15 dekabr mitinqinə razılıq verilmədi
Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin 15 dekabrda Qarabağ mitinqi keçirmək üçün müraciətinə mənfi cavab verib.
Rubrika.Az Musavat.com-a istiandla bildirir ki, bu barədə Qarabağ Komitəsindən verilən məlumatda deyilir.
Bildirilir ki, BŞİH cavab məktubunda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkə prezidenti İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş aparır. Eyni zamanda Qarabağla bağlı aparılan danışıqlar şəffaf aparılır, aparılan danışılar və keçirilən tədbirlər, görüşlər barədə kütləvi informasiya vasitələrində ictimaiyyətə daim məlumat verilir. Qeyd olunanları nəzərə alaraq BŞİH mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.
Qarabağ Komitəsindən bildirilib ki, BŞİH-nin cavabı ilə bağlı Komitədə müzakirə aparılacaq. Mitinqin keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərar bu zaman veriləcək.
Rubrika.Az
Facebook-da paylaş