• Erməni yazar Qarabağdakı “seçkiləri” ələ saldı – “Virusa yoluxanlar gizlədilir”

    Erməni yazar Qarabağdakı “seçkiləri” ələ saldı – “Virusa yoluxanlar gizlədilir”

    İşğalçı Ermənistanda koronavirus sürətlə yayılır. Rəsmi məlumatlara görə, bu günə yoluxanların sayı artıq 500-ə yaxınlaşıb. Bu, qonşu Azərbaycan və Gürcüstandan qat-qat çoxdur. Məlumatlara görə, Ermənistanda Covid-19-a yoluxanlardan 4-ü artıq dünyasını dəyişib ölüb. Virusa tutulanlar arasında hərbçilər və 14 həkim də var.

    Düşmən ölkədə epidemiyanın sürətli yayılması məntiqi olaraq Azərbaycanın işğal altındakı torpaqlarında da Covid-19-un mövcudluğunu labüd edir. Ən azı ona görə ki, Dağlıq Qarabağdakı işğalçı hərbi qüvvələrin 80-90%-i Ermənistan vətəndaşlarından ibarətdir. Amma kimə deyirsən, sabah – martın 31-də sanki heç nə olmayıbmış kimi, “dqr”də növbəti “prezident və parlament seçkiləri”, daha doğrusu, seçki tamaşası nəzərdə tutulur. Bu isə hətta ermənilərin öz içində narazı ovqat yaradıb.

    Erməni yazar Mamiko Babayanın “Vestnik Kavkaza” portalındakı məqaləsi bu xüsusda diqqət çəkir.

    Musavat.com aktuallığını nəzərə alaraq, məqaləni təqdim edir: “Baş nazir Nikol Paşinyan tanınmamış “DQR”də martın 31-ə təyin edilmiş “prezident” və “parlament” seçkilərinin (dırnaqlar müəllifindir – Musavat.com) vaxtında keçiriləcəyini bildirib. Rəsmi məlumata görə, tanınmamış respublika ərazisində bircə koronavirus yoluxması da aşkar edilməyib. Halbuki Ermənistanda belə halların sayı 400-ü keçib. Dağlıq Qarabağdakı informasiya siyasəti yerli avtoritar “siyasi elita”nın nüfuzunu bu və ya digər şəkildə sarsıdan istənilən KİV-ə münasibətdə sərt senzura tətbiq etməyə imkan verir. Ancaq tanınmayan respublika ərazisində koronovirus pandemiyası fonunda seçkilər keçirməyin zəruriliyinə şübhə edənlərin sayı çoxdur.

    Ermənistanda yoluxanların sayı durmadan artır. Amma nə qədər qəribə də olsa, Dağlıq Qarabağda bircə yoluxma halı da fiksə edilməyib. Bu da haqlı şübhələr yaradır. Ona görə ki, Ermənistanda koronovirus baş qaldırandan Ermənistanın “DQR”lə “sərhəd”dəki buraxılış məntəqələri bağlamamışdı. “Sərhəd” müstəsna olaraq, Azərbaycan tərəfindən bağlanıb, Ermənistan tərəfdən isə malların daşınması üçün açıq olub. Həmçinin İran tərəfdən açıq olub – hansı ölkədə ki, koronavirus dəhşətli miqyas alıb (Yəni virus İrandan da gələ bilərdi – Musavat.com).

    Hazırda tanınmamış “DQR”in “hökuməti” bütün gücü ilə “seçkilər”də xarici müşahidəçilərin və jurnalistlərin iştirakı ilə cəmiyyətdə ovqatı yaxşılaşdırmağa çalışır (Əlbəttə ki, pandemiya fonunda xarici ölkədən hansısa qeyri-erməninin Dağlıq Qarabağa gələcəyini gözləmək absurd olardı – Musavat.com). Yerli “siyasi elita” “DQR” ərazisində olmağın təhlükəsizliyini nümayiş etdirməyə çalışır – baxmayaraq ki, bütün dünyada istənilən növ kütləvi tədbir qadağan edilib. Cəmiyyətdə nikbin ovqat süni şəkildə yaradılır və pandemiya artıq narahat suallar yaradıb. Tanınmamış respublika ərazisində yaşayanlar belə bir məqama diqqət çəkirlər ki, Dağlıq Qarabağda səhiyyə sahəsində vəziyyətin necə olması, nə qədər sayda süni tənəffüs aparatının olması və ya heç olmaması haqda KİV-lərdə praktik olaraq heç bir məlumat verilmir. Həmçinin də apteklərin kifayət qədər sayda fərdi müdafiə vasitələri ilə təmin olunduğu barədə informasiya yoxdur. Ermənistanın özündə isə Qarabağ koronavirsudan möcüzəvi şəkildə yan keçən özünəməxsus “adacıq” kimi təsəvvür edilir.

    Aydındır ki, “seçkilər”in vaxtının dəyişdirilməsi yalnız İrəvanın tövsiyəsi ilə ola bilər. İrəvan isə səsvermənin vaxtında keçirilməsində israrlıdır. Bu xüsusda bəzi “prezidentliyə” iddiaçıların “seçkilər”in vaxtının dəyişdirilməsi yönündə fikirləri təbliğat fəndi kimi qəbul edilir. Məqsəd isə virusun yayılmasından dolayı narahatlıq nümayiş edtirməkdir.

    Ermənistandakı epidemioloji vəziyyətlə hesablaşan Nikol Paşinyan isə (işğalçı ölkədə 4 aprel referendumu qeyri-müəyyən vaxtadək təxirə salınıb – Musavat.com ) öz siyasi ambisiyaları naminə tanınmamış “DQR-də “seçkilər”də israr edən siyasətçi şərəfinə nail olmaq riski ilə üz-üzədir. Erməni baş nazir “seçkilər”in uğurla keçəcəyinə ümidlidir. Paşinyan xüsusilə də tanınmayan rejimin gələcək başçısının Ermənistanın yeni rəhbərliyinə qarşı sərt münasibətdə olmmamsının vacibliyinə diqqət yönəldir, əks halda o, Ermənistan, diaspora və tanınmamış Qarabağ arasında əməkdaşlığı həyata keçirə bilməyəcəyi haqda xəbərdarlıq edir (Separatçi rejimin əsas maliyyəsi kasad Ermənistan büdcəsi hesabına təmin edilir – Musavat.com).

    Nikol Paşinyanın “DQR”-dəki siyasi proseslərə qarışması gözlənildiyindın də qəliz perspektiv vəd edir, nəinki koronavirusa qarşı qeyri-effektiv mübarizə. Erməni baş nazir “seçkilər”dən sonra tanınmamış qurumda tam yenidənqurma prosesinə başlayacağına ümidvardır. Bu zaman müharibə iştirakçılarının “müqəddəs qəhrəmanlığı”na əsaslanan ideologiya da istisna edilmir. Bu prosesdə təhlükəlisi odur ki, Dağlıq Qarabağ konfliktinin “veteranları” timsalında hazırkı yaşlanmış və islahatçı Paşinyana etimad göstərməyən müxalifətin yerinə hələ bərkiməmiş, lakin əzmkar bir qüvvənin gələcəyi mümkün görünür. Hansı ki, Paşinyan və onun Dağlıq Qarabağda himayə etdiyi adamlar üçün əbədi başağrısına çevrilə bilər”.

    Rubrika.Az


    Facebook-da paylaş