Navalnının mitinqində məşhurlaşan oğlan TUTULDU
Yanvarın 23-də Rusiyada Aleskey Navalnının tərəfdarlarının mitinqində məşhurlaşan 23 yaşlı Səid-Məhəmməd Cumayev saxlanılıb.
Rubrika.Az Modern.az-a istinadən xəbər verir ki, çeçen əsilli gənc Pskov vilayətində saxlanılıb. Onun meşəlik ərazi ilə qonşu Latviya ərazisinə keçməyi planlaşdırdığı xəbər verilir.
Səid-Məhəmməd Cumayev Moskvada etirazlar zamanı OMON və polis üzvləri ilə əlbəyaxa dava etməsi ilə məşhurluq qazanmışdı.
Rubrika.Az
Facebook-da paylaş