Əsas Səhifə > İstisadiyyat > Kimə nə satırıq, kimdən nə alırıq?

Kimə nə satırıq, kimdən nə alırıq?


23-01-2016, 18:08
Kimə nə satırıq, kimdən nə alırıq?

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 20 milyard 645 milyon 880,2 min ABŞ dolları təşkil edib

Dövriyyədə ixracın payı 11 milyard 424 milyon 477,34 min dollar, idxalın payı isə 9 milyard 221 milyon 402,86 min dollar olub.

Göründüyü kimi, ixrac-idxal əməliyyatlarında yarana müsbət saldo 2 milyard 203 milyon 74,48 min dollardır.

İndi isə ixrac və idxalın strukturuna nəzər salaq, o cümlədən əsas ticarət tərəfdaşlarımızı tanıyaq.

KİMƏ NƏ SATIRIQ?

Azərbaycanın ixrac etdiyi malların siyahısına nəzər saldıqda məlum olur ki, burada xam neft dominantlığını qoruyur - ötən il 8 milyard 866 milyon 158,6 min dollarlıq xam neft ixrac etmişik ki, bu da ötən illə müqayisədə 51,8% azalma deməkdir. Xam neftin ixracının ümumi ixracda payı 77,61%-dir.(apa)

Xam neftin fonunda o qədər də böyük görünməsə, ixracda əsas yerlərdən birini neft məhsulları (2 710 mal kodu üzrə) tutur. Ötən il Azərbaycan 751 milyon 921,59 min dollarlıq bu qəbildən olan mal ixrac edib. Neft məhsullarının ümumi ixracda payı 6,58%-dir. Düzdür, 2014-cü (1 milyard 365 milyon 7,15 min dollarlıq ixrac) illə müqayisədə neft məhsullarının ixracında azalma müşahidə olunub.

İxracdakı payına görə üçüncü yerdə qərarlaşan meyvə-tərəvəz ixracında isə artım müşahidə olunmaqdadır. 2014-cü ildə Azərbaycan 304 milyon 684 min dollarlıq meyvə-tərəvəz ixrac etdiyi halda, ötən ilin sonuna bu rəqəm 311 milyon 929 min dollar təşkil edib. Yeri gəlmişkən, meyvə-tərəvəz ixracının ümumi ixracda payı 2,73%-dir.

Ən çox ixrac olunan mallar arasında şəkər də yer alıb. Belə ki, Azərbaycan ötən il 212 milyon 87,89 min dollarlıq şəkər ixrac edib ki, bu məhsulun ümumi ixracda payı 1,86% təşkil edib. 2014-cü illə müqayisədə ötən il şəkər ixracında 4,1% azalma qeydə alınıb.

İxrac olunan malların TOP-5-ni təbii qaz qapayır. Belə ki, Azərbaycan ötən il 200 milyon 739,68 min dollarlıq təbii qaz ixrac edib ki, onun ümumi ixracda payı 1,76%-dir. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə Azərbaycandan 304 milyon 684 min dollarlıq təbii qaz ixrac edib.

Ötən il Azərbaycan məhsullarının 59,1%-i Avropa İttifaqına (Aİ) üz olan ölkələrə ixrac olunub. Mütləq ifadədə, Aİ-yə üzv olan ölkələrə 6 milyard 751 milyon 671,75 min dollarlıq Azərbaycan malları ixrac olunub. Maraqlıdır ki, 2014-cü ildə bu rəqəm 11 milyard 567 milyon 574,51 min manat təşkil edib.

MDB ölkələrinə hesabat dövründə 525 milyon 389,88 min dollarlıq (ümumi ixracda payı 4,6%-dir) mal ixrac olunub. 2014-cü ildə bu rəqəm 838 milyon 56,17 min dollar təşkil edib. Burada da azalma göz önündədir.

İtaliya Azərbaycan məhsullarının ən çox ixrac olunduğu ölkədir. Heç şübhəsiz ki, burada xam neft və neft məhsulları üstünlük təşkil edir. 2015-ci ildə Azərbaycandan İtaliyaya 2 milyard 254 milyon 330,5 min dollarlıq (ümumi ixracda payı 19,73%) mal ixrac edilib.

İxracda əsas ölkələr siyahısında ikinci yeri Almaniya tutub ki, Azərbaycandan bu ölkəyə ötən il 1 milyard 223 milyon 962,02 min dollarlıq (ümumi ixracda payı 10,17%) mal ixrac olunub.

Ümumi ixracda 7,56%-lik paya malik olan Fransaya ötən il Azərbaycandan 864 milyon 155,79 min dollarlıq mal göndərilib.

rublika.az
Geri qayıt