Ermənistanda koronavirusdan ölənlərin sayı 2 998-ə çatıb
Ermənistanda daha 90 nəfərdə koronavirus aşkarlanıb.
Rubrika.Az “Report”a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 164 676 olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 2 998-ə çatıb.
COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 729-a yüksəlib. İndiyədək 153 064 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 7 885 aktiv koronavirus xəstəsi var.
Rubrika.Az
Facebook-da paylaş