• Səhiyyə Nazirliyində korrupsiya şəbəkəsi: Elsevər Ağayev – Zahid Qəribov tandeminin tender maxinasiyaları

    Səhiyyə Nazirliyində korrupsiya şəbəkəsi: Elsevər Ağayev – Zahid Qəribov tandeminin tender maxinasiyaları

    Azərbaycanda dövlət büdcəsindən ən çox maliyyə alan qurumlardan biri də Səhiyyə Nazirliyidir. Büdcədən ayrılan milyardlarla manat vəsaitin bir hissəsi səhiyyə sistemində tikinti sahəsinə xərclənir. Son on ildə ölkənin bütün regionlarında yüzlərlə xəstəxana tikilib və yaxud təmir edilib. Ölkə mətbuatında illərdi Səhiyyə Nazirliyinin tikinti sektrunda baş alıb gedən korrupsiya faktları ilə bağlı müxtəlif yazılar dərc edilib. Dünən ölkə mətbuatında Səhiyyə sistemində mütəmadi olaraq tikinti sektorunda əsas tenderlərin qalibi olan “Turqay”MMC şirkəti ilə bağlı məlumat dərc edildi. Həmin məlumatda Səhiyyə Nazirliyinin tikinti işlərində milyonluq tenderlərin qalibi olan “Turqay” MMC şirkətinin sahibi ilə bağlı məlumat verilirdi. Rubrika.Az Aztoday.az-a istinadla bildirir ki, məlumatda qeyd edilmişdi ki, milyonluq layihələrin sahibi olan “Turqay”MMC şirkətinin sahibi Kürdəmir rayonunda olan iş adamı Rafət Orucov adlı şəxsdir.

    Heç kəsin tanımadığı Rafət Orucov adlı şəxsin rəhbərlik etdiyi kiçik bir şirkətin səhiyyə sitemində ən çox tender “udan” şirkət olması isə bəzi müəmmalara yol açıb. Saytın araşdırmasından məlum olub ki, “Turqay”MMC şirkətinin səhiyyə sistemində “tender kralı”na çevrilməsinin əsas səbəblərindən biri iş adamı Rafət Orucovun Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə ciddi əlaqələri ilə bağlıdır.

    Məlumatda Rafət Orucova səhiyyə sistemində yaxın olan şəxslərdən birinin Səhiyyə Nazirliyinin Əsaslı Tkinti İdarəsinin rəisi, həmyerlisi Zahid Qəribov olduğu qeyd edilib. Kürdəmir rayonunda olan Zahid Qəribovun Səhiyyə Nazirliyinin Əsaslı Tkinti İdarəsinin rəisi təyin edilməsində isə nazir müavini Elsəvər Ağayevin “xeyir duası”nın olduğu bildirilir.

    “Turqay” MMC şirkəti ilə bağlı dünən ölkənin 30-dan çox saytında dərc edilən məqalə Mətbuat Şurasının rəhbərliyi tərəfindən sildirilib. Ölkə mətbuatına nəzarət etdiyini iddia edən Mətbuat Şurası rəhbərliyinin “Turqay”MMC şirkəti ilə bağlı xəbəri sildirməsi isə müəmmalı və qaranlıq məqamlardan xəbər verir…

    Səhiyyə Nazirliyində aparılan tikinti işləri ilə bağlı apardığımız kiçik araşdırmada isə bəzi ilginc faktlara təsadüf etdik. Məlum oldu ki, Səhiyyə Nazirliyində tikinti işlərinə nazir müavini Elsəvər Ağayevlə Əsaslı Tkinti İdarəsinin rəisi Zahid Qəribovun nəzarətindədir. Nazirlikdəki bu nəzarətin üçüncü siması isə Səhiyyə obyektləri şəbəkəsinin inkşafının planlaşdırma şöbəsinin müdiri Əli Abbasovdur. Hər iki şəxsi – Zahid Qəribovla Əli Abbasovu – rəhbərlik etdikləri vəzifələrə nazir müavini Elsəvər Ağayev təyin edib. Zahid Qəribov əslən Kürdəmir rayonunda olmaqla uzun müddətdir ki, Elsəvər Ağayevlə müxtəlif korrupsiya işlərində iştirakçıdır. Həmçinin Əli Abbasov da nazir müavinin həm yerlisi və qohumu olduğu bildirilir. Görünür, Səhiyyə sistemindəki yüz milyonlarla manatlıq tikinti sektorunu tək əldə cəmləşdirən Elsəvər Ağayev bu sahəyə başqa şəxslərin girməsini qətiyyən istəmir. AzToday.az-ın apardığı kiçik araşdırma da məlum oldu ki, Elsəvər Ağayevlə Zahid Qəribovun Səhiyyə Nazirliyinin tikinti sektorunda yaratdıqları korrupsiya sistemində ildə on milyonlarla manat vəsait əldə edirlər.

    Məhz Zahid Qəribovun ən yaxın adamlarına məxus şirkətlər tikinti tenderlərinin saxta qalibi elan edilərək onlara milyonlarla manat vəsaitlər köçürülür. Belə şirkətlərdən biri də həmyerlisi və yaxın qohumu Rafət Orucovun rəhbərlik etdiyi “Turqay”MMC müəsissəsidir. İllərdir “Turqay”MMC şirkətinə müxtəlif tenderlərin qalibi kimi Səhiyyə Nazirliyindən üst-üstə bir bir neçə yüz milyon manat vəsait köçürülüb.

    Qeyd edək ki, Zahid Qəribov Rafət Orucovun həyat yoldaşının dayısıdır. Zahid Qəribovun digər tender “işçisi” isə Rafət Orucovun qohumu Mürvət Orucov olduğu deyilir.

    Şirkətin Səhiyyə Nazirliyi ilə sonuncu işi müqaviləsi 2018-ci ilin sonunda bağlanılıb. Həmin müqaviləyə əsasən “Turqay” MMC şirkətinə Xırdalan şəhər Mərkəzi Xəstəxanasının əsaslı təmir üçün 12 milyon manat vəsait ayrılıb.

    Səhiyyə Nazirliyinin Əsaslı Tkinti İdarəsinin rəisi Zahid Qəribov çox imkanlı bir şəxsdir. Onun Kürdəmir rayonunda dəyəri on milyon manat vəsaitlə ölçülən bir neçə istixanası mövcuddur. Məlumatda Zahid Qəribovun paytaxt Bakıda çoxlu sayda obyektlər əldə etməsi də yer alıb. Maraqlı məqamlardan biri isə Zahid Qəribovun Əsaslı Tkinti İdarəsinin rəisi işləməmişdən öncə imkanlarının ən aşağı səviyyədə olmasıdır. Ancaq Zahid Qəribov Elsəvər Ağayevin vasitəsi ilə Əsaslı Tkinti İdarəsinin rəisi təyin edildikdən sonra sürətlə milyonçu məmura çevrilməyə başladı. Məlumatda Zahid Qəribovun Bilgəh qəsəbəsində Xəzər dənizinin sahilində dəbdəbəli villasına bir neçə milyon dollar xərc çəkdiyidi qeyd edilir.

    Elsəvər Ağayevə gəldikdə isə uzun illərdi Səhiyyə Nazirliyinin təmir tikinti işlərini əlində cəmləşdirən bu şəxsin hazırda ölkədə ən böyük oliqarx məmurlardan biridir. Hələ illər əvvəl Elsəvər Ağayevin Bakı şəhərində 200-yaxın mənzilə sahib olması və lüks təmirli həmin mənzilləri yaxın qohumuna məxsus ev alqı satqı mərkəzi vasitəsi ilə kirayə verdiyi qeyd edilmişdi. (Bu barədə növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.)

    Səhiyyə Nazirliyindən AzToday.az-a verilən məlumatda bildirilir ki, nazirliyin tikinti tenderlərinin qalibi olan şirkətlər vəsaitin 30 faizini əvvəlcədən Əsaslı Tkinti İdarəsinin rəisi Zahid Qəribova verirlər. İllərdi 30 faiz sistemi ilə işləyən Elsəvər Ağayev və Zahid Qəribov cütlüyünün mənimsədikləri vəsaitləri hesablasaq ortata fantastik rəqəmlər çıxar.

    Qeyd edək ki, növbəti sayımızda Səhiyyə Nazirliyinin Əsaslı Tkinti İdarəsinin rəisi Zahid Qəribovla “Turqay” MMC şirkətinin sahibi Rafət Orucovun korrupsiya maxinasiyaları barədə oxucularımıza daha ətraflı məlumat verəcəyik…

    Rubrika.Az


    Facebook-da paylaş