Rusiyada koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır
Rusiyada son bir gündə daha 9 263 nəfərə koronavirus diaqnozu qoyulub və bununla infeksiyaya yoluxanların sayı 299 941 nəfərə çatıb.
Rubrika.Az bildirir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Virusdan ölənlərin sayı isə 115 nəfər artaraq 2 837-yə yüksəlib.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 545.
Xəstəlikdən sağalanların sayı 76 130 nəfərdir.
Yeri gəlmişkən, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.
Rubrika.Az
Facebook-da paylaş