Dostunu qətlə yetirdi, 17 il cəza aldı – Hökmdən narazıdır
Suraxanı rayonunda dostunu qətlə yetirən şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə kassasiya şikayəti verib.
Rubrika.Az-ın “Yeni Sabah”a istinadən məlumatına görə, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə azadlıqdan məhrum edilən R.Məmmədovun məhkəmə prosesinə hakim Tahir Kazımov sədrlik edəcək. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəcəb Süleyman oğlu Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2017-ci il iyunun 24-də Suraxanı qəsəbəsində yaşayan R. Məmmədov evində münaqişə zəminində dostu Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.
Rubrika.Az
Facebook-da paylaş