayon rayon dəyişdikcə gəzdirir heç bir savadı olmasa da başcı ona Bərdədə müavinlərdə çox ixtiyarat verib. Digər mənbədən əldə etdiyimiz məlumata görə İyun ayında Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Elmar Vəliyev Yevlaxda qeyri rəsmi idarə müəsisə rəhbərlərinin iştirakı ilə ayaq üsdü toplantı keçirib.

    Rubrika.Az-a daxil olan məlumta görə, həmin vaxt Yevlax şəhər icra Hakiiyyətinin başçısı Qoca Səmədov ürək əməliyyatı keçirərək Türkiyə respublikasında müalicədə olub. Bundan istifadə edən Vidadi İsayev öz tayfabazlığını yevlaxda da biruze verərək əslən Qarabağlı olan Yevlax su idarəsinin müdiri Sabir Hüseynova qarşı qərəzli mövqe nümayiş etdirərək onun işdən qovulmasına səbəb olub. Məhz onun fətvası ilə Elmar Vəliyev ağır söyüş və təhqirlərlə Sabir Hüseynova əl qaldıraraq ordan qovub və işdən azad edib. Maraqlı burasındadır ki, Yevlaxın İcra başçısı rayonda olmadığı bir vaxtda qonşu rayonun icra başçıları gəlib Yevlaxda rəhbərlik və idarəçilik edir. Artıq Yevlaxın bütün idarə müəsisə rəhbərləri hətta işçiləri belə bu qeyri rəsmi təziqdən boğaza yığılıblar. Bu nə dərəcədə doğrudur deyə bilmərik. Amma ortalığa açıq aydın daha bir məqam da çıxır ki, Bərdə və Tərtərin başçıları eyni klanın üzvü olsalar da Yevlax İcra Hakimiyyətinin başçısı Qoca Səmədovu qəbul eləmirlər. İmkan düşdüyü tədqirdə ona qarşı çıxırlar. Bu da belə izah olunur ki, Qoca Səmədovun sakit təbiətli olması insanlarla münasibətdə daha humnist və qaykeş olması mövcud klan tərəfindən qəbul olunmur. Heç də təsadüfi deyilki bütün saytlar bu mövzuda araşdırma apararkən məhz iki rayonun Bərdə və Tərtərin uzərində dayanırlar.
    Bu arada Müstəqim Məmmədovun da Tərtərdə bir qrup yerli zəhmətkeş qadınlarla münasibətdə etdiyi kobudluğa görə qadınlar tərəfində döyülməsi xəbəri də var. Ətraflı şəkildə məlumat toplamağa çalışırıq.

    Rubrika.Az


    Facebook-da paylaş