• Gəncə Dövlət Universitetində müəmmalı «Asif-Vasif» oyunu

    Gəncə Dövlət Universitetində müəmmalı «Asif-Vasif» oyunu

    Və ya YAP-ın deputatlığa namizədi Naqif Həmzəyevin qayınları Fəxrəddin Məmmədovla niyə birləşiblər?

    Gəncə Dövlət Universitetində (GDU) qalmaqallar səngimək bilmir. Bir neçə gün əvvəl məlumat vermişdik ki, külli miqdarda maliyyə vəsaiti rektor Yusif Yusifovun maraqlarına sərf olunub. Hətta iş o yerə çatıb ki, rektor bir neçə xidməti avtomobilə sahib olub.

    Apardığımız araşdırmalar zamanı olduqca maraqlı bir detal üzə çıxıb. Əldə etdiyimiz məlumatlara görə, GDU-da önəmli fiqurlardan biri Fəxrəddin Məmmədovdur. Gəncənin icra başçısı Elmar Vəliyevin xas adamlarından biri olan Məmmədovun mütəmadi olaraq hücumlar təşkil etməsi, Yusif Yusifovu sıxışdırması isə səbəbsiz deyil.

    Məlumatlara görə, Fəxrəddin Məmmədov məhz Elmar Vəliyevin sayəsində GDU-da duruş gətirir. Amma onun təkbaşına deyil, dəstə şəklində hərəkət etdiyi isə sonradan üzə çıxıb. Məlum olub ki, sözügedən şəxs Elmar Vəliyevin daha bir xas adamının qohumlarını başına yığaraq, böyük işlərlə məşğul olur. Əldə etdiyimiz məlumatda deyilir ki, hazırda Gəncə icra başçısının birinci müavini olan, YAP-ın siyahısında deputatlığa namizəd olaraq göstərilən, habelə adı nurçularla əlaqələrdə ciddi şəkildə hallandırılan Naqif Həmzəyevin qayınları əsas fiqurlara çevirlməkdədirlər.

    Asif və Vasif GDU-da imtahan serverinə nəzarət edirlər. Vaxtıyla YAP-ı söyənlərdən biri kimi təqdim edilən Naqif Həmzəyevin hakim partiyanın siyahısına düşməsi isə çoxlarını təəccübləndirib. Onun kifayət qədər təhlükəli biri olduğunu qeyd edən mənbələrin iddiasına görə, Həmzəyev Elnur Aslanovun yaxın adamlarından biri olmaqla yanaşı, Türkiyədə təhsil alarkən Gülənçilərin xüsusi adamlarından biri sayılırmış.

    Əldə etdiyimiz bilgilərə görə, GDU-nu idarə edə bilməyən və hazırda yetərli qədər problem yaratmış rektor Yusif Yusifov isə xeyli müddətdir Elmar Vəliyevin maraqlarına cavab vermir. Elə bu səbəbdəndir ki, onun ətrafında xüsusi şəbəkə yaradılaraq, zamanı çatdığında yıxılmasını təmin etməyə çalışırlar. Və bu işdə Fəxrəddin Məmmədovun da rolu az deyil.

    Bəzi mənbələr iddia edirlər ki, əslində, Fəxrəddin Məmmədovun prosesdə aparıcı fiqur olduğu bir o qədər inandırıcı görünmür. Onların sözlərinə görə, prosesə bütünlüklə Naqif Həmzəyev başçılıq edir və təlimatların bir qismini də Elmar Vəliyevdən alır.(jam.az)«Naqif Həmzəyev nurçularla birlikdə olduğundan münaqişəli vəziyyətləri necə idarə etməyin yollarını yaxşı bilir. Onun Gəncənin icra başçısının birinci müavini Mikayıl Zeynalovu devirərək, yerinə keçməsi də məhz həmin münaqişəli vəziyyətlərin idarə edilməsinin bəhrəsi olub. Onun əsas marağı GDU-nun tamamilə nəzarəti altına düşməsidir. Ona görə də, qayınları ilə birlikdə Fəxrəddin Məmmədovu qabağa verərək, istəyinə nail olmağı düşünür».

    Mənbə bildirir ki, Naqif Həmzəyevin bu prosesdə işinə yarayan bir başqa məqam da var. Elmar Vəliyev də Fəxrəddin Məmmədovu rektor görmək istəyir, YAP-ın deputatlığa namizədi də. Buna paralel olaraq, Fəxrəddin Məmmədovun da təhsil naziri Mikayıl Cabbarovla yaxın olduğu üzə çıxıb. Məlum olub ki, Məmmədov nazirin qayınatası Kamran müəllimlə yaxın qohumdurlar və belə olan təqdirdə, GDU-nun rektoru olmaq üçün elə də ciddi bir maneə qalmır. «Belə olan təqdirdə, Naqif Həmzəyev bir güllə ilə iki dövşan vurmağa çalışır. Bir tərəfdən, Elmar Vəliyevin tapşırıqlarını yerinə yetirdiyini deyir, digər tərəfdən isə öz maraqlarını həyata keçirməyə çalışır. Hədəf rektorluğu ələ keçirib, daha böyük kontingentə təsir etməkdir. Və sabah GDU-da nurçuluğun total şəkildə təbliğatının aparıldığını görsək, heç də təəccüblənmək lazım deyil".

    Qeyd edək ki, Naqif Həmzəyevin keçimişi ilə də bağlı ilginc bilgilər var. Onun ADAU-dan niyə qovulması, orada hansı təbliğatlar aparması və digər məsələlərlə bağlı geniş araşdırmamız olacaq.

    Rublika.az


    Facebook-da paylaş