• Adnan Oktar dəstəsinin votsap mesajları ortaya çıxdı

    Adnan Oktar dəstəsinin votsap mesajları ortaya çıxdı

    Oktarın gizli kod adı “Yazar” imiş; Onun “Mənə bir şey olsa, təşkilatdakı əsas adam odur” dediyi şəxs kimdir?

    Türkiyədə məhkəməsinə hazırlıq gedən cinayətkar qruplaşma lideri Adnan Oktarla bağlı hər gün bir yeni xəbər yayılır. Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, cinayətkar dəstənin 2 nömrəli adamı olan Didem Ürerin dəstədəki fəaliyyəti detallarına qədər açıqlanıb. Məlum olub ki, dəstədəki ən kiçik məsələdə belə onun razılığı alınıb, ondan rəy soruşulub. Ürer hətta Oktara da ağıl verən şəxs kimi tanınıb, onun əmr və təlimatlarını dayandırma səlahiyyətlərinə malik olub. Ürerin təşkilatla bağlı aralarında şantaj, iftira, dəstəyə adam qazandırmaq kimi işləri “Bacılar” və “Kişilər” qrupuna təlimat verərək, izlədiyi də müəyyənləşib.

    Kod adı “Dido” olan Ürerlə bağlı istintaq sənədlərində üzə çıxan bir başqa detal isə ondan ibarətdir ki, onun bütün mövzularla bağlı razılıq vermə səlahiyyətinin olması Whatsapp mesajlarında ortaya çıxıb. “Hansı marka qol düyməsinin taxılması kimi çox incə bir detal belə Didem Ürerdən soruşulur, sonra qərar verilirdi. Bu da onun təşkilatın 2 nömrəli adamı olması iddiasını gücləndirir. Ümumiyyətlə, təşkilatla bağlı hər cür işi və əməliyyatı, istər “Bacılar”, istərsə də “Kişilər” qrupundakı şəxslərlə birbaşa özü həyata keçirir, lazım gəldikdə yönləndirmələr edirdi” – bu da istintaq ifadələrində üzə çıxan detallardır.

    Bu da prokurorluğun Didem Ürerlə bağlı gəldiyi qənaətlər: "Dragos adlı cinayətkar qruplaşma mərkəzində Adnan Oktarla bərabər yaşayır. “İmam bacılar” qrupunda Oktardan sonra təşkilatdakı iki nömrəli adamdır. Oktar onunla bağlı aşağıdakı təlimatı verib: “Mənə bir şey olsa, kişilərdən 12 imam seçdim. Bunlar Didemə bağlı olacaq. Ən son qərarı Didem verəcək. O, Oktarın çox önəmli və silinməyəcək məlumatlarını internetdə gizli saxlayır”.

    CİNAYƏTKAR DƏSTƏNİ AYAQÜSTƏ SAXLAYAN ODUR

    İddianamədə eyni zamanda qeyd edilib ki, Oktarın gizli ağıl müəllimliyini də Ürer həyata keçirir: "Ürer və yaxın çevrəsindəki bir neçə kişi sayəsində bu təşkilat ayaq üstə dayanır. Oktarın olmadığı yerlərdə təkcə Ürerin səlahiyyətləri var. Oktarın söylədiyi nəyisə dayandırma, dəyişdirmə və ya əmr verə bilmə səlahiyyəti var. Çalışan bacıların pulu təslim etdiyi şəxsdir. Dəstənin bütün hesab-kitab işləri barədə məlumat Oktar və Didem Ürerə verilir.

    MONTAJ ŞƏKİLLƏR ONUN RAZILIĞINDAN KEÇİR

    Qruplaşmaya müxalif olanları təzyiq altına almaq, çökdürmək, qorxutmaq üçün bir çox məhkəmələrdə planlayıcı olaraq rol oynayır. İfadələrin hansı formada veriləcəyi ilə bağlı göstərişləri də o verir. Təşkilatdan çıxanlara qarşı montaj edilmiş şəkillərin hazırlanması, şəkilli iftira capslarının hazırlanması və internetə yüklədilməsində əsas idarəedici, səlahiyyət sahibi sayılır.

    “NÖVBƏTÇİLİK” SİSTEMİNİ O BAŞLAYIB

    Dragosdakı növbətçilik sistemini təşkilat lideri ilə birlikdə yaradıb. Saxta nikahlarla bağlı kişi və qadınların “cütləşdirilməsini” Oktarın təlimatı ilə həyata keçirib: kim kiminlə evlənsin, evlilik nə qədər müddət davam etsin və sair. Sosial şəbəkələr vasitəsilə gənc və yaraşıqlı kişilərlə flirt edərək, onları bu qruplaşmaya cəlb edib. A9 TV-dəki yayınlarda Oktara lazımi məlumatları çatdırır. Müzakirə olunacaq mövzular, kanala gələcək qonaqlar, pul transferindəki məlumatlandırmalar da sırf onun üzərindən həyata keçirilib”.

    “YAZAR HƏDƏFDƏ, TƏHLÜKƏSİZLİYİ ARTIRIN”

    Təxminən 30 ildir ki, təşkilatın içində yer alan Didem Ürerin telefonunda “Bacılar” qrupunda yer alan Kamilə Gülen Yeralla whatsapp mesajlaşmasına rast gəlinib. D.Ürer mesajda aşağıdakıları yazıb: “Amerikadakı ofisimdən mənimlə əlaqə yaratdılar. Mənim yeməyə gələcəyimi bilirlər. Bilənlər arasında keçmiş əsgər və agent olanlar da var. Onların Pentaqonla əlaqələri mövcuddur. Mənə Yazarın (Adnan Oktar) hədəf olduğunu dedilər. Təhlükəsizliyi mümkün qədər artırın. Detalları öyrənməyə çalışacam”.

    FUTBOLÇUNUN SEVGİLİSİNİ HƏDƏFƏ ALIBLAR

    Bir whatsapp mesajında isə Ürerin “Fənərbağça”lı futbolçi Alper Potukun sevgilisi, aktrisa Tuvana Türkayın bir tədbirə gəlməsi üçün təlimat verdiyi üzə çıxıb. Təşkilat üzvü Alev Babunaya göndərilən mesajda Ürer aşağıdakıları yazıb: “Bax, sənə deyirəm. Bu qız gələcək və onu sən gətirəcəksən!”

    Rubrika.Az


    Facebook-da paylaş