• ABŞ-ın Azərbaycana QƏRƏZİ

    ABŞ-ın Azərbaycana QƏRƏZİ

    ABŞ təəssüflənib ki, Azərbaycan Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) lazımi sayda müşahidəçilərini qəbul etməyib.

    Bu barədə Vaşinqton dövlət departamentinin rəsmi nümayəndəsi Elizabet Tryudo deyib.

    "Biz heyfslənirik ki, Azərbaycan hökuməti ATƏT-in DTİHB-nun lazımlı nümayəndə sayını göndərməyə icazə vermədiyindən, Büro seçkilərin keçirilməsini izləyə bilməyib. Biz DTİHB-nin iştirakı olmadan deyə bilmərik ki, Azərbaycan seçkilərlə bağlı tövsiyyələri yerinə yetirib, ya yox", - deyə qurum rəsmisi bildirib.

    Tryudonun sözlərinə əsasən, ABŞ əvvəlki kimi Azərbaycanda məhdudlaşdırılmış siyasi mühit haqqında narahatdır və Azərbaycan hökumətini müstəqil sülh yığıncaqlarının, assosiasiyaların azadlığına hörmət etməyə çağırır.

    Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlığı Departamentinin direktoru, bu ölkənin ATƏT-dəki keçmiş daimi nümayəndəsi Andrey Kelin ABŞ-ın təsirində olan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı parlament seçkilərinə müşahidəçi göndərməkdən imtinasını şərh edib.(ans)

    Andrey Kelin TASS informasiya agentinə verdiyi müsahibəsində DTİHB-in bu qərarının “çox təəcüblü olduğunu” bildirib.

    "İndiyə qədər həmişə danışıqlar aparıb həll variantı tapmaq olurdu. Ümumiyyətlə, DTİHB-lə bağlı situasiya olduqca qəribədir. Məsələn, Almaniyadakı seçkilərə cəmi iki ekspert göndərirlər. Gürcüstandakı və Belarusdakı seçkilərə isə 600-ə yaxın müşahidəçi səfərbər edirlər. Azərbaycandakı seçkilərə gəldikdə isə DTİHB rəhbərliyi ora ölçüyə uyğun gəlməyən sayda müşahidəçi göndərmək arzusunu ifadə edib", - deyə rus diplomatı vurğulayıb.

    Maraqlısı odur ki, birdənbirə nəyə görəsə DTİHB rəhbərliyi tamamilə müəmmalı qərar verib, ümumiyyətlə, müşahidəçi göndərməyəcəyini elan söyləyib”- deyə Andrey Kelin əlavə edib.

    Diplomatın fikrincə, bu, “DTİHB-nin qərəzli olduğunu” bir daha təsdiqləyir.

    Sentyabrın 11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda qarşıdan gələn parlament seçkilərini müşahidə etməyəcəyini açıqlayıb. Halbuki, Azərbaycan ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirərək seçkiləri müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərib.

    ATƏT DTİHB qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayına dair Azərbaycan tərəfinin hazırladığı təklifləri qəbul etməyib. Eyni zamanda yenə hansısa ciddi əsas olmadan, ATƏT DTİHB Azərbaycan tərəfi ilə suallar doğuran məsələlərlə bağlı məsləhətləşmələrdə iştirakdan imtina edib.

    2015-ci il noyabrın 1-də Azərbaycan da parlament seçkiləri keçirilib.Seçkini izləyən bütün beynəlxalq müşahidəçilər seçkidən sonra keçirdikləri mətbuat konfranslarında və yaydıqları bəyanatlarında seçkilərin demokratik və beynəlxalq standartlara uyğun şəkildə başa çatdığını deyiblər.

    Lakin ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən ATƏT-in Demokratk Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanın dəvətinə baxmayaraq heç bir tutarlı əsas gətirmədən seçkilərə müşahidə missiyası göndərməkdən imtina edib.

    Avropada müəyyən dairələr tərəfindən Azərbaycana qarşı qərəzli mövqe sərgilənməsi artıq dünya miqyasında etiraf olunan həqiqətdir. Baş verənlər ATƏT-in kobud hüquqi pozuntulara yol verdiyini göstərir. Eyni zamanda, ABŞ-ın təsirində olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Azərbaycanda seçkiləri müşahidə etməməsinin arxasında ABŞ siyasi dairələrinin onlara verdiyi təlimatlar dayanır.

    Amma ortada ciddi faktlar olmadığına görə, onların bu addımları yersizdir. İstənilən halda, Avropanın növbəti təzadlı addımı ölkə daxilində vəziyyətə təsir etmədi və parlament seçkiləri həyata keçirildi.

    RUBLİKA.AZ


    Facebook-da paylaş