Qarabağda tapılan erməni cəsədlərinin sayı 1287-yə çatdı
Qarabağda aparılan axtarışlar zamanı daha 4 erməni hərbçinin cəsədi tapılıb.
Rubrika.Az xəbər verir ki, onlar yanvarın 25-də aparılan axtarışlar zamanı tapılıb.
Cəsədlər Xocavənd, Füzuli və Cəbrayıl rayonu ərazisində aşkar olunub. Noyabrın 13-dən bu günə qədər Qarabağda 1287 erməni hərbçinin cəsədi tapılıb.
Rubrika.Az
Facebook-da paylaş