• Qadınları evdə dörd ayaq üstündə gəzdirirmiş...

    Qadınları evdə dörd ayaq üstündə gəzdirirmiş...

    Adnan Oktarın bir-birindən əcaib vərdişləri, şoka salan cəzaları...

    Səhər saatlarında yaşanan son dəqiqə gəlişməsi ilə Adnan Oktar cinayətkar dəstəsinə qarşı yeni bir əməliyyat başlanıb.
    Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, 33 nəfərlik gözaltı siyahısında Oktarın böyük qardaşı Kənan Oktarın da adı yer alır. Maliyyə polisinin səhər saatlarında ünvanlara basqın təşkil etdiyi əməliyyat hələ də davam edir. Adnan Oktar cinayətkar dəstəsinə qarşı təşkil edilən əməliyyatda ötən günlərdə təşkilatın iki nömrəli adamı olan Tarkan Yavaş da yaxalanmışdı. Təşkilata 11 iyulda böyük bir zərbə endirilmiş, 187 nəfər həbs olunmuşdu.

    A.Oktar cinayətkar təşkilatına yönəldilmiş istintaq çərçivəsində haqlarında saxlanma qərarı verilən 33 şübhəlidən 14-ü yaxalanıb.

    Bu arada “Sabah” qəzeti etirafçı qadınların A.Oktar barədə ifadələrinə də yer verib. Onları detalları ilə nəzərinizə çatdıraq...

    AYAQQABILARINI SAÇ QURUTMA MAKİNASI İLƏ İSİDİRDİ

    Adnan Oktar ayaqqabılarına çox əhəmiyyət verirdi. A9 TV-də canlı yayımda dəqiqələrlə ilan və timsah dərisi ayaqqabılarına verdiyi yüz minlərlə lirədən bəhs edən Adnan Oktarın səhər-səhər geyindiyi ayaqqabıları qadın müridləri tərəfindən fenlə isidilirdi.

    YASTIQLARI YANLIŞ YERƏ QOYULARSA, QADINLARA ŞİDDƏT TƏTBİQ EDİRDİ

    Adnan Oktarın evinə düzənlənən basqın zamanı böyük yatağı çox müzakirə edilmişdi. Yatağında 4 yastıq olan Adnan Oktar bu yastıqların qoyulma şəklinə də həssaslıq göstərirdi. Bu yastıqlara cavabdeh olan Gülgün Göktan, yastıqları səhv yerləşdirərsə, döyülürdü.

    İÇMƏ SUYU 20 DƏRƏCƏ DEYİLSƏ, QIZLARI DÖYÜRDÜ

    Adnan Oktarın xidmətində dayanan müridlərindən Gülgün Göktan ən çox döyülən şəxslərin siyahısında ilk yerlərdən birini alır. Adnan Oktarın içmə suyu 20 dərəcədə 7 dəqiqə boyunca isidilirdi. Bunun öhdəsindən gələ bilməyən mürid Gülgün Göktana isə şillə-yumruqla xəbərdarlıq edirdi.

    MÜRİDİNƏ CƏZA OLARAQ XİDMƏTÇİ GEYİMİ GEYİNDİRDİ

    Adnan Oktar fransız dilində dərs alan Selda İnala çox hirsləndiyi üçün ona qəribə cəzalar verirdi. Bir dəfə onu tərbiyə etmək üçün evin içərisində günlərlə xidmətçi qiyafəti ilə gəzdirdi.

    YATAĞI YATMADAN ÖNCƏ FENLƏ İSİDİLİRDİ

    Adnan Oktarın qəribə və hətta əcaib qayda-qanunları bununla məhdudlaşmamışdı. Oktar yatmadan öncə yatağını dəqiqələrlə fenlə isidirdi.

    BAXIŞINI BƏYƏNMƏDİYİNƏ GÖRƏ EVİN İÇİNDƏ 24 SAAT GÜNƏŞ EYNƏYİ TAXDIRIRDI

    Adnan Oktar baxışlara da çox önəm verirdi. Baxışını bəyənmədiyi qadın müridlərinə “sən müxalif kimi baxırsan” deyərək dəyişiik cəzalar verirdi. Məsələn, baxışını bəyənmədiyi Eda Babunaya evin içində 24 saat günəş eynəyi taxma cəzası vermişdi.

    ALT PALTARLARINI DA MİKRODALĞALI SOBADAN KEÇİRİRDİ

    Adnan Oktar alt paltarları məsələsində də böyük həssaslıq göstərirdi. Alt paltarları çərşənbə axşamı və cümə günü ultrabənövşəyi şüadan keçirdirilirdi. Alt paltarlarını sadəcə Neşe Uzel adlı müridi ütüləyə bilirdi.

    QƏZETLƏRİ AYAQ ÜSTƏ DAYANAN 3 NƏFƏR ƏLİ İLƏ TUTURDU

    Adnan Oktar gündəlik qəzetləri əli ilə tutmağı xoşlamırdı. Qarşısında dayanan 3 qadın müridi ayaqüstə qəzetləri açıq vəziyyətdə tuturdu. Adnan Oktar bu üsulla qəzetləri toxunmadan oxuya bilirdi.

    QADIN MÜRİDİNİN SAÇINI KƏSDİ, QAŞLARINI QAZDIRDI

    Adnan Oktarın bir qadın müridini qaralaması üçün özəl bir şey etməsinə ehtiyac yox idi. Görkem Erdoğan adlı müridinin qabağından addımlanmasına hirslənən Adnan Oktar, qadının saçlarını kəsdi və qaşlarını qazıtdırdı.

    QADINLARIN ZƏFƏRANLA TƏMİZLƏNMƏSİNİ İSTƏYİRDİ

    Adnan Oktar qadınların da çox təmiz olmasını istəyirdi. Qadınların özəl orqanlarının zəfəranla yuyulmasını istəyirdi.

    TOXUNMADAN ÖNCƏ ÇILPAQ AYAQLA GƏZDİRƏRƏK ELEKTRİKDƏN TƏMİZLƏDİRDİ

    Adnan Oktar ona toxunan birinin xüsusən elektrikdən təmizlənməsini istəyirdi. Ona toxunan birinin daha öncə dəqiqələrlə torpaqda gəzdirilərək, elektrikdən təmizlənməsini istədiyi də qeyd edilir.

    CORABLARINI QADIN MÜRİDLƏRİ GEYİNDİRİRDİ

    Adnan Oktarın təkcə ayaqqabılarını yox, corablarını da qadın müridləri geyindirirdi. Corabları isə təkcə bir dəfə geyinib, zibil qutusuna atırdı.

    YATMADAN ÖNCƏ 5 KİŞİ MASAJ EDİRDİ

    Adnan Oktar yatmadan öncə masaja çox önəm verirdi. Yatmadan öncə mütləq birdən artıq qadın müridi tərəfindən bədəninə massaj etdirilirdi.

    YEMƏK SERVİSİ 2 NÖVBƏTÇİNİN MÜŞAYİƏTİ İLƏ EDİLİRDİ

    Yemək və içkiləri şkafdan çıxıb, ona gətirilənə qədər mütləq servis edən şəxsin yanında iki şahid olurdu. Bişirilən yeməklər mütləq zəhərlənmə riskinə önləm olaraq testdən keçirilirdi.

    TELEFONUNU SPİRTLƏ SİLDİRİR, MİKRODALĞALI SOBADAN KEÇİRİRDİ

    Adnan Oktarın qəribə vasvasılıqları bununla da yekunlaşmır. Telefon və saat kimi əşyaları spirtlə sildirirdi. Bundan başqa, mikrodalğalı sobadan keçirilməsə, saatını qoluna taxmırdı.

    MİNƏCƏYİ MAŞININ OTURACAĞI YARIM SAAT ÖNCƏDƏN İSİDİLİRDİ

    Adnan Oktar yatağının temperaturuna nə qədər önəm verirsə, maşınına da o qədər önəm verirdi. Maşınının və oturacağının temperaturu yarım saat öncədən ayarlanırdı.

    MAŞININDA QOLUNUN DƏYDİYİ YERLƏR SPİRTLƏ TƏMİZLƏNİRDİ

    Adnan Oktar maşınında toxunduğu yerlərin təmizliyinə də böyük önəm verirdi. Əlinin dəyduğu hər yer gündə bir neçə dəfə spirtlə silinirdi.

    AYAQYOLU SİFONUNUN TƏMİZLİYİNƏ CAVABDEH ŞƏXS VARDI

    Adnan Oktar ayaqyolu təmizliyi məsələsində də qəribə qaydalara sahib idi. Hamamını və ayaqyolunu sadəcə iki nəfər qadın mürid təmizləyirdi. Sidonuna qədər hər detal spirtlə təmizlənirdi.

    CƏZA OLARAQ QADINLARA DÖRD AYAQ ÜSTÜNDƏ YERİMƏ CƏZASI VERİRDİ

    Adnan Oktarın qadınlara yönəlmiş qəribə cəzaları vardı. Bəzi qadınlara gün boyunca yerdə dörd ayaq üstündə gəzmə cəzası verirdi. Qadın müridlərindən Selda İnal daim evin içində bu şəkildə gəzirdi.

    GEYİNMƏDİYİ GEYİMLƏRİ QAYÇI İLƏ KƏSDİRİB, ZİBİL YEŞİYİNƏ ATDIRIRDI

    Adnan Oktar geyinmədiyi geyimlərin başqaları tərəfindən istifadə olunmasından və ona toxunulmasından xoşlanmırdı. Geyinmədiyi və bir daha geyinmək istəmədiyi geyimləri öncə qayçı ilə kəsdirir, sonra zibilliyə atdırırdı.

    Rubrika.Az


    Facebook-da paylaş