• Xalqa xidmətin Əli Həsənov formulu - Ucalıqda duranlara çamur atmaqla yaşanan ömür bataqlıqdan keçən yoldur!

    Xalqa xidmətin Əli Həsənov formulu - Ucalıqda duranlara çamur atmaqla yaşanan ömür bataqlıqdan keçən yoldur!

    “Biz dövlətimizin başçısı, milli ordumuz və qələm sahibləri olan sizlərlə güclüyük”

    Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, müəllifi olduğu dövlətçilik irsinin davamlılığını təmin edəcək güclü siyasi komanda da formalaşdırmışdı. Bu komandada ümummilli liderin ideyalarına sədaqətlə xidmət edən, onun milli strategiyasının həyata keçirilməsi üçün var gücü ilə çalışan şəxslər yer alıb. Təsadüfi deyil ki, onların böyük əksəriyyəti uzun illər bu yolda cənab Prezidentlə qoşa addımlayaraq müstəqil Azərbaycanın uğurlarına öz töhfələrini verirlər. Bu gün qürur duyduğumuz dövlətin sivil bir şəkildə mövqeyini ortaya qoyması, eləcə də, uğurlara imza atmasında dövlət qulluğunda xidmətləri olan şəxslərin də böyük rolu var.
    Ümummilli Lider Heydər Əliyev də tanıdığı, dəfələrlə sınaqlardan çıxartdığı, əqidəsinə, saflığına inandığı insanlarla müasir Azərbaycan dövlətçiliyinin təməlini qoydu. Xalqımız zaman keçdikdən sonra Ulu Öndərin kadr seçimində də uzaqgörənlik nümayiş etdirdiyinin şahidi oldu. Onun etibar etdiyi, güvəndiyi ziyalılar, Heydər Əliyev məktəbinin yetirmələri, bir sözlə, Prezident İlham Əliyev başda olmaqla siyasi komandası bu gün Azərbaycan dövlətini göz bəbəyi kimi qoruyur, inkişaf etdirir və gələcəkdə də daha böyük uğurların qazanılması üçün var qüvvəsi ilə mübarizə aparır.
    Ümmumilli liderin həmişə güvəndiyi, gələcəyinə inamla baxdığı siyasi xadimlərdən biri olan Əli Həsənov bütün fəaliyyəti dövründə bu etimadı doğruldub. Çünki, vətənə, xalqa, liderə sədaqət, xidmət onun alın yazısı, tale yoludur.
    Əli Həsənovun dövlət idarəçiliyinə gəlişi ötən əsrin 90-cı illərinin əvvəllərinə təsadüf edir. O dövrə ki, Azərbaycanda yeni-yeni siyasi təsisatlar yaranır, ictimai birliklər formalaşır, azad mətbuat təşəkkül tapırdı. Yaxın tarixə qısa ekskurs etsək görərik ki, Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin icra edilməsində, ictimai-siyasi sabitliyin bərpa olunmasında, müasir mətbuatın yaranmasında, vətəndaş cəmiyyəti insitutlarının inkişafında onunda bir sadiq əliyevçi olaraq ciddi əməyi var.
    Ulu öndərin Azərbaycan mətbuatına qayğısı, onun inkişafına verdiyi böyük dəstək hər kəsə məlumdur. Bu diqqət və qayğı yeni medianın daha rahat və inamlı fəaliyyəti üçün zəmin yaratdı. Heç şübhəsiz bütün bu baş verənlər Ulu Öndər Heydər Əliyevin ölkə mətbuatının qarşısında açdığı böyük imkanlar idi. Əli Həsənov Prezidentin İcra Aparatında ictimai-siyasi şöbənin müdiri olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlu icraçılarından idi.
    Əli Həsənov istər Ulu Öndər Heydər Əliyevin, istərsə də Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlyi dövrlərində bu dövlətə, onun rəhbərinə daim sədaqətlə xidmət edib. Ölkəmizə qarşı potensial təhlükə sayılan daxili və xarici qüvvələrin təxribatçı planlarının vaxtında qarşısının alınmasında, müxtəlif dini və ekstremist cərəyanların dövlətimizin informasiya məkanına mümkün təsirlərinin zərərsizləşdirilməsində xidmətləri olan Əli Həsənov hər zaman dövlət rəhbərliyinin xüsusi etimadını qazanıb.
    “Prezidentimin yanında olanda, ondan tapşırıq alanda, Milli ordumuzun paradı keçiriləndə, Hökümət Evinin qarşısında ordunun texniki vasitələrini görəndə və media təmsilçiləri içərisində olanda özümü güclü hiss edirəm. Biz dövlətimizin başçısı, milli ordumuz və qələm sahibləri olan sizlərlə güclüyük. Bu hallarda bizə heç kim heç nə edə bilməz”. Bu sözlər Əli Həsənovun hansı amallarla yaşadığını, hansı ideyallara xidmət etdiyini bir daha sübut edir.
    Əli Həsənov ökənin daxili və xarici siyasəti ilə bağlı bütün nüansların, ən incə məqamların doğru-dürüst təhlilini verən, mükəmməl şəkildə izah edə bilən səriştəli analitikdir. İstənilən anda jurnalistin ona yaxınlaşaraq hər hansı bir mövzuda verdiyi sual dolğunluqla cavablandırılır. Natiqlik məharəti və faktlarla zəngin nitqi, iqtisadi və siyasi savadı ona əsl məmur ucalığı gətirir.
    Lakin, hər şeyə öz prizmasından yanaşan, “qaradan yaxşı rəng yoxdur” deyərək hər kəsə qara yaxmaqla məşğul olan bəzi əhli-qələmlər zaman-zaman Əli müəllimə qarşı kompaniyalar təşkil edirlər. İstər müxtəlif beynəlxalq dairələr tərəfindən qaranlıq məqsədlər üçün maliyyələşərək fəaliyyət göstərən, istərsə də bu həyatda nə istədiyini bilməyib, işi-gücü ona-buna qarayaxmaqdan ibarət olan şəxslər tərəfindən ittiham olunması, hədəf seçilməsi onu göstərir ki, Əli Həsənov dövlətimiz və onun rəhbərinə sədaqətli fəaliyyəti ilə "vətənpərvərlər” üçün arzuolunmaz şəxsə çevrilib. “Qələmini sıyırıb” hücuma keçənlərin əsassız iddiaları, arqumentsiz ittihamları hər kəsdə ikrah hissi doğurur. Çünki xalqın etimadının qazandırdığı ucalıqda olanlar üçün bu ittihamlar yalnız bumeranq effekti yaradır-sonda elə onu səsləndirənlərin özlərini ifşa edir.
    Əli Həsənovun uğrunda mücadilə verdiyi amalların kökündə xalqa, dövlətə, Prezidentə xidmət idealları durur. Bundan böyük həyat amalı ola bilməz. Zatən ömür dediyin də xalqa xidmət etdikdə şərəfli bir yoldur. Ucalıqda duranlara çamur atmaqla yaşanan ömür bataqlıqdan keçən yoldur!

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş