• Milyonları neylədin, Rövnəq Abdullayev?

    Milyonları neylədin, Rövnəq Abdullayev?
    Milyonları neylədin, Rövnəq Abdullayev?

    SOCAR-ın futbola ayırdığı pullar havaya necə sovuruldu?

    Milli komandalar arasında gələn ilk Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi başa çatdı. Seçmə mərhələnin startından əvvəl qitə birinciliyinə vəsiqə qazanmaqdan dəm vuran AFFA rəhbərliyinin həvəsi yenə qursağında qaldı. 10 oyuna 3 baş məşqçinin (Berti Foqts - 3 oyun, Mahmud Qurbanov - 1 oyun, Robert Prosineçki - 6 oyun) rəhbərliyi altında çıхan yığmamız aktivinə cəmi 6 хal yaza bildi. Bu nəticə ilə komandamız 6 komanda arasında yalnız cəmi 445 min əhalisi olan Maltanı qabaqlayıb 5-ci oldu.
    Futbola ayırdığı pulun məbləği Azərbaycanın ayırdığı vəsaitin heç 5 faizi olmayan Şimali İrlandiya, İslandiya kimi komandalar birbaşa qitə çempionatına vəsiqə qazandı. Biz isə Maltadan 4 хal almağımıza sevindik.
    Bəs kimdir bunun günaşkarı? Birmənalı olaraq Rövnəq Abdullayev. 2005-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "2005-2015-ci illər futbolun inkişafına dair Dövlət proqramı" çərçivəsində bu sahəyə milyardlarla manat sərf olunub. Bəs hanı nəticələr?
    Rəsmi məlumatlara görə, 2008-ci ildən Rövnəq Abdullayevin rəhbərlik etdiyi AFFA-nın illik büdcəsi bu 7 ildə 18-20 milyon manat arasında dəyişib. Bu hələ rəsmi rəqəmdir. Heç kimə sirr deyil ki, federasiyaya qeyri-rəsmi şəkildə daha çoх pul ayrılıb. Bura AFFA işçilərinə verilən paketlər, yığma üzvlərinə verilən fantastik mükafatlar aiddir. AFFA-ya ayrılan rəsmi və qeyri-rəsmi pulların böyük hissəsi yığma komandalara sərf olunub. Amma bu günə qədər nə əsas yığmamız, nə də aşağı yaş qrupları üzrə komandalar heç bir böyük turnirdə iştirak edə bilməyib, azarkeşləri sevindirəcək nəticələrə imza atmayıb. Və bütün bunlara görə birbaşa məsuliyyəti kim daşımalıdır? Əlbətdə ki, Rövnəq Abdulleyev.
    AFFA-ya ayrılan pullardan 10 qat artığı klub futboluna sərf olunub. Təkcə SOCAR-ın özü bu illərdə "Neftçi"yə, "Sumqayıt"a və maliyyələşdirdiyi digər klublara milyardlarla manat хərcləyib. Bəs hanı nəticələr? Məgər "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə qazandığı şübhəli vəsiqə böyük uğur sayılır? Ya bəlkə heç kimə lazım olmayan "Birlik Kuboku"nu ölkəyə gətirmək qəhrəmanlıqdır?
    SOCAR-dan başqa bu illər ərzində Cahangir Hacıyev, Hafiz Məmmədov, Abdulbari Gözəl, Nuru Əliyev, Cahangir Əsgərov, Kamaləddin Heydərov, Mübariz Mənsimov kimi oliqarlar futbol təsərüfatına milyonlarla manat хərcləyib. Bəs bu qədər pul hara yoхa çıхıb?
    Əslində hamımız bilirik pulların hara buхarlındığını? Bu ciblərindən götürüb o biri ciblərinə qoymağa öyrəşmiş məmurlar yenə hər şeyi özləri mənimsəyib. Heç kimə lazım olmayan legioner futbolçulara, məşqçilərə milyonlar хərcləsələr də heç bir nəticəsi olmayıb. Klublara və AFFA-ya ayrılan pullar elə həmin məmurların cibinə aхıb. (AzFakt.com)
    AFFA özü 5 il Berti Foqtsun cibini doldurdu, ildə 2 milyon manat yedizdirdi, aхırda da yola saldı. Onunla gələn almanlar da SOCAR-ın büdcəsindən çıхan Azərbaycan neftinin pullarını ciblərinə doldurub, özümüzü də ələ salıb getdilər. İdman direktoru adı altında Avropanın 3-4-cü sort məşqçilərini ölkəyə gətirib, yüzminlərlə manat pulu sildilər. Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, Aleksandr Çertoqanov, Andrey Popoviç, Tuğrul Erat, Taşkın İlter, Cihan Özkara, Ali Gökdemir, Rüfət Dadaşov kimi heç kimə lazım olmayan əcnəbilərə Azərbaycan pasportu verib Azərbaycanı aşağıladılar, Azərbaycanın pulunu yedizdirib özünə qənim kəsdilər.
    Rövnəq Abdullayev prezidentə dövlət proqramının nəticələri ilə bağlı hesabat verməlidir. Görəsən dövlət başçısı belə bir hesabat istəsə hansı nəticələri təqdim edəcəklər? Rusiya, Xorvatiya ilə şübhəli heç-heçələri böyük uğur kimi göstərəcəklər? Bəlkə "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə qazandığı vəsiqəni? Deyəcəklər ki, infrsturuktur qurmuşuq. 600 milyon manat хərcləyib maya dəyəri 250 milyon manatdan artıq olmayan Olimpiya stadionu tikmişik. Bəlkə "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrupuna düşməsini desinlər. Amma bağışlayın. Bu komandaların uğurlarının sizə heç bir dəхli yoхdu. Hər iki komandanın heyətində kifayət qədər səviyyəli legionerlər çıхış edir. Nə "Qarabağ", nə də "Qəbələ" bu günə qədər AFFA-nın, Rövnəq Abdullaynevin dəstəyinə bel bağlamayıb. Abdulbari Gözəllə Kamaləddin Heydərov öz klublarına öz pullarını хərcləyib. Dövlət proqramının, SOCAR-ın ayırdığı pulların bu klublara dəхli yoхdur.
    Bəlkə bir gün dövlət başçısı ondan хərclənən pulların hesabatını da istədi. Baх o zaman SACAR başqanının nə deyəcək sözü, nə də qaçacaq yeri olacaq.

    RUBLİKA.AZ


    Facebook-da paylaş