• Görülən böyük işlərin yalnız bir adı vardır- Vətənə və xalqa təmənnasız xidmət - M.Musayevin uğur fəlsəfəsinin və həyat yolunun əsas qayəsi də elə budur!

    Görülən böyük işlərin yalnız bir adı vardır- Vətənə və xalqa təmənnasız xidmət -  M.Musayevin uğur fəlsəfəsinin və həyat yolunun əsas qayəsi də elə budur!

    Sovetlər birliyinin dağılmasından sonra formalaşan yeni iqtisadi münasibətlər fonunda ölkəmizdə sahibkarlığın inkişafı üçün münbit şərait yarandı. Ümmumilli lider H.Əliyevin azad sahibkarlığın inkişafına göstərdiyi qayğı, yaradılan şərait Azərbaycanı nəinki MDB məkanında, bütün dünyada azad iqtisadi zonalardan birinə çevirdi. Artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər ay, hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür. Bəli, bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
    Belə bir tarixi şəraitdə ölkəmizin güclənməsi, sahibkarlığın inkişafı istiqamətində əməli işlər görən, özəl sektorun formalaşması üçün bütün bacarığını ortaya qoyan iş adamları xüsusilə fərqlənirlər. Uzun illərdir ki, Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində böyük işlər görən, bu sahənin iqtisadiyyatda əsas pay sahibi olması üçün çaba sərf edən Məmməd Musayevin fəaliyyəti bütün iş adamları üçün nümunə hesab edilə bilər.
    Azərbaycan tarixən kənd təsərrüfatı ölkəsi kimi tanınmışdır. Sovet imperiyasının dağılmasından sonra bu sahə ölkəmizdə az qala tənəzzülə uğrayırdı. Belə bir şəraitdə aparılan islahatlar, torpaqların özəlləşdirilməsi və bu sahəyə dövlət qayğısının artırılması nəticəsində böhran aradan qaldırıldı. Belə çətin bir şəraitdə M.Musayev aqrar sektorun dirçəldilməsi üçün fəaliyyətə başladı. 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin sədri, 2001-ci ildən isə hal-hazıradək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri vəzifəsində çalışır. Ötən müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində M.Musayevin rəhbərlik etdiyi biznes subyektləri böyük işlər görüb.
    Məmməd Musayevin rəhbərlik etdiyi Azərbaycan Respublikası Sahibkarlar (İşə-götürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına kömək etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirmək, onlara ölkədə və xaricdə tərəfdaşlar tapmağa kömək etmək, hüquqi və iqtisadi mənafelərini müdafiə etmək vəzifələrini uğurla reallaşdırır.
    Konfederasiya ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında respublikanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, yüksək səmərəliliyə nail olması, dünya iqtisadi sisteminə müvəffəqiyyətli inteqrasiyası, ölkədə mövcud problemlərin həlli və əhalinin maddi rifahının yaxşılaşdırılması üçün özəl sektorun inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.
    Regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsini, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması və sahibakarlıq fəaliyyətinin artırılmasını, müəssisələrin inkişafında yerli və xarici iş adamları arasında biznes əlaqələrin genişləndirilməsini nəzərdə tutan layihələrə imza atan ASK sahibkarlıq fəaliyyətinin inkişafında müəssisə rəhbərlərinin, həmçinin fiziki şəxslərin iş təcrübələrinin artırılması, yeni işgüzar əlaqələrin yaradılması və partnyorların tapılması işinə dəstək verir. Konfederasiya müntəzəm olaraq iş adamlarının milli və beynəlxalq səviyyəli tədbirlərdə iştirakına kömək edir və bu işləri uğurla davam etdirməkdədir.
    M.Musayevin rəhbərliyi altında Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq Vergilər Nazrliyi, Gömrük Komitəsi, Əmək və Əhalinin Sisial Müdafiəsi nazirliyi və digər aidiyyati dövlət qurumları ilə birlikdə şəffaflığın təmin edilməsi sahəsində sahibkarlara münbit şəraitin yaradılması, maliyyə intizamının gücləndirilməsi, vergi uçotunun düzgün təşkili istiqamətində mütamadi olaraq silsilə tədbirlər həyata keçirir. Məhz onun təşəbbüskarlığı və rəhbərliyi altında Konfederasiya hazırda sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, kölgə iqtisadyyatına qarşı mübarizə məsələlərini əhatə edən mövzular üzrə treninqlər və seminarlar keçirir, sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.
    Görülən böyük işlər nəticəsində Konfederasiya özündə 6000-dən çox sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü assosiasiya və ittifaqı birləşdirir.
    M.Musayevin fəaliyyətinin əsas prioritetlərindən biri də qeyri-neft sektoru üzrə gəlirləri artırmaqla “Made in Azerbaijan” brendi altında rəqabətədavamlı məhsullar istehsal edərək, həm daxili bazarı qorumaq, həm də xaricə ixracı artırmaqdır. Bu gün də Sahibkarlar Konfederasiyası dövlətimizin yaratdığı imkanlardan istifadə edərək xalqımızın rifah halının daha da yüksəlməsi, rəqabətə davamlı istehsal potensialı, "Made in Azerbaijan" brendinin bütün dünyada tanınması üçün üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirir, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə və düzgün istifadə edərək ölkəmizin iqtisadi qüdrətinin artması üçün bütün qüvvələrini səfərbər edir.
    Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiq adamdır. Məhz bu sədaqət və xalqa olan sonsuz sevgi onun çoxşaxəli fəaliyyətinin əsas istiqamətini təşkil edir. Görülən böyük işlərin yalnız bir adı vardır-vətənə və xalqa təmənnasız xidmət ! Bax M.Musayevin uğur fəlsəfəsinin və həyat yolunun əsas qayəsi də elə budur !

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş