Türkiyədə kriminal müharibə başlayır: Çakıcı Sədat Pekərə qarşı
Türkiyədə mafia lideri Ələddin Çakıcının azadlığa çıxmasından sonra ölkədə kriminal aləmdə böyük müharibənin olması gözlənilir.
Rubrika.Az "BakuPost"a istinadla məlumatına görə, Ə. Çakıcı ilə digər “qaradənizli” mafioz Sədat Pekərin münasibətləri uzun müddətdir pozulub.
Ə. Çakıcının adından yayılan söhbətlərdə həbsdən çıxandan sonraonun Sedat Pekərə ətək geydirəcəyini bəyan edib.
Bu söhbətlərdən sonra hazırda durğun olan müharibənin alovlanması gözlənilir.
Bu gün Sədat Peker sosial şəbəkələrdə ətək geyindirmək iddiası ilə bağlı açıqlamalar verib. O, bildirib ki, Ələddin Çakıcının belə bir söz deməsinə inanmır: “Ələddin köhnə adamdır, düşmanlığı da, dostluğu da namuslu edər. Qaldı ki, ətək məsələsinə, kimliyindən asılı olmayaraq mənə geyindirəcəkləri şey yalnız prezervativ ola bilər. Kimsə məni öldürə bilər, amma şəxsiyyətimi alçalda bilməz”.
Rubrika.Az
Facebook-da paylaş