Messi növbəti Çempionlar Liqası oyununu da buraxacaq
İspaniya "Barselona"sı UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə Macarıstanın "Ferentsvaroş" komandası ilə matda bir neçə futbolçusunun xidmətindən yararlanmayacaq.
Baş məşqçi Ronald Kuman qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Filippe Koutinyo və kapitan Lionel Messini Budapeştə aparmayacaq. Kuman oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb.
Qeyd edək ki, dekabrın 2-də keçiriləcək "Ferentsvaroş" - "Barselona" qarşılaşması Baı vaxtı ilə saat 24:00-da başlayacaq. Lionel Messi Ukraynada Kiyev "Dinamo"sunu 4:0 hesabı ilə məğlub etdikləri IV tur matçını da buraxmışdı.(report.az)
Rubrika.Az
Facebook-da paylaş