Əsas Səhifə > Dünya > Ərdoğan: "Rusiya və İranın orada nə işi var?"

Ərdoğan: "Rusiya və İranın orada nə işi var?"


6-02-2016, 10:27
Ərdoğan: "Rusiya və İranın orada nə işi var?"

Rusiya əvvəlcə Suriyada öldürdüyü insanların hesabını verməlidir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyaya müdaxilə edəcəyi ilə bağlı Rusiya rəsmilərinin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Seneqalda səfərdə olan Ərdoğan Rusiyanın bu iddialarını gülünc adlandırıb:(axar.az)
“Rusiya öncə Suriya sərhədləri daxilində öldürdüyü insanların hesabını verməlidir. Əsəd rejimi ilə birgə öldürdükləri insanların sayı 400 minə çatıb. Hazırda Rusiya Suriyanı işğal edir. Rusiya Əsədlə birgə Suriyada kiçik dövlət yaratmaq istəyir. Əsəd Suriya xalqı üçün çoxdan bitib. İŞİD və digər terrorçu qruplar da Suriyanı bölüblər. Türkiyə isə hazırda təhlükədədir. Bizim Suriya ilə 911 kilometrlik sərhədimiz var. İran və Rusiyanın Suriya ilə sərhədi varmı? Bu dövlətlərin orda nə işi var? Dedikləri də budur: “Əsəd bizi dəvət etdi”. Hər dəvətə baxılmaz. Çünki orda terror həyata keçirən Əsəd var. O, zalımdır və qatildir. Ona dəstək verən də cinayətin ortağıdır ”.

Ərdoğan onu da əlavə edib ki, bu günə qədər Suriya və İraqdan Türkiyəyə 2 milyon 700 min miqrant gəlib.

rublika.az
Geri qayıt