• Məhkəmə qəddar qətldə adı keçən dünya çempionunu həbsdə saxladı

    Məhkəmə qəddar qətldə adı keçən dünya çempionunu həbsdə saxladı

    Vəkil müvəkkilinə verilən “cinayətkar birlik tərəfindən adam öldürmə” ittihamını əsassız sayır

    Bakı Apelyasiya Məhkəməsi kikboksinq üzrə dünya çempionu Zaur Yusifovu həbsdə saxlayıb. Bu haqda “Yeni Müsavat”a Zaur Yusifovun vəkili Ceyhun Yusifov məlumat verib. Vəkil deyib ki, müvəkkilinin barəsində Binəqədi Rayon Məhkəməsində seçilmiş həbs-qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəzlənməsi üçün apelyasiya şikayəti veriblər: “Zaur Yusifov barəsində Binəqədi Rayon Prokurorluğunda əsassız olaraq Cinayət Məcəlləsinin 120.2.1(bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2(xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanıb. Təqsirləndirilən Zaur Yusifovun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Bakı Apelyasıya Məhkəməsinə müraciət etdik. Məhkəmə şikayəti təmin etmədi”.

    Vəkili deyib ki, müvəkkilinin əsassız saxlanılması ilə bağlı vəsatəti təmin olunub: “Məhkəmə qərar qəbul edərək həmin halların araşdırılması üçün Binəqədi Rayon Prokurorluğuna göndərdi”.

    Ceyhun Yusifov deyir ki, müvəkkilini 5 gün müddətində qanunsuz və əsassız olaraq saxlayıblar. Düşünür ki, bu qərar gələcəkdə baş verə biləcək qanunsuz halların qarşısının alınmasında president ola bilər.

    Zaur Yusifovun adı “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərovun qətlində sifarişçi və iştirakçı kimi keçir. Emin Səfərov Yusifovların evlərinin yaxınlığında xüsusi qəddarlıqla öldürülüb. Məhkəmə tibb ekspertləri onun cansız bədəni üzərində 78 bıçaq xəsarəti sayıblar. Həmin xəsarətlərin mütləq əksəriyyəti həyatla bir araya sığmayan bıçaq izləri olub. Emin Səfərovun qətlində bir neçə bıçaqdan istifadə edilməsi haqda ilkin məlumatlar onu deməyə əsas verib ki, qətl 1 deyil, bir neçə nəfər tərəfindən törədilib. Bu amansızlığın səbəbi haqda da mərhumun yaxınları ilginc açıqlamalar veriblər. Deyiblər ki, Emin Səfərov qətlə yetirilməzdən əvvəl qonşuları, kikboks üzrə dünya çempionu Zaur Yusifovla mübahisə edib. Ona sələmə pul verməsini, digər bu sayaq əməllərini irad tutub. Bu zəmində tərəflər arasında mübahisə olub. Həmin mübahisədən sonra Zaur Yusifov Emin Səfərovun qətlini planlaşdırıb, atası Əli Yusifov, qardaşı Zamin Yusifov, bacısı oğlu Vüqar və 1995-ci il təvəllüdlü Həsən Tağıyev cinayəti icra ediblər.

    Zaur Yusifovun atası Əli Yusifov isə bu ittihamları rədd edib, deyib ki, qətli Həsən Tağıyev törədib. Bildirib ki, Həsən Tağıyev cinayəti özü törədib, onu bu cinayətə təhrik edən olmayıb. Həsən Tağıyevin oğlunun şagirdi olduğunu, Emin Səfərovun onu öldürəcəyi ilə hədələdiyini diqqətə çatdırıb. Bildirib ki, qətl törədilən zaman o, Emin Səfərovun maşınında olub, onunla söhbət edib. Məqsədi isə Emin Səfərovu onun oğlunun şagirdi Həsən Tağıyevə qarşı hər hansı bir addım atmaqdan çəkindirmək olub. Həmin zaman Həsən Tağıyev maşına minib. Tərəflər arasında dava olub, o da dava edənləri ayırmağa çalışıb. Bu zaman qolundan 2 bıçaq xəsarəti alıb. Maşından düşüb evə qaçıb, oğlanları Zaur və Zamin onu xəstəxanaya çatdırıblar.

    Məlahət Səfərova ile ilgili görsel sonucu

    Əli Yusifovun dediklərindən sitat: “Mənim oğlum Avropa çempionudur. Onun sələm verməsi ilə bağlı deyilənlər yalandır. Oğlum idman ustasıdır, müəllimdir. Həsən onun tələbəsi olub. 6-cı mikrorayona gəlib yoxlasınlar, 1 adam desə ki, mənim oğlum sələmə pul verib, ondan imtina edərik. Bu şərdir, böhtandır. Emin belində pistolet gəzirdi, deyirdi ki, burada mənəm, məndən başqa oğul yoxdur. ”Çölə" çıxandan sonra deyir ki, hamı mənim sözümlə oturub durmalıdır. Yalandan da deyirlər ki, guya Zaura deyib ki, sən sələmə pul vermə, camaatı incitmə. Belə şey olmayıb. 4 nəvəmin canına and içirəm ki, belə şey olmayıb. Yalan deyirlər. Mənim oğlum obyektinin təmirinə pul tapa bilmir, gedib yoldaşının qızıllarını qoyub lombarddan pul götürüb. Hər ay da lombarda pul ödəyir. Əlimizdə sənədlər var. Bu qədər yalan, şər, böhtan olmaz. Bizi 6-cı mikrorayonda çox adam tanıyır. Bilirlər ki, belə işlərdən kənar insanlarıq".

    Emin Səfərovun anası Məlahət Səfərova isə “Yeni Müsavat”a deyib ki, Əli Yusifov özünü və oğullarını istintaqdan kənar saxlamaq üçün yalan danışır: “Mən prokurorluğa da getmişəm. Əli Yusifov deyir ki, oğlu Zaur Eminin bıçaqlanmasında iştirak etməyib. Yalan danışır. Zaurun ayağında bıçaq xəsarəti var. Hadisədə iştirak etməyibsə, həmin xəsarət onun ayağında haradan əmələ gəlib? Mənim oğlumun bağırsaqlarını yerə tökənlər azadlıqda gəzməli deyil. Oğlumun qətlində Əli Yusifovun özü də iştirak edib. O, Emini aldadaraq qapılarının ağzına aparıb. Orada Zaur, Zamin, Vuqar həmin bıçaqları oğluma bir yerdə vurublar”.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

    Rubrika.az


    Facebook-da paylaş