• Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi də Eldar Mahmudovun adamı çıxdı

    Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi də Eldar Mahmudovun adamı çıxdı

    Akif Hacıyev sabiq nazirin sayəsində geniş imkanlara sahib olub, öz oğlunu isə nazirlikdə işə düzəldib

    Keçmiş MTN şefi Eldar Mahmudovun işdən çıxarılmasından sonra onun bütün yaxınları ya işdən çıxarılır ya da həbs olunur. AzFakt.com -a daxil olan məlumata görə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi sabiq nazirin çətiri altında fəaliyyət göstərən və ciddi şəkildə maliyyə maxinasiyaları həyata keçirərək dövlətin külli miqdarda vəsaitlərini mənimsəyən məmurlar haqqında araşdırmaya başlayıb. Aparılan bir çox araşdırmalar nəticəsində sabiq MTN naziri Eldar Mahmudova bağlı olan və onun göstərişi ilə müxtəlif qanunsuz işlər həyata keçirən vəzifəli şəxslərin korrupsiya əməlləri ortaya çıxıb. MTN-də və digər qurumlarda xeyli şəxsin həbs olunmasına baxmayaraq, Eldar Mahmudova yaxınlığı ilə tanınan bir çox məmurlar hələdə vəzifə başında qalmaqda davam edir.

    Redaksiyamıza daxil olan məlumata görə belə məmurlardan biridə Bakı şəhəri Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Hacıyevdir. İnformasiya mənbəmizin iddiasına görə sabiq MTN naziri Eldar Mahmudov paytaxtın təsərüfat sahələrinə nəzarət edən obyektlərin rəhbərliyinə də öz adamlarını yerləşdirib ki, onlardan biri də məhz Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Xalıq oğlu Haciyev olub.

    Məlumatda deyilir ki, Akif Hacıyevin imkanları həddindən artıq genişdir və o, bütün bu imkanlara məhz sabiq nazirin himayəsi sayəsində əldə edib. “Akif Hacıyevin idarə etdiyi avtomobillərin dövlət nömrə nişanları ilə Eldar Mahmudovun oğlunun maşınlarının eynilik təşkil etdiyi deyilir". Həmçinin Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri sabiq nazirlə münasibətlərindən istifadə edərək oğlunu MTN - ə işə düzəltdiyi deyilir.(azfakt)Məlumat mənbəmiz bildirir ki, Eldar Mahmudova arxalanan Akif Hacıyev nə Yasamal rayon icra hakimiyyəti ilə nədə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyi ilə hesablaşmazdı. Rəhbərlik etdiyi qurumu istədiyi kimi idarə edən Akif Hacıyev MTN nazirinə arxalanaraq hər il dövlətin yüz min manatlarla vəsaitini müxtəlif işlərin görülməsi adı altında mənimsəyərək öz şəxsi biznesini çiçəkləndirməklə məşğul olub. Dəfələrlə Yasamal rayon icra başçısı İbrahim Mehdiyev Akif Hacıyevi vəzifəsindən uzaqlaşdırmaq istəsədə sonda ona gücü çatmayıb. Çünki Mənzil Kommunal Təsərrüfatı Birliyi sədrinin arxasında sabiq nazir Eldar Mahmudov dayanırdı.

    İnformasiya mənbəmiz iddia edir ki, Eldar Mahmudovun vəzifədən getdiyi günə qədər fəxrlə “88”lə başlayan şəxsi avtomobillərini idarə edən Akif Hacıyev, sabiq nazirin vəzifəsindən alındıqdan sonra bu maşınlardan imtina etməyə başlayıb. Mənzil Kommunal Təsərrüfatı Birliyi sədrinin indi başqa dövlət nişanlı avtomobillərlə hərəkət edtdiyi deyilir. Bundan başqa Akif Hacıyevin MTN-də işləyən oğlunun qiyməti 100 min dollara yaxın olan son model "RANGE ROVER", "İNFİNTİ" "X-5" avtomobilləri sürdüyü deyilir. Ancaq son həftələr Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması və onun yaxın adamlarının nazirlikdən təmizlənməsi, bəzi qanunazid işlə görən MTN-çilərin həbs olunması Akif Hacıyevində oğlunu qorxuya salıb. Məhz buna görədə Mənzil Kommunal Təsərrüfat birliyi sədrinin oğlu bahalı avtomobillərindən imtina edib. Qeyd edək ki, Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Akif Haciyevin paytaxtın müxtəlif rayonlarında obyektlərinin və çoxlu sayda mənzillərə sahib olduğu deyilir.

    Mənzil Kommunal Təsərrüfat Birliyi sədrinin mal-mülkü ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə oxucularımıza Akif Hacıyevin Eldar Mahmudova arxalanaraq dövlətdən oğurladığı vəsaitlər hesabına əldə etdiyi topdağıtmaz varidatı barədə oxucularımıza məlumat verəcəyik.

    Rublika.az


    Facebook-da paylaş