“Bu millətin boğazına elə asan ilişməmişəm ki, onları özbaşına qoyub çıxıb gedəm...”
Xəbər verdiyimiz kimi dünəndən Xalq artisti Flora Kərimovanın qəfil halının pisləşərək xəstəxanaya yerləşdirildiyi bildirilir.
Rubrika.Az bildirir ki, moderator.az-ın əməkdaşı F.Kərimovayla əlaqə saxlayıb və o, açıqlamasında səhhətinin yaxşı olduğunu bildirib:
“Hamınıza qurban olum, ay oğul, aləm bir-birinə qarışıb. Zəng vurub deyirlər ki, Flora xanım ölür. Deyirəm hələ canınızı məndən elə tez qurtarmazsınız. Elə asan ilişməmişəm ki, bu millətin boğazına onları özbaşına qoyub çıxıb gedəm. Hər şey yaxşı, qurban olum. Sayqıya, sevgiyə görə çox sağ olun və hələ ki, sağam, indi evdəyəm. Hamınızı öpürəm”.
Rubrika.Az
Facebook-da paylaş