Nizami rayonunun icra başçısı işdən çıxarıldı
Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri təyin olunub
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tutduğu vəzifədən azad edilib. Əldə etdiyimiz məlumata görə, Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.(musavat.com) Onun bu vəzifəyə təyinatı ilə bağlı sərəncam artıq elan olunub. İcra hakimiyyətinin müavini İldırım Mehdiyev xəbəri musavat.com-a təsdiqləyib və bildirib ki, yeni icra başçısının kimliyi bilinmir, hələlik icra başçısının səlahiyyətlərini o icra edir
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin keçmiş sədri Arif Vəliyev bir neçə ay əvvəl dünyasını dəyişib.
Facebook-da paylaş