Ağır yaralı olan qazimizin atası: “Savadsızam, sözümü deyə bilmirəm...”
"Beyninin içində yara vardı, o sağalıb, amma gözləri qalıb. Görüb-görməməsi ilə bağlı bizə heç bir məlumat verilmir".
Rubrika.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında 20 yaşlı qazi Bəhmənın atası Natiq Musayev deyib. Ata oğlunun noyabrın 4-dən xəstəxanada olduğunu vurğulayıb:
"İki gün bundan öncə göz şöbəsinə keçiriblər. Həkimlər deyir ki, gözünün birini bərpa eləmək mümkündür. İki gözü də zədələnib. Biri ciddi zədə alıb, biri yüngülvarı... Mən oğlumu bir aydır ki, görmürəm, görüş vermirlər".
Qazi atası oğlunun Ağdam rayonunda yaralandığını deyir:
"Qəlpə yarası alıb. Bu gün bizə məlumat veriləcək ki, onun müalicəsi Azərbaycanda mümkündür, ya yox. Oğlumla telefonla danışıram. Nə vaxt zəng etsəm deyir, "yaxşıyam".
Rubrika.Az
Facebook-da paylaş