• Azərbaycan Dövlət Pedaqoji Kolleci- böyük uğurların sirləri

    Azərbaycan Dövlət Pedaqoji Kolleci- böyük uğurların sirləri

    Burada təhsil sistemində bir nümunə, etalon kimi təqdim oluna biləcək sistem formalaşdırılıb

    Bu gün Azərbaycan təhsilində müşahidə olunan dinamik inkişaf uzun illər aparılan davamlı islahatlar proqramının məntiqi nəticəsidir. Artıq ölkənin təhsil sistemi dünyanın qabaqcıl təhsil sistemləri ilə rəqabət apara biləcək gücə sahiblənməkdədir. Təhsil nazirliyinin,xüsusilə Ceyhun Bayramovun radikal islahatlarından sonra bu sahədə uzun illər hökm sürmüş neqativ tendesiyalar tədricən aradan qaldırılır.

    Rubrika.az saytı olaraq daima millətin gələcəyi hesab olunan təhsil sistemini diqqətdə saxlamış, çatışmazlıqları dediyimiz kimi müsbət tendesiyaları da təbliğ etməyə çalışmışıq. Saytımızda 23.12.2018-ci ildə “Sabir adına Dövlət Pedaqoji Kollecində nələr dəyişib: Yaxud nələr dəyişməlidir? “ sərlövhəli məqalə dərc olunub. Yazıda kollecdə 3000-ə yaxın tələbənin təhsil aldığı, 300-ə yaxın pedaqoji heyətin çalışdığı qeyd edilir, eləcə də Təhsil Nazirinin 22 noyabr 2018-ci il tarixli əmrinə əsasən ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor vəzifəsinə dosent İsrail İsa oğlu İsgəndərov təyin olunduğu bildirilirdi. Həmçinin qeyd edilirdi ki, buna qədər müxtəlif zamanlarda yerli mediada çap olunan materiallarda Dövlət Pedaqoji Kollecində bir semestr ərzində təxminən yarım milyona qədər rüşvətin yığılmasından tutmuş, təhsilin çox aşağı səviyyədə olmasına qədər çeşidli ittihamlar yer alırdı.

    Azərbaycan Dövlət Pedaqoji Kolleci- böyük uğurların sirləri

    Həmin məlumatlarda iddia olunurdu ki, kurs işləri və təcrübə sənədləri pulun hesabına başa gəlir: “50 manatdan aşağı kurs işi və təcrübə sənədi qiymətləndirilmir. İmtahan sessiyası bir tələbəyə 400-600 AZN-ə başa gəlir. Kollecdə dərs bölgüsü müəllimlərin cibinə görə müəyyənləşir. Sinif jurnallarında qiymət qaralamsına tez-tez təsadüf edilir ki, bu da birbaşa saxtakarlıqdır. Bundan əlavə, keçmiş rəhbərliyin başqa dolanışıq yerlərindən biri kimi kollecdə aylığa çıxan tələbələr göstərilir”. Yazıda xüsusi olaraq qeyd edilirdi ki, yeni rəhbərliyə ümüdlər sonsuzdur, elə təhsil nazirinin məhz dosent İsrail İsgəndərova etimad göstərməsi də həmin inamın növbəti təsdiqi kimi dəyərləndirilməlidir.

    Azərbaycan Dövlət Pedaqoji Kolleci- böyük uğurların sirləri

    Saytımızda dərc olunan yazıdan sonra kollec rəhbərliyi keçirilən imtahan sesiyasını izləmək üçün bizi təhsil ocağına dəvət etdilər. Kollecdə yaradılmış şəraitlə yerindəcə tanış olarkən məlum oldu ki, ötən müddət ərzində burada tamamilə yeni bir ab-hava formalaşıb. İstərsə tədris prosesində,istərsə də imtahanlar zamanı tamamilə şəffaflığın təmin edilməsi üçün bütün tədbirlər görülüb. İmtahan prosesində tam şəffaflığın təmin edilməsi üçün Nigar xanımın rəhbərliyi altında İmtahan Qərargahı yaradılıb. İmtahan qərərgahı ilə sıx əlaqədə fəaliyyət göstərən və geniş ictimaiyyət nümayəndələrinin təmsil olunduğu İctimai Şura təşkil edilib. İctimai Şura üzvlərinin İmtahan Qərargahının işi ilə tanış olmasına, apelyasiya şikayəti ilə müraciət etmiş tələbələrlə görüşməsinə, imtahan otaqlarının müşahidə edilməsinə tam şərait yaradılıb.

    Azərbaycan Dövlət Pedaqoji Kolleci- böyük uğurların sirləri

    Kollecin direktoru İ.İsgəndərovun dəvəti ilə kollecdə olarkən bir daha əmin olduq ki, öz işinə vicdanla yanaşan,onun incəliklərini bilən şəxslər rəhbər postlara təyin olunanda müsbət nəticələrə nail olmaq mümkündür. İmtahan zamanı tam şəffaflıq təmin olunmuşdu. Tələbələrlə söhbət zamanı onlar da kollecdə ideal şəraitin yaradıldığını söylədilər. Burada hal-hazırda əsas meyar bilikdir. Kollecdə formalaşdırılan pedaqoji mühit istənilən tədris müəssisəsinə nümunə göstərilə bilər. İsrail müəllim, eləcə də tədris işləri üzrə müavin Məhbubə xanımla birlikdə kollecdə tanış olarkən onların çəkilən gərgin əməyin nəticələrini görərkən necə fərəhləndiklərini, qürur hissi keçirdiklərini müşahidə etdik. Həqiqətən qürurverici idi! Amma etiraf edək ki, bütün ömrünü təhsil sahəsinə bağlayan Məhbubə müəllimənin hətta bu və ya digər səbəbdən sıxıntı keçirən tələbələrin ona imtahan prosesində üz tutaraq necə ümidləndiyinin və müəllimənin bu səbəbdən böyük qayğıkeşliyinin şahidi olduq. Azərbaycan təhsil sistemində bir nümunə, etalon kimi təqdim oluna biləcək sistem formalaşdırılıb. İsrail müəllimdən soruşduq ki, axı əvvəllər tapşırılmalar, xahiş etmələr olub, imtahanlarda çoxlu neqativ hallar müşahidə edilib. Kollecin direktoru gülərək bildirdi ki, “elə bilirsiniz indi xahiş edənlər, tapşıranlar yoxdur?

    Azərbaycan Dövlət Pedaqoji Kolleci- böyük uğurların sirləri

    Sadəcə hərəni öz dili ilə dindirib yola salıram, amma imkan vermirəm ki, kimsə imtahan prosesinə müdaxilə etsin. Nə qədər imkanım olacaqsa o qədər bu şəffaflığı, düzgünlüyü qoruyub saxlayacağam” .
    Tam əminliklə söyləmək olar ki, ADPU-nun nəzdnində Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsilimiz üçün nümunə hesab ediləcək bir sistem formalaşdırılıb. Bu isə kollec rəhbərliyinin öz işinə vicdanla, məsuliyyətlə yanaşmasının nəticəsidir. Uğurlarınız bol olsun !

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş