Əsas Səhifə > Hadisə > XXI əsrin sonuna kimi... – Yer kürəsi üçün məhvedici hadisənin ANONSU VERİLDİ

XXI əsrin sonuna kimi... – Yer kürəsi üçün məhvedici hadisənin ANONSU VERİLDİ


17-10-2017, 16:50
XXI əsrin sonuna kimi... – Yer kürəsi üçün məhvedici hadisənin ANONSU VERİLDİ

Yaxın yüz ildə ən güclü günəş partlayışı baş verəcək.

Bu nəticəyə Harvard Universitetinin alimləri gəliblər.
Superpartlayışın nəticələri indiyə kimi baş verən nəticələrlə müqayisədə dağıdıcı olacaq. Belə ki, partlayış Yer kürəsində energetika sisteminin işinin pozulmasına, orbital peyklərin sıradan çıxmasına, internetin sönməsinə, həmçinin energetika sistemləri və nüvə elektrik stansiyalarının işinin pozulmasına gətirib çıxaracaq. Texnogen qəzalar həmçinin insan qurbanlarına gətirib çıxara bilər.
Təyyarələrin sərnişinləri radiasiyanın daha yüksək dozaların təsirinə məruz qalacaqƏlar.
Sonuncu dəfə 1859-cu ildə baş verən güclü partlayış geomaqnit tufana gətirib çıxarıb. Yüksək ehtimalla, növbəti Günəş partlayışının XXI əsrin sonuna kimi baş verəcəyi bildirilir.

RUBRİKA.AZ
Geri qayıt