• ERMƏNİSTAN BÖYÜK XAOSUN ASTANASINDA

    ERMƏNİSTAN BÖYÜK XAOSUN ASTANASINDA
     
    Faşizmin sonuncu qalasının süqutuna az qalıb!
     
    Azərbaycan ordusunun dünyanın hərb tarixinə yazılacaq şanlı zəfər yürüşü davam edir. Cəbhənin bütün istiqamətlərində üstünlüyə malik olan qəhrəman əsgərlərimiz düşmənin alınmaz hesab etdiyi müdafiə istehkamlarını bir həmlədəcə məhv etdi. Artıq Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd rayonlarının böyük qismi düşmən tapdağından azad olunub.

    Azərbaycan ordusunun yüksək peşəkarlığı, hazırlıq səviyyəsi “məğlubedilməz erməni ordusu”nu gülünc vəziyyətə salıb. Maddi-texniki təchizatın ən yüksək səviyyədə olması-müasir silahların tətbiqi, hərbi taktikaları məharətlə tətbiq edən komanda heyəti və vətənin azadlığı uğrunda gözünü qırpmadan döyüşə atılan müzəffər əsgər. Budur Azərbaycan ordusunun gücü.  Aparılan uğurlu əməliyyatlardan sonra dünyanın ən qabaqcıl dövlətləri belə hərb tarixində yeni səhifələrin açıldığını-Azərbaycan ordusunun bütün stereotipləri darmadağın etdiyini etiraf edirlər. Ali Baş Komandan bildirdi ki, ordumuzun tətbiq etdiyi döyüş taktikası dərsliklərə düşəcək, öyrəniləcək.

    Qələbələrəmizin əsas təminatlarından biri ən yüksək səviyyəyə çatan milli birliyimiz, həmrəyliyimizdir. Bütün xalqımız bir yumruq kimi Ali Baş Komandanın, ordumuzun ətrafında birləşib. Qəhrəman Azərbaycan əsgəri arxayındır ki, arxa cəbhədə onu müdafiə edən, qələbələrə səsləyən vahid xalq dəstəkləyir.

    MÜHARİBƏ ETMƏYƏ HEÇ ZAMAN İQTİSADİ VƏ HƏRBİ QÜDRƏTİ OLMAYAN ERMƏNİSTAN BU DƏFƏ HAVADARLARINDAN KİFAYƏT QƏDƏR DƏSTƏK ALA BİLMƏDİYİ ÜÇÜN ÖLKƏDƏ ACLIQ, SƏFALƏT HÖKM SÜRÜR

    Ermənistan labüd və zəruri tarixi iflasın astanasındadır. Küçədən hakimiyyətə elə küçə psixologiyası ilə gələn mövcud hakimiyyət erməni xalqını məhvə sürükləyir. Bütün sahələrdə iflas həddində olan düşmən ölkənin iqtisadiyyatı ağır durumdadır. Paşinyanın formalaşdırdığı terror hakimiyyəti öz ömrünü uzatmaq üçün erməni xalqını məhvə aparır. Müharibə etməyə heç zaman iqtisadi və hərbi qüdrəti olmayan Ermənistan bu dəfə havadarlarından kifayət qədər dəstək ala bilmədiyi üçün ölkədə aclıq, səfalət hökm sürür. Qarabağdan başlayan qaçqın axını tezliklə Ermənistanda sosial partlayış yaradacaq. Artıq ərzaq qıtlığı yaranıb, qiymətlər yüksək həddə çatıb. Aydındır ki, müharibəni davam etdirməyə gücü çatmayan erməni hökuməti digər dövlət başçılarına yalvararaq ölkəni məhv olmaqdan xilas etməyə çalışır. Ermənistan böyük xaosun ərəfəsindədir. Cəbhədə zəncirlə posta bağlanan,imkan düşəndə qaçıb canını qurtaran erməni əsgərləri artıq labüd məğlubiyyətlə barışıb. Canlı qüvvə baxımından böyük itkilərə məruz qalan Paşinyan artıq qadınları və qocaları Qarabağa göndərir.

    Ermənistanda səhiyyə sisteminin bərbad durumda olması əhalinin COVİD-19 pandemiyasından məhv olmasına gətirib çıxarır. Yoluxmanın ən yüksək həddə olması, cəmiyyətdə hökm sürən xaos əhali arasında təlaşa səbəb olub. Çaşqınlıq, hərc-mərclik erməni cəmiyyətinin bu günkü göstəriciləridir. Çökmə ərəfəsində olan cəmiyyətdə ən qısa müddətdə sosial partlayış, qarışıqlıq yaranacağı labüddür. Paşinyan kürsüsünü xilas etmək üçün ermənilərin sonuncu “vətənpərvərlik hissləri”ni istismar etməkdədir. Amma bunun uzun müddət davam edəcəyi mümkünsüzdür. Ardıcıl məğlubiyyətlər, sosial partlayış, aclıq və səfalət tezliklə Ermənistanı məhv olmaq həddinə gətirəcək.

    Prezident İlham Əliyev: «ERMƏNİSTANIN XİLASI MƏĞLUBİYYƏTLƏ BARIŞIB AZƏRBAYCANIN DİQTƏ ETDİYİ ŞƏRTLƏRİ QƏBUL ETMƏKDƏN KEÇİR»

    Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi Ermənistanın xilası məğlubiyyətlə barışıb Azərbaycanın diqtə etdiyi şərtləri qəbul etməkdən keçir. Ermənilər dərk etməlidir ki, Paşinyanın maymaq siyasi manevrlərindən onları ancaq Azərbaycanın ədalətinə sığınmaq xilas edə bilər. Bu gün erməni xalqının ən böyük düşməni elə onları labüd ölümə göndərən mövcud hakimiyyətləridir.

    Azərbaycan böyük qələbəyə doğru irəliləyir. Bakıda olan xarici jurnalistlərdən biri paytaxda əhalinin yüksək əhval-ruhiyyəsindən, əmin-amanlıqdan, bolluqdan heyrətini gizlədə bilməmişdi. Hətta müharibə edən ölkənin paytaxtında bunun hiss edilmədiyini vurğulamışdı. Ermənistanda da olan həmin jurnalist İrəvanda dəhşətli vəziyyətdən, aclıq və səfalətdən bəhs etmişdi. Budur mövcud mənzərə-qalibiyyət və məğlubiyyətin göstəricisi. Milli idiotizm erməniləri məhv edəcək. Faşizmin sonuncu qalasının süqutuna az qalıb!

    NİCAT MAHMUDOV
    Rubrika.Az


    Facebook-da paylaş