• Avropa Liqasında Azərbaycan günü: “Qəbələ” qrup mərhələsində!

    Avropa Liqasında Azərbaycan günü: “Qəbələ” qrup mərhələsində!

    Bu gün UEFA Avropa Liqası pley-of mərhələsinin cavab qarşılaşmaları keçirilib. Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxıb.

    Roman Qriqorçukun yetirmələri tarixi uğura imza atmaq üçün Ellada təmsilçisini mübarizədən kənarlaşdırıb. Səfərdə çıxış etməsinə baxmayaraq, çox möhtəşəm oyun nümayiş etdirən komanda oyunu 2:2 hesabıyla başa vurmağa nail olub. Nəticədə, "Qəbələ" tarixi ərzində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

    Bu oyun həm də qəbələlilər üçün Avroliqada yubiley – 10-cu qarşılaşması olub.(apasport.az)

    UEFA Avropa Liqası
    Pley-off, cavab oyunları
    27 avqust

    "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 2:2
    QOLLAR: Markus Berq, 34, Nano, 79 - Dodo, 6; 60
    Afina. Apoastolos Nikolaidis stadionu. Baş hakim: İvan Krujilak (Slovakiya)
    İlk oyun – 0:0

    ***

    "Panatinaikos" yenidən hesabı bərabərləşdirdi. 79-cu dəqiqədə Nano cərimə zərbəsindən Yunanıstan klubunun bərabərlik qolunu vurdu.

    ***

    “Qəbələ” hesabda yenidən irəli çıxıb. Dodo 60-cı dəqiqədə dubla imza atıb. "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 1:2

    ***

    "Panatinaikos" hesabı bərabərləşdirdi. 34-cü dəqiqədə bərabərlik qolunu Markus Berq vurdu.

    ***

    "Qəbələ" hesabı açdı. 6-cı dəqiqədə Dodo fərqləndi - 1:0.

    ***

    23. 01

    Bu gün UEFA Avropa Liqası pley-of mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxacaq.

    Roman Qriqorçukun yetirmələri tarixi uğura imza atmaq üçün Ellada təmsilçisini mübarizədən kənarlaşdırmalıdı.

    Qitə miqyaslı yarışlarda ötən mövsüm debüt edən “qırmızı-qaralar” ikinci cəhddə pley-offa qədər irəliləyərək artıq ilkə imza atıb. Daha bir tarix yazmaq üçün isə sonuncu addımı da atıb qrup mərhələsinə düşmək lazımdı.

    Bu oyun həm də qəbələlilər üçün Avroliqada yubiley – 10-cu qarşılaşma olacaq.

    Evdəki matçdan qolsuz bərabərliklə ayrılan təmsilçimiz səfərdə qazanacağı istənilən hesablı qələbə və ya məhsuldar heç-heçə ilə turu keçən tərəf olacaq.

    İndiyədək avrokuboklardakı səfər qələbəsi qazanmayan “Qəbələ” Afinada gerçəkləşdirəcəyi 5-ci cəhddə ilki rəsmiləşdirə bilər. Düzdü, Qriqprçuk əsas heyətin iki üzvü Ürfan Abbasov və Rafael Santosun da xidmətindən məhrumdu.

    Lakin cari mövsümdə qəbələlilər avrokuboklardakı cavab oyunlarının hamısında quru qələbə qazanıb. İlk qarşılaşmalarda qalib gələ bilməyən təmsilçimiz cütün taleyini ikinci matçda həll edib.


    UEFA Avropa Liqası
    Pley-off, cavab oyunları
    27 avqust

    23:00. "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)
    Afina. Apoastolos Nikolaidis stadionu. Baş hakim: İvan Krujilak (Slovakiya)
    İlk oyun – 0:0


    “Panatinaikos”: 15. Luk Stil, 4. Georgios Kotrumbis, 20. Statis Tavlaridis, 21. Nano, 24. Serxio Sançes, 28, Xristos Burbos, 10. Zeka (k), 29. Sotiris Ninis, 32. Daniel Pranyiç, 9. Markus Berq, 19. Nikos Karelis

    Ehtiyat oyunçular: 1. Stefanos Kotsolis, 12. Nikos Marinakis, 7. Viktor Klonaridis, 8. Tassos Laqos, 14. Abdul Ayaqun, 23. Nikos Kaltsas, 33. Mladen Petriç
    Baş məşqçi: Yannis Anastasiu

    “Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Sttankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 6. Rəşad Sadiqov, 10. Dodo (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 69. Aleksey Antonov, 7. Ermin Zets

    Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 5. George Floresku, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 17. Qismət Alıyev, 66. Samir Zərgərov
    Baş məşqçi: Roman Qriqorçuk


    Facebook-da paylaş