Zaur Əliyev və Ramin Bayramlıya COVİD-19 əleyhinə peyvənd vurulub
Bu gündən Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.
Rubrika.Az-ın məlumatına görə, Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlər arasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da olub.
Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.
Rubrika.Az
Facebook-da paylaş