Azərbaycanlı aparıcının Covid-19 testi özündə neqativ, xanımında isə pozitiv çıxdı
Koronavirus testi verdiyi üçün “Avtostop” verilişini evdən təqdim edən tanınmış aparıcı Tural Yusifovun test nəticəsi bəlli olub.
Aparıcı koronavirusa yoluxmasa da, həyat yoldaşı, bloqqer Səma Abıyevanın test nəticəsi pozitiv çıxıb. Bu barədə Səma Abıyeva sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, bir neçə gün hərarətləri olub və test verib.
"Bazar günü analiz verdik, 3 gün cavablar gecikdi. Qəribəlik odur ki, məndə pozitiv, Turalda neqativdir. Hərarətimiz qalxan kimi önləmimizi aldıq: uşaqları evdən uzaqlaşdırdıq, işə getmədik. Tural efiri də evdən idarə edir",- deyə, Səma bildirib.
Tural isə paylaşımında "Özümü 14 günlük izolyasiya edirəm. Evdən "Avtostop" yayımına davam edirik. Özünüzü qoruyun"- sözlərini qeyd edib.(Musavat.com )
Rubrika.Az
Facebook-da paylaş