• Lotu Qulinin qurplaşmasına meydan oxuyan kimdir? –Şalinskinin iddiaları...

    Lotu Qulinin qurplaşmasına meydan oxuyan kimdir? –Şalinskinin iddiaları...

    Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qətlindən sonra onun klanında parçalanmanın yarandığı barədə məlumat yayılıdı.

    RUBRİKA.AZ Yenisabah.az-a istinadla xatırladır ki, məlumatda Lotu Qulinin liderlkik etdiyi kriminal qruplaşmanın üzvləri Mahare Qvaramiya (Maçi) və Merab Mzarelua (Duyake) arasında qarşıdurmanın yarandığı iddia olunurdu. Bir neçə gün sonra isə Rusiya KİV-ləri Nadir Səlifovun qardaşı, “qanuni oğru” Namiq Səlifovun (Namiq Bakinski) məsələyə müdaxilə etdiyi və adıçəkilən kriminalitetləri barışdırdığını yazdı.

    İndisə xəbər yayılıb ki, çeçen əsilli “qanuni oğru” Əhməd Dombayev (Əhməd Şalinski) Nadir Səlifovun nəzarət etdiyi biznes strukturlarına əl qoymaq istəyir.

    Əhməd Dombayev yeni nəsil “qanuni oğru”lardandır. Lakin onun klassik “oğru qaydaları”na riayət etdiyi barədə məlumatlar var. Dövlət qanunlarına qarşı qəti inkarçı mövqeyi tutan Əhməd Şalinski Rusiyanın “qanuni oğru”lar üçün ən məşəqqətli həbsxanalarında olub. Onun hətta “qanuni oğru”ların kabusu hesab edilən “Qara delfin” həbsxanasında cəza çəkdiyi də bildirilir. Məlumatlara görə, Əhməd Şalinskinin “Qara delfin”ə göndərilməsi onun birmənalı şəkildə inkarçı mövqeyi ilə bağlı olub. Bununla belə, hətta “Qara delfin”in qorxunc əməkdaşları da bunu bacarmayıb.

    Əhməd Dombayevin dönməzliyi “oğru dünyası”ın liderlərinin diqqətini çəkib. Xüsusilə, “qanuni oğru”lar Merab Canqveladze və Tariel Onianinin Əhməd Şalinski kriminal iyerarxiyanın ən yüksək titulunun verilməsində fəallıq ediblər. Maraqlıdır ki, çeçen əsilli “qanuni oğru” əvvəlcə bu titulu qəbul etməyib. Mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin liderlik etdiyi 2012-ci ildə keçirilən məşhur “Dubay soxdka”sında Əhməd Şalinski də kriminal elitaya qəbul edildi. Yeri gəlmişkən, həmin “sxodka”da Əhməd Şalinski də daxil 16 nəfər “qanuni oğru” titiluna layiq görülüb. Ded Xasan və onun klanı dərhal sözügedən “sxodka”nın nəticələrini tanımadıqlarını bəyan etdilər. Bundan sonra həmin vaxt həbsxanada olan Əhməd Şalinskinin məktubu ortaya çıxdı. O məktubunda “qanuni oğru” titulundan imtina etdiyini bildirirdi. Çeçen əsilli kriminalitet bunun səbəbini yazmsa da, iki ay sonra Ded Xasanın klanı tərəfindən taclandırılanda bəlli oldu ki, o, sadəcə seçimini edib.

    Canqveladze-Oniani qruplaşmasının Əhməd Şalinskiyə “qanuni oğru” titulu verilməsində xüsusi maraqları var idi. Məsələ burasındadır ki, Ded Xasanın klanı ilə rəqabət aparat Canqveladze-Oniani qruplaşması itikilərə məruz qalmışdı. Bu boşluğu doldurmaq və daha da güclənmək üçün Əhməd Şalinski kimi hətta “Qara Delfin”də belə, mövqeyindən geri çəkilməyən fiqur lazım idi. Qarşı tərəf bunu anladığndan buna imkan vermədi. Əhməd Şalinski Ded Xasanın klanında yer aldı. Doğrudur, o “qanuni oğru” tituluna layiq görüləndə artıq Ded Xasan yox idi. Bununla belə, çeçen əsilli kriminalitetin bu klanı seçməsi Ded Xasanın tərəfdarlarının gücünə əlavə güc qatmış oldu. Təsadüfi deyil ki, Əhməd Şalinski “qanuni oğru” tituluna layiq görüləndən sonra əks cəbhədə dayanan Rövşən Lənkəranskinin “qanuni oğru” titulundan məhrum edilməsi barədə “proqon”a imza atdı. Bundan bir müddət sonra Rövşən Lənkəranski qətlə yetiriləcəkdi.

    2009-cu ildə həbs edilən Əhməd Şalinski 2019-cu ildə azadlığa buraxıldıqdan sonra bir müddət Çeçenistanda qalıb. Daha sonra Rusiyaya qayıdıb. Onun hazırda Çelyabinsk vilayətində kriminal vəziyyətə nəzarət etdiyi bildirilir. Əhməd Dombayevlə Nadir Səlifov arasında indiyə qədər hər hansı mübahisəli məsələ qeydə alınmayıb. Əvvəla, onlar Ded Xasanın liderlik etdiyi qruplaşmanın təmsilçisi olublar. Aslan Usoyan dünyasını dəyişdikdən sonra bu klan bir neçə yerə parçalanıb. Digər tərəfdən, Lotu Quli azadlığa buraxıldıqdan sonra müstəqil hərəkət üstünlük verib və özünün klanının formalaşdırıb.

    Bu klana daxil olan Merab Mzarelua və Qela Kardava, Timur Sverdlovskiy Əhməd Şalinskini taclandıran şəxslərdir. Onlardan Mzarelua və Qela Kardava Lotu Qulinin qruplaşmasındadır. Bəzi iddialara görə, Əhməd Şalinskinin önə çıxması sadəcə Namiq Bakinskinin varis kimi qəbul edilməməsindən irəli gəlir. Halbuki, Namiq Səlifov bir neçə addımı ilə, o cümlədən Mzarelua və Qvaramiyanı barışdırması onun heç də qardaşından geri qalmadığını göstərir. Bu halda Əhməd Şalinskinin iddiaları cavabsız qalmaya bilər. Bu isə kriminal dünyada yeni toqquşmanın əsasını qoya bilər. Əhməd Şalinski ilə Lotu Qulinin qruplaşmasının üz-üzə gəlməsi isə bütün klanların “müharibəyə” cəlb olunmasını şərtəndirə bilər.

    RUBRİKA.AZ


    Facebook-da paylaş