Əsas Səhifə > Dünya > Kreml Əliyev-Sarkisyan görüşü haqda

Kreml Əliyev-Sarkisyan görüşü haqda


20-06-2016, 14:30
Kreml Əliyev-Sarkisyan görüşü haqda

Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə əsas məsələ - Qarabağda yeni döyüşlərdən sığortalanmaqdır.

Bunu Dmitri Peskov "Ria Novosti" agentliyinə müsahibəsində bildirib.

“Hazırda əsas vəzifə hərbi əməliyyatların bərpasından sığortalanmaqdır. Qarabağ ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz” - deyə Peskov bildirib.(ans)

D. Peskov bildirib ki, danışıqlar mürəkkəb olacaq:

“Prezident ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyan, sonra Azərbaycan prezidenti İlham Əliyevlə söhbət aparacaq. Daha sonra üç tərəfin iştirakı ilə müzakirələr keçiriləcək və prezidentlər birlikdə yemək yeyəcək”.

rublika.az
Geri qayıt