• Prezidentin tarixi əfvi - iki Əli və ikiəlli azadlığa çıxanlar...

    Prezidentin tarixi əfvi - iki Əli və ikiəlli azadlığa çıxanlar...

    Prezident İlham Əliyevin siyasi opponentlərini, hakimiyyət tənqidçilərini vaxtından əvvəl həbsdən azad etdiyi ilk dəfə deyil və son da olmayacaq - amma ilk dəfədir ki, 50-yə yaxın siyasiləşmiş dustaq bir əfv sərəncamı ilə azadlığa buraxılıb; dövlət başçısı siyasi cameənin, hüquq müdafiə təşkilatlarının, vətəndaş cəmiyyətinin ondan gözlədiyi jesti etdi və bundan sonrası...
    2019-cu ilin əvvəlindən başlayaraq ölkənin həm siyasi cameəsinin, həm vətəndaş cəmiyyətinin böyük maraqla gözlədiyi əfv sərəncamı martın 16-da imzalandı. Rubrika.Az musavat.com-a istinadla bildirir ki, iki aya yaxındır ki, medianın da ciddi maraq göstərdiyi əfv sərəncamı gözləndiyi kimi geniş rezonans dogurub.

    Budəfəki əfvə daha çox diqqət yönəldən başqa mühüm amillər vardı. Ötən ilin sonundan və bu ilin əvvəlindən prezident İlham Əliyevin xüsusilə sosialyönümlü qərarları, ölkədəki problemlərin daha açıq müzakirəsinə hazır olması barədə real addımları, məhkəmə və hüquq sahəsində islahatların dərinləşəcəyi anonsu əfvə diqqəti xüsusilə artırmışdı. Atılan addımlar və verilən mesajlar daha çox ölkədə sosial bərabərliyin yaradılmasına yönəlsə də, bunların məntiqi davamı kimi siyasi cəmeənin də bu proseslərdən gözləntiləri vardı. Çünki ölkədə siyasi ab-havanı müəyyən edən “barometr”lərdən birinin də məhz “siyasi dustaqlar” məsələsi olduğunu inkar etmək olmaz.

    Prezidentin əfv sərəncamının önəmi heç də bəzi siyasilərin azadlığa buraxılması ilə qiymətləndirilməməlidir. Bu, dövlətin və dövlət başçısının hansısa cinayətdən həbsə düşmüş vətəndaşına olan inamıdır, onu ölkə həyatına yaralı deyil, yararlı qaytarmaq şansıdır

    Bu məsələyə ayrıca qayıdacağıq. Amma öncəliklə adı cəmiyyətə tanış olmayan yüzlərlə insanın əfvlə azadlığa buraxılması onların ailə üzvləri və qohum-əqrəbası daxil olmaqla on minlərlə ölkə insanının üzünü güldürüb ki, bu da xüsusi qeyd edilməlidir. Onlar üçün adlarının hansı tanınmış sima ilə bir sərəncamda olmasının heç bir əhəmiyyəti yoxdur. Əfv edilənlər üçün mühüm olanı azadlığa və ailələrinə qovuşmaları, cəmiyyətə yenidən adaptasiya olunmalarıdır. Bu mühüm amilin xeyli səs-küy yaratmış siyasi dustaqlar məsələsi fonunda unudulmaması gərikir. Prezidentin əfv sərəncamının önəmi heç də bəzi siyasilərin azadlığa buraxılması ilə qiymətləndirilməməlidir. Bu, dövlətin və dövlət başçısının hansısa cinayətdən həbsə düşmüş vətəndaşına olan inamıdır, onu ölkə həyatına yaralı deyil, yararlı qaytarmaq şansıdır.

    Bu yerdə sərəncamın əhatə dairəsini yenidən yada salaq: 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Bundan başqa, şərti olaraq məhkum edilmiş daha 12 nəfər əfv olunub, üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

    Güman ki, kimlərin azadlığa buraxılan kimi hansı bəyanatlar verəcəyini prezidentə son siyahını təqdim edənlər də, son qərarı verən dövlət başçısı da hamıdan yaxşı bilib. Halbuki heç olmasa, uzun həbs həyatından sonra evinə gedib bir neçə gün dincələndən sonra da siyasi bəyanatlar vermək daha məntiqli olardı
    Əfv iki əsas spektri əhatə edir: siyasi və dini spektri. Azadlığa buraxılanlar arasında hər iki cəmeənin tanınmış nümayəndələri var. Onlardan kimin əfv ərizəsi yazıb-yazmadığı indi maraqlı da deyil. İstisna deyil ki, azadlığa buraxılan siyasilər sırasındakı bəzilərini prezident heç tanımasın da. Amma heç şübhə yoxdur ki, bu, istisnasız olaraq prezidentin iradəsini əks etdirən siyahıdir.

    Güman ki, kimlərin azadlığa buraxılan kimi hansı bəyanatlar verəcəyini prezidentə son siyahını təqdim edənlər də, son qərarı verən dövlət başçısı da hamıdan yaxşı bilib. Halbuki heç olmasa, uzun həbs həyatından sonra evinə gedib bir neçə gün dincələndən sonra da siyasi bəyanatlar vermək daha məntiqli olardı. Çünki Novruz ərəfəsindəki əfvin psixoloji qatında cəmiyyətdə bayram və barış əhval-ruhiyyəsi yaratmağa yönəldiyini görməmək də mümkün deyil. Bunu necə qiymətləndirmək, əlbəttə ki, həbsdən çıxanların öz işidir, onlara yön vermək və ya qınamaq bizim görəvimiz deyil. Əsas olan budur ki, İlham Əliyev siyasi cameənin, hüquq müdafiə təşkilatlarının, vətəndaş cəmiyyətinin ondan gözlədiyi jesti nə mümkünsə etdi və bundan sonrası hakimiyyətlə yenə də opponentlik etmək, siyasi mübarizə aparmaq istəyənlərin öz seçimləridir.

    Картинки по запросу Əli İnsanov

    Prezident İlham Əliyevin siyasi opponentlərini, hakimiyyət tənqidçilərini vaxtından əvvəl həbsdən buraxdığı ilk dəfə deyil və son da olmayacaq. Amma ilk dəfədir ki, 50-yə yaxın siyasiləşmiş dustaq bir əfv sərəncamı ilə azadlığa buraxılıb. Bu baxımdan İlham Əliyevin Novruz əfvi xüsusi dəyər qazanmış olur. AXCP sədrinin müavinlərinin və sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılmasının sərəncamın siyasi yükünü artırdığını inkar etmək olmaz.

    Картинки по запросу İlham Əliyev Əfv 201
    Əfvin siyasi anlamda təhlili gərəkirsə, bu, cəmiyyətdə ehtiyac duyulan siyasi barış mühitinin möhkəmlənməsinə xidmət edir, həbsdəkilərin arxasında gizlənən siyasi hoqqabazlığa qarşıdır...
    Amma AXCP sədrinin iqtisadi cinayətlərə görə məhkum edilmiş qaynının da həbsdən buraxılması dövlət başçısının xalqın güzəranın yaxşılaşdırılmasına yönəlik sosial qərarlarını belə, özünəməxsus qərəzlə şərh edən cəbhəçi sədrə xüsusi mesaj kimi qiymətləndirmək əfvin əhəmiyyətini azaltmış olar. Bu, bir siyasi qurum sədrinin azadlığa çıxanları az qala öz “əfv siyahısı” kimi təqdim etməsi qədər reallıqdan uzaq olardı. Amma əfvin siyasi anlamda təhlili gərəkirsə, bu, cəmiyyətdə ehtiyac duyulan siyasi barış mühitinin möhkəmlənməsinə xidmət edir, həbsdəkilərin arxasında gizlənən siyasi hoqqabazlığa qarşıd
    Qeyd edilməlidir ki, nə qədər həm siyasi, həm iqtisadi dəyişikliklərə yönəlmiş addımlar ölkə daxilinə fokuslansa da, eyni həssaslıqla ölkə xaricində - Azərbaycanın üzv olduğu Avropa Şurasında, bütün istiqamətlərdə sənəd imzalamaq hazırlığı sürəcində olan Avropa Birliyində də diqqətlə izlənməkdədir. Gözləniləndir ki, bu qurumlar da tezliklə əfvin siyasi mahiyyətinin obyektiv qiymətləndirməsini də edəcək. Azərbaycan iqtisadi islahatların davamı kimi, siyasi islahatları üçün də ciddi hazırlıq mərhələsinə daxil olub. Bunu dövlət başçısı son çıxışlarında da anons edib. Siyasi islahatların əsas hərəkətvericisi isə məhkəmə-hüquq sahəsində islahatların daha da dərinləşməsi olacaq. Məhkəmə institutunun müstəqilləşməsi “siyasi məhbus” mövzusunun həm ölkə daxilində, həm beynəlxalq səviyyədə Azərbaycana qarşı təzyiq predmeti olmasını tam əngəlləyəcək.

    Rubrika.az


    Facebook-da paylaş