• Qərbin aradan qalxan SANKSİYALARI: Rusiya İranla düşmən olacaq?

    Qərbin aradan qalxan SANKSİYALARI: Rusiya İranla düşmən olacaq?
    Qərbin aradan qalxan SANKSİYALARI: Rusiya İranla düşmən olacaq?

    İran 2005-ci ildə nüvə proqramından dinc məqsədlərlə istifadə etmək barədə niyyətini açıqladıqdan sonra ABŞ başda olmaqla bütün əsas Qərb dövlətlərinin sərt reaksiyası ilə üzləşdi.
    İsrail dövlətinin məhvini rəsmi ideologiya səviyyəsinə gətirən və teokratik rejimin hakimiyyətdə olduğu 70 milyonluq İran ABŞ üçün qlobal təhlükə kimi görünürdü.
    Məhz bu şübhələrin nəticəsi idi ki, rəsmi Tehranın elan etdiyi dinc nüvə proqramı Qərbin gözündə nüvə silahının hazırlanmasına hazırlıq kimi görünürdü. Nəticədə İsarilin təzyiqləri ilə ABŞ administrasiyası ənənəvi müttəfiqi Böyük Britaniya ilə birlikdə BMT Təhlükəsizlik Şurasını rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməyə razı sala bildi.
    10 il davam edən intensiv danışıqlar 2015-ci il iyulun 15-də İran və “altılıq” ölkələri (ABŞ, Rusiya, Britaniya, Fransa, Çin + Almaniya) arasında tarixi razılaşmaya səbəb oldu. Razılaşmaya əsasən İran nüvə reaktorlarında zənginləşdiyi uranın böyük hissəsinin ölkə xaricinə çıxarılmasına və MAQATE-nin yaxın 20 il ərzində maneəsiz olaraq nüvə obyektlərində təftiş aparmasına icazə verirdi.
    Bunun qarşlığında ölkə ərzaisindəki heç bir nüvə reaktoru demontaj olunmurdu və ABŞ, Avropa Birliyi,MBT Təhlükəsizlik Şurasının sanksiyaları ləğv olunurdu.
    Əldə olunmuş razılaşmalar sanksiyaların tədricən, bir neçə ay ərzində aradan götürülməsini nəzərədə tutur. Qlobal miqyasda bu hadiasə böyük önəm daşıyır və İran bazarının yenidən dünyaya açılması mənasına gəlir. Lakin bir məsələ də maraq doğurur: İranın bundan sonra regionda müttəfiqi sayılan və Qərblə əlaqələri gərgin olan Rusiya ilə münasibətləri hansı səviyyədə olacaq?
    Rusiya KİV-nin Rusiya-İran münasibtələrinin perspektivləri ilə bağlı verdiyi proqnozları təqdim edir. (Modern.az) Rusiya-İran münasibətləri bu kontekstdə xüsusən həssas mərhələdədir. BMT Təhlükəsizlik Şurasının sanksiyalarına qədər 2 ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollara çatırdı. Lakin hazırda bu göstərici 1-1,5 milyard dollara qədər azalıb. Rusiyalı ekspertlərin yerli mətbuata açıqladıqları proqnozlara görə sanksiyalar aradan götürüldükdən sonra İran ilə Rusiya arasında ticarət dövriyyəsi 6 milyard dollara qədər arta bilər. İki ölkənin dövlət və özəl şirkətətlər səviyyəsində bağladıqları müqavilələr isə 20-70 milyard dəyərindədir.
    İranın dünyaya təqdim edəcəyi biləcəyi ən böyük investisiya təkliflərindən biri neftlə bağlıdır. Artıq İranın neft naziri 2020-ci ilə qədər 185 milyard dollar dəyərində olan 50 neft yatağının istismarı ilə bağlı xarici investorlarla danışıqlara başlayacaqlarını deyib. BP, Qazprom, Exxon və s. neft-qaz şirkətləri bu layihələrə maraq göstərirlər. Xüsusən, Qərbi Peydər, Aban və Neft Şan yataqları zəngin ehtiyatlara malikdir. Cənub qonşumuz dünyadakı qaz ehtiyatlarının 25%-i ilə də investorların diqqətini cəlb edə bilir.
    İranın nüvə proqramı sanksiyalardan azad olunduğu üçün bu sahədə də geniş manevr imkanları var. 2014-cü ilin noyabrında İranla Rusiya arasında imzalanan müqavilə “Rosatom” şirkətinin Buşer AES-ində 2-ci nüvə blokunu inşa etməsini nəzərə tutur. Rəsmi Tehranın planlarında 20 belə blokun inşasının olduğunu nəzərə alsaq, Kreml bu layihələrədn onmilyardlarla dollar gəlir götürə bilər.
    Moskva-Tehran xəttinin intensiv görüşdüyü daha bir sahə hərbi sənaye ilə bağlıdır.
    Sirr deyil ki, 2010-cu ildə prezident Dmitri Medvedev (indi baş nazir) İrana S-300 zenit-raket komplekslərinin satışını qadağan etmişdi. ABŞ-ın təzyiqləri ilə bağlı olan bu addım İranın ciddi məyusluğu ilə müşahidə olunmuşdu. Lakin Ukrayna böhranından sonra Putin həmin müqaviləni yenidən aktuallaşdırdı və dəyəri 800 milyon dollar olan S-300 raketlərinin satışına icazə verdi.
    Daha bir perspektiv vəd edən sahə ərzaq, xüsusən taxılçılıqla bağlıdır. Sanksiyaların tətbiqindən öncə, İran hər il 5-7 milyon ton rus taxılı alırdı
    Hazırda bu göstəricilərin bərpası üçün ikitərəfli danışıqlar gedir. Paralel olaraq, Xəzər dənizində balıqçılığın inkişafı da iki ölkənin diqqətindədir.
    Amma İran bazarında Rusiyanı gərgin rəqabət gözləyir. Ölkəyə amerikalı və avropalı biznesmenlərin axın etdiyi, Almaniyanın maşınqayırma, Fransanın isə texnoloji innovasiyalar bazarına kapital yatırmağı planlaşdırdığı məlumdur. Asiya dövlətlərindən Çin və Cənubi Koreya da sanksiyaların davam etdiyi 10 il ərzində İranda möhkəm dayaqlar əldə edib.


    RUBLİKA.AZ


    Facebook-da paylaş