Emil Balayev Bakı klubunda - Rəsmi
Millimizin qapıçısı Emil Balayev karyerasını ölkəmizdə davam etdirəcək.
Rubrika.Az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper Premyer Liqa təmsilçisi "Zirə" ilə müqavilə imzalayıb. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb. Millimizin üzvü yeni klubunda 12 nömrəli forma geyinəcək.
Qeyd edək ki, E.Balayev bu qış "Tobol"u tərk edib.
Rubrika.Az
Facebook-da paylaş