İranda gün ərzində 85 nəfər koronavirusdan ölüb
İranda ötən sutka ərzində 6 527 nəfər koronavirusa (COVID-19) yoluxub.
Rubrika.Az xəbər verir ki, bununla da İranda bu virusa yoluxanların sayı 1 398 841 nəfərə çatıb. Virus daşıyıcılarından 4 018 nəfərin vəziyyəti ağırdır.
İranda ötən 24 saat ərzində 85 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 57 736 nəfərə yüksəlib.
İranda indiyədək 1 189 975 nəfər koronavirusdan sağalıb, 9,12 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 154 rayon sarı, 276 rayon isə mavi zona hesab olunur.
Rubrika.Az
Facebook-da paylaş